Xəbər lentiwidget-title-icon

Emin Əmrullayev: “Müəllimin işi asanlaşmayıb, əksinə, çətinləşib”
Süni intellektdən istifadə etməyənlər yaxşı müəllim sayıla bilməz - Emin Əmrullayev
"VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
MÜTDA müəllimləri belə təbrik etdi...
ADNSU doktorantları Qazaxıstanda tədqiqat təcrübəsi keçiblər
Emin Əmrullayev təhsilin 3 əsas hədəfindən DANIŞDI
Nazirdən müəllimlərə TƏBRİK
5 OKTYABR — MÜƏLLİMİN GÜNÜDÜR, BƏS MÜƏLLİMİN ÖMRÜ KİMİNDİR?..
Bağçadan başlayan dəyişiklik: Təhsilin ən vacib mərhələsinə yeni baxış
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova

"VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU

Kitab silinməyən tarixdir. Bir xalqın dünənlərinin izi kitablarda yaşayır. Keçmişin bu günümüzə, bu günümüzün gələcəyimizə çatmasında kitabların böyük rolu var. Tarixə yazılan qəhrəmanlıqları biz kitablar vasitəsilə oxuyub öyrənmişik. Xalq olaraq illər boyu yaşadığımız soyqırımlar, faciələr tarixin hər səhifəsində yer alıb. Ancaq son illərdə Azərbaycanın tarixinə "Zəfər" kəlməsi Şəhidlərin qanı ilə böyük hərflərlə yazılıb. Həmin Zəfərin memarı olan Şəhidlərimizin adları, qəhrəmanlıqları kitabların ən önəmli mövzusuna çevrilib. Həmin kitablar sırasında "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində ərsəyə gələn çoxsaylı kitablar da yer almaqdadır.

Tehsilmedia.org xəbər verir ki, xalqımız üçün böyük əhəmiyyət kəsb edən Vətən müharibəsinin 6-cı, Ermənistan–Azərbaycan sərhədində Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında baş vermiş silahlı toqquşmanın 4-cü, Antiterror əməliyyatının 3-cü ildönümü ərəfəsində Şəhidlərimizin adlarını əbədiləşdirmək üçün ərsəyə gələn "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin VI hissəsi "VƏTƏN FƏDAİLƏRİ:NAXÇIVAN ŞƏHİDLƏRİ" II hissənin təqdimat mərasimi keçirilib.
Yazıçı-publisist, AYB və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri Manya Səxavətqızının, Qazi oğlu, Şəhid qardaşı Şahin Məmmədovun və xeyriyyəçi iş adamı Bəhruz Məmmədovun birlikdə ərsəyə gətirdikləri "VƏTƏN FƏDAİLƏRİ: NAXÇIVAN ŞƏHİDLƏRİ" II hissə kitabının təqdimat mərasimi 30 sentyabr 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və Əlahiddə Ümumqoşun Ordunun dəstəyi ilə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında keçirilib. Dövlət rəsmilərinin, Şəhid ailələrinin, Qazilərin, təhsil və tibb işçilərinin iştirakı ilə keçirilən tədbir media nümayəndələri vasitəsilə ictimaiyyətə çatdırılıb.
100 Şəhid həyatından ətraflı şəkildə yazılan kitabda 1988-ci ildən son Antiterror əməliyyatına qədər Şəhid olan qəhrəmanların bir çoxlarının qəhrəmanlıqlarından bəhs olunub. Tədbirdə çıxış edən qonaqlar bu kitabın (kitabların) vətənpərvərliyin təbliğatında olan rolundan danışıblar. Naxçıvan Qarnizonu Hərbi Orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himninin sədası ilə açıq elan olunan tədbirdə kitabın müəllifi Manya Səxavətqızı, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin dəstəkçisi Şahin Məmmədov, maliyyə dəstəkçisi Bəhruz Məmmədov, ƏÜO-nun mənsubu mayor Əsədzadə Binnət Yavər oğlu, Şəhid ataları , Şəhid anaları və digər qonaqlar çıxış edərək öz dəyərli fikirlərini bölüşüblər.

Tədbirin sonunda kitab bütün tədbir iştirakçılarına təmənnasız olaraq təqdim olunub və xatirə şəkli çəkilib.

"VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbər və dəstəkçiləri ilə Naxçıvan Muxtar Respublikasında yerləşən təhsil ocaqlarında da silsilə görüşlər keçirilərək tələbə, kursant və şagirdlərlə vətənpərvərlik mövzusunda söhbətlər aparılıb. Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində, Qəzənfər Əkbərov adına 1 nömrəli Cəhri qəsəbə tam orta məktəbində və Qoşqar Sadiqov adına 2 nömrəli Cəhri qəsəbə tam orta məktəbində keçirilən görüşlər "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində ərsəyə gələn kitablardan bəhs olunub və tədbirlərin sonunda müəllif Manya Səxavətqızı həmin təhsil ocaqlarının rəhbər və şagird heyətinə öz kitablarını bağışlayıb.
Vətənə xidmət hər bir vətəndaşın mənəvi borcudur. "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində tarixə həkk olunan Şəhid adları gələcəyə əmanətdir.

AYB-nin və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri Manya Səxavətqızı

Oxşar xəbərlər

Bütün xəbərlər