Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin yaradılmasından 3 il ötür
Şagirdlər üçün ödənişsiz hazırlıq mərkəzi açılıb
İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib
Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar

Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nümayəndə heyətinin təcrübə mübadiləsi məqsədilə Almaniya Federativ Respublikasına səfəri başa çatıb.

Tehsilmedia.org xəbər verir ki, səfərin əsas məqsədi sosial iş, inklüziv təhsil, əlilliyi olan şəxslərə dəstək xidmətləri, sosial reabilitasiya və peşə hazırlığı sahələrində Almaniya təcrübəsini öyrənmək, ali təhsil müəssisələri və sosial xidmət təşkilatları ilə akademik və institusional əməkdaşlıq imkanlarını genişləndirmək olub. Səfər çərçivəsində nümayəndə heyəti Düsseldorf, Köln, Bohum və Dortmund şəhərlərində bir sıra ali təhsil müəssisələrini və ixtisaslaşmış təşkilatları ziyarət edib.

Səfər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Azərbaycanda Mikro, Kiçik və Orta Müəssisələrin İqtisadi Təşviqi” layihəsi çərçivəsində təşkil olunub.

Proqramın ilk mərhələsində Düsseldorf Tətbiqi Elmlər Universitetinin (Hochschule Düsseldorf) Sosial Elmlər və Mədəniyyətşünaslıq fakültəsində görüş keçirilib. Görüş zamanı ali təhsilin əlçatanlığı, tələbələrin sosial iştirakının təşviqi, universitetdə tətbiq olunan dəstək mexanizmləri və tələbələrin praktiki hazırlığı məsələləri müzakirə olunub. Daha sonra nümayəndə heyəti universitetin kampusu ilə tanış olub, əlilliyi olan tələbələr üçün yaradılmış şərait və infrastruktur imkanlarına baxış keçirib. Bu tələbələrlə görüş zamanı onların təhsil təcrübəsi, eləcə də universitet həyatında iştirakı barədə fikir mübadiləsi aparılıb. Köln Universitetinin İnklüzivlik üzrə Xidmət Mərkəzində (University of Cologne Service Center Inclusion) keçirilən görüşdə tələbələrə göstərilən məsləhət, sosial və psixoloji dəstək xidmətləri, eləcə də universitet mühitində bərabər imkanların təmin olunması məsələləri müzakirə edilib. Nümayəndə heyəti əlilliyi olan tələbələr üçün yaradılmış şəraitlə tanış olub, onların tədris prosesində iştirakını dəstəkləmək məqsədilə istifadə olunan avadanlıq və texniki vasitələrə baxış keçirib.

Bohum şəhərində yerləşən Evangelische Hochschule Bochum (EvH Bochum) ali məktəbində nümayəndə heyətinə əlilliyi olan tələbələr üçün dəstək sisteminin təşkili və tətbiqi təcrübəsi təqdim olunub. Görüşdə tələbələrə göstərilən fərdi dəstək, dərslərin təşkili, tədris materiallarının əlçatanlığı, imtahanların keçirilməsi və qiymətləndirmə qaydalarının tələbələrin ehtiyaclarına uyğunlaşdırılması barədə məlumat verilib. Həmçinin tələbələrin universitetin ictimai həyatında iştirakını təşviq edən tədbirlər müzakirə olunub.

Dortmund Peşə Təhsili Fondunda (Berufsförderungswerk Dortmund – BFW) nümayəndə heyəti peşə reabilitasiyası, yeni ixtisaslara yiyələnmə və əmək bazarına inteqrasiya sahəsində tətbiq olunan yanaşmalarla tanış olub. Nümayəndələr nəzəri dərslərin keçirildiyi auditoriyalara və yeni ixtisaslar üzrə praktiki təlimlərin aparıldığı emalatxanalara baş çəkiblər. Həmçinin istirahət otaqları, idman zalları və yataqxanaya baxış keçirilib.

Caritasverband Dortmund e.V. təşkilatında isə sosial xidmətlərin təşkili və həssas qruplara göstərilən dəstək mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

Səfərin sonuncu mərhələsində Dortmund Texniki Universitetinin əlilliyi olan tələbələrə dəstək xidməti (DoBuS - TU Dortmund) ilə görüş keçirilib. Görüşdə xidmətin əsas fəaliyyət istiqamətləri, əlilliyi olan tələbələr üçün nəzərdə tutulan dəstək proqramları və xidmətləri, eləcə də ali təhsildə inklüzivliyin təmin edilməsinə dair universitetin yanaşması təqdim olunub.

Səfər zamanı keçirilən görüşlər və yerində müşahidələr inklüziv təhsilin təşkili, tələbələrə dəstək və peşə reabilitasiyası üzrə müxtəlif yanaşmaları müqayisə etməyə imkan verib. Əldə olunan təcrübə Azərbaycan Universitetində əlçatan tədris mühitinin inkişafı, sosial iş üzrə təhsil alan tələbələrin praktik hazırlığının təkmilləşdirilməsi və tərəfdaş qurumlarla gələcək akademik əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Bütün xəbərlər