Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin yaradılmasından 3 il ötür
Şagirdlər üçün ödənişsiz hazırlıq mərkəzi açılıb
İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib
Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar

Şagirdlər üçün ödənişsiz hazırlıq mərkəzi açılıb

“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Cəmiyyətin təşəbbüsü və maliyyə dəstəyi ilə Daşkəsən Tədris Mərkəzi fəaliyyətə başlayıb.

Tehsilmedia.org xəbər verir ki, mərkəzin əsas məqsədi dövlətin təhsil siyasətinə və regionda təhsilin inkişafına töhfə vermək, məktəblilərin ali təhsil müəssisələrinə hazırlıq səviyyəsini yüksəltmək və gələcək peşə seçimlərinə dəstək göstərməkdir. Layihə uzunmüddətli perspektivdə regionda ixtisaslı kadrların yetişdirilməsini, o cümlədən dağ-mədən sənayesinin kadr ehtiyacının yerli mütəxəssislər hesabına qarşılanmasını hədəfləyir.

Layihə çərçivəsində 2012-ci ildən təhsil sahəsində fəaliyyət göstərən “BANİ Seminariyası” ilə əməkdaşlıq edilir. Mərkəzin peşəkar pedaqoji heyətlə təminatı, tədrisin təşkili və idarə olunması tərəfdaş tərəfindən həyata keçirilir. Gəncədə 1000-dən artıq şagirdə təhsil xidməti göstərən seminariyanın ali məktəblərə qəbul göstəricisi 98 faizdir.

“AzerGold” QSC tərəfindən mərkəzin yerləşdiyi bina əsaslı təmir edilərək müasir tədris tələblərinə uyğunlaşdırılıb, zəruri avadanlıq və inventarla təmin olunub. Mərkəzin fəaliyyət xərcləri, şagirdlərin dərs vəsaitləri ilə təminatı, eləcə də ucqar kəndlərdə yaşayan 90 nəfərədək şagirdin gediş-gəlişi Cəmiyyət tərəfindən maliyyələşdirilir.

216 şagird üçün nəzərdə tutulan mərkəzdə hazırda diaqnostik imtahanların nəticələrinə əsasən seçilmiş VII–X siniflərdən 108 məktəbli ödənişsiz hazırlıq kurslarına cəlb olunub. Dərslər məktəbdənkənar vaxtlarda xüsusi proqram əsasında keçirilir.

Layihə regionda məşğulluğun artırılmasına da töhfə verir. Hazırda 23 nəfər işlə təmin olunub. Müəllimlər bilik və bacarıqları qiymətləndirilərək sertifikatlaşdırıldıqdan sonra işə qəbul ediliblər. Ümumilikdə, layihə çərçivəsində 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi regionlarda təhsilin dəstəklənməsi və insan kapitalının inkişafı istiqamətində ardıcıl sosial layihələr həyata keçirir. Bu sıraya “Gələcəyin mədənçisi” layihəsi, ali və peşə təhsili üzrə təqaüd proqramı, eləcə də məktəblilərin mütaliə vərdişlərinin inkişafına yönəlmiş təşəbbüslər daxildir.

Oxşar xəbərlər

Bütün xəbərlər