Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsil işçiləri təltif edilib.
Bu barədə Tehsilmedia.org-a Elm və təhsil nazirliyindən məlumat verilib.
“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunanların siyahısı təqdim olunur.




























