MÜTDA müəllimləri belə təbrik etdi...
Bu gün Beynəlxalq Müəllimlər Günüdür.
Bu münasibətlə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müəllimlərə təbrik ünvanlayıb.
"Əziz müəllimlər, cəmiyyətimizin inkişafında, gənc nəslin milli ruhda, bilikli və vətənpərvər yetişməsində göstərdiyiniz fədakarlıq və əzm dərin hörmətə layiqdir.
Bu şərəfli işdə sərf etdiyiniz əmək üçün sizə təşəkkür edir, peşəkar fəaliyyətinizdə uğurlar arzulayırıq!"




























