Xəbər lentiwidget-title-icon

Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirilib
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev
195 magistrant təhsil haqqından azad EDİLDİ
23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər
Bu ölkədə 500-ə yaxın məktəb bağlanacaq
1000 nəfər müəllimi əhatə edən ixtisasartırma təlimlərinə başlanılır
Dövlət qulluğu imtahanı: buraxılış vərəqəsi çap edilə bilər
Emin Əmrullayev: “Müəllimin işi asanlaşmayıb, əksinə, çətinləşib”
Süni intellektdən istifadə etməyənlər yaxşı müəllim sayıla bilməz - Emin Əmrullayev
"VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
MÜTDA müəllimləri belə təbrik etdi...
ADNSU doktorantları Qazaxıstanda tədqiqat təcrübəsi keçiblər
Emin Əmrullayev təhsilin 3 əsas hədəfindən DANIŞDI
Nazirdən müəllimlərə TƏBRİK
5 OKTYABR — MÜƏLLİMİN GÜNÜDÜR, BƏS MÜƏLLİMİN ÖMRÜ KİMİNDİR?..
Bağçadan başlayan dəyişiklik: Təhsilin ən vacib mərhələsinə yeni baxış
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Test üsulu olmadığı zamanlar RÜŞVƏT baş alıb gedirdi

Test üsulu olmadığı zamanlar RÜŞVƏT baş alıb gedirdi

Cəmiyyətdə belə bir fikir dolaşır ki, müasir təhsil sistemi uşaqlara əzbərçiliyi öyrədir, nəinki tənqidi düşünmə qabiliyyətini. Onlar məsələlərdə öz yanaşmalarını irəli sürə bilmirlər.

Bəs, görəsən təhsil sistemi həqiqətən də əzbərçilik üzərindəmi qurulub? Bu düşüncə nə qədər həqiqəti əks etdirir?

tehsilmedia.info xəbər verir ki, mövzu ilə əlaqədar təhsil eksperti Nabatəli Qulamoğlu azedu.az-a açıqlama verib.
Ekspert bildirib ki, müasir təhsil sisteminin əzbərçilik üzərində qurulması fikri 80% həqiqəti əks etdirmir: “Şagirdlərin biliklərinin qiymətləndirilməsi üçün monitorinqlərdə istifadə olunan test tapşırıqları vahid formada deyil, rəngarəngdir. Bəzi test tapşırıqları şagirdlərin koqnitiv biliklərinin inkişaf etdirilməsinə yönəldiyi halda qalanları faktoloji biliklər tələb edir. Misal üçün deyə bilərəm ki, Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul üçün istifadə etdiyi testlərin bir çoxunda bir başa faktlara əsaslanan suallar mövcuddur ki, bu da özlüyündə əzbərçilikdən xəbər verir. Ancaq biz 3-5 testə əsaslanaraq müasir təhsil sisteminin şagirdlərə əzbərçiliyi öyrədir deməyimiz qərəzli yanaşmadan başqa bir şey olmaz”.
N.Qulamoğlu qeyd edib ki, müasir təhsil xeyli dərəcədə düşünmə qabiliyyəti aşılayır: “Müasir təhsil sistemi yeni düşüncə tərzini özündə ehtiva edir. Mətn üzərində işlər, oxuma-yazma, dinləmə qabiliyyətini yoxlayan test tapşırıqlarının istifadəsi müasir təhsilin təqdim etdiyi yeniliklərdəndir”.
Test üsulunun tətbiq olunmadığı zamanlar rüşvət baş alıb gedirdi: “Azərbaycanda test üsulu olmadığı zamanlar insanlar tet-a-tet qəbulda iştirak edib istədikləri qiyməti yazdırırdılar. Həmin dövlərə baxsaq, görərik ki, təhsil rüşvət üzərində qurulub. Bu gün o halların aradan qalxmasının başlıca səbəbi imtahanların test üsulu ilə keçirilməsidir. Bəzi istisna hallar mövcud olsa da, bunlar heç də gerçəkliyin meydana çıxmasına kölgə sala bilmir”.
Ekpsert bildirib ki, şagirdlərin düşünmə qabiliyyətinin daha da inkişaf etdirilməsi üçün bir sıra addımlar atmaq olar: “Biliklərin yoxlanması üçün tərtib olunan testlər şagirdlərdən daha çox düşünmə qabiliyyətinin tələb olunmasına yönəlsin ki, şagird nəyisə əzbərləyib yadında saxlamağa çalışmasın. DİM-in testlərinin böyük əksəriyyətində rast gəlmişəm ki, bir söz verib onun omoniminin tapılmasını tələb edir. Test tərtib edərkən biz düşünməliyik ki, uşağın beyini kopmüter deyil. Bütün sözlər bir anda sıraya düzülsün , həmin an ominimi tapa bilsin. Əgər həqiqətən də şagirdin ominimləri müəyyən etmək qabiliyyətini yoxlamaq istəyiriksə, həmin söz bir neçə kontekstdə təqdim edilməlidir. Bilirik ki, ominim qruplarının müxtəlif növləri var aiddir. Ominimlər, omoformlar, omoqraflar və.s. Testdə 5 cümlə göstərərək şagirdin bunlardan hansının omonimə aid olduğunu soruşmaq onun düşünmə qabiliyyətinin inkişaf etdirilməsində fayda vermiş olacaq. Şagird yalnız müqayisələr aparmaqla öz düşüncələrini inkişaf etdirə bilər”.
Bizim təhsil sistemində hələ də Sovet ənənələri qalmaqdadır: “Sovet dövründə əzbərçilik öyrədilirdi. Müəyyən qədər indi də o qalıqlar var. Amma bütünlükdə müasir təhsil sistemi əzbərçiliyi öyrədir demək “ağ yalandır””.

Oxşar xəbərlər

Bütün xəbərlər