Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

BSU və Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxıda birgə dəyirmi masa keçirib - FOTO

 

Aprelin 27-də Şamaxı şəhər 2 saylı tam orta məktəbdə "Heydər Əliyev İli” çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə birgə təşkil etdiyi "İnklüzivliyə doğru növbəti addım” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə "tehsilmedia.info"a BSU-dan bildirilib.

Tədbir cari ilin 2 iyun tarixində BSU-da keçirilməsi nəzərdə tutulmuş "İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı II Respublika elmi-praktik konfransı öncəsi BSU-nun rəhbərliyi və BSU-da fəaliyyət göstərən "İnklüziv təhsilə dəstək” mərkəzinin nümayəndələrinin iştirakı ilə bir neçə regionda (Şirvanda, Şamaxıda, Qusarda) nəzərdə tutlumuş silsilə tədbirlərdən biridir. Bu görüşlərin keçirilməsində başlıca məqsəd regionlarda inklüziv təhsillə bağlı vəziyyəti öyrənib müzakirə etmək, fikir mübadiləsi əsasında ümumiləşdirmələr aparmaq və nəticədə respublikamızın inklüziv təhsilinə töhvələr verməkdən ibarətdir.

Öncə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masa açılışından öncə BSU-nun nümayəndə heyəti məktəbin Heydər Əliyev Muzeyi ilə tanış olublar, Ulu Öndərin keçdiyi şərəfli, zəngin həyat yolunun müxtəlif dövrlərini əks etdirən məlumatlar, kitablar və fotolarla tanış olublar.

Dəyirmi masanı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev açaraq, qonaqları və tədbir iştirakçılarını salamlayıb. O, ölkəmizdə inklüziv cəmiyyətin inkişaf etdirilməsinin dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edildiyini deyib. Bu istiqamətdə müvafiq işlərin həyata keçirilməsinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Həmçinin Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu sahədə olan qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırıldığını diqqətə çatdırıb. Təhsil İdarəsinin müdiri bu dəyirmi masanın keçirilməsinin, regionlarda inklüziv təhsillə bağlı universitet, yerli icma və yerli məktəblər, təhsil müəssisələri arasında müzakirə və fikir mübadiləsinin aparılmasının vacibliyini qeyd edib. Bu məqsədlə dəyirmi masada bir sıra məktəb rəhbərlərinin iştirak etdiyini qeyd edib. Rövşən Əliyev dəyirmi masa iştirakçılar üçün faydalı olacağından əminliyini ifadə edib.

BSU-nun Tədris işləri üzrə prorektoru müəllim Ənvər Abbasov rektor Anar Nağıyevin salamlarını dəyirmi masa iştirakçılarına çatdırıb. O, 2005-ci ildə BMT-nin davamlı inkişaf məqsələrinin qəbul olunduğunu və 17 məqsəddən birinin məhz davamlı təhsil və inklüzivlik olduğunu bildirib. Təhsil müəssisələrində inklüziv təhsilin qurulması zərurətindən və müasir dövrdə inklüziv təhsilin əhəmiyyətindən söz açıb. Bu sosial qrupa aid olan uşaqların ünsiyyətinin vacibliyini, inklüziv təhsilin cəmiyyətdə bərabər təhsil mühitinin yaradılmasındakı mühüm rolunu nəzərə çatdırıb. İnklüziv təhsillə bağlı təbliğat işinin də vacibliyini qeyd edən prorektor BSU-da İbtidai təhsil kafedrasında inklüziv təhsil qrupunun yaradıldığını deyib.

BSU-nun Elmi işlər üzrə prorektoru, dosent Nailə Xəndan dəyirmi masanın əhəmiyyətini vurğulayaraq, sosiallaşmanın əlilliyi olan uşaqların təhsilində rolundan danışıb. İnklüziv təhsilin bu uşaqların gələcəkdə həm təhsilin bütün pillələrində, həm də iş həyatında zəruri olduğunu deyib.

BSU-nun Təhsil fakültəsinin dekanı, dosent Sevinc Axundova gələcək birgə əməkdaşlıq üçün bu dəyirmi masanın rolunu vurğulayıb. Fakültə barədə məlumat verərək, tədris olunan ixtisaslara 2022-ci ildən psixologiya və korreksiyaedici təlim ixtisaslarının əlavə olunduğunu qeyd edib. İnklüziv təhsilin bu ixtisasların da fənn bloklarında nəzərdə tutulduğunu vurğulayıb. BSU-nun inklüziv strategiyasının həyata keçirilməsində bir sıra addımların atıldığını diqqətə çatdırıb, bu sahədə keçirilən tədbirləri, o cümlədən maarifləndirmə həftəsi, xüsusi tematik otaqların təşkil olunması, inklüziv təhsil üzrə mütəxəssislərin terapiya və oyun otaqlarında təlimlər keçdiyini qeyd edib. Beynəlxalq ekspertlərin, həmçinin qeyri-hökumət təşkilatlarının, dövət idarələri və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə seminarların təşkil olunduğunu vurğulayıb.

BSU-nun İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova kafedranın fəaliyyətindən danışaraq, inklüziv təhsillə bağlı layihənin 2014-cü ildən başladığını deyib. Kafedrada inklüziv təhsilin tədrisindən, "İnklüziv təhsildən inklüziv cəmiyyətə doğru" dəyirmi masadan söz açıb, əlilliyi olan uşaqların cəmiyyətə qazandırılması üçün BSU tələbələrinin könüllü kimi layihənin işində fəal iştirak etdiyini, gələcəkdə məzunların əlilliyi olan uşaqlarla işləyən, əmək bazarında bu sahədə peşəkar kadrlar  kimi formalaşdığıni bildirib.

ADPU-nun və BSU-nun İbtidai təhsil kafedrasının dosenti Gülşən Eminova "İnklüziv təhsilin səmərəli həyata keçirilməsi üçün vacib olan şərtlər, sinif strategiyaları və yardımçı təlim texnologiyaları” mövzusunda məruzə ilə çıxış edib. O, inklüziv təhsilin tətbiqindən söz açıb, dərslərin təşkili zamanı əlilliyi olan uşaqların və digər həssas qruplardan olan bütün şagirdlərin  nəzərə alınması, təhsilin əlçatanlığı, hamıya ədalətli və bərabər yanaşma  strategiyasının zəruri olduğunu deyib. BSU-da təşkil olunmuş "İnklüziv təhsil inklüziv cəmiyyətə doğru” konfransından bəhs edərək, layihə çərçivəsində son iki il ərzində BSU-nun Təhsil fakültəsinin tələbələrinin əlilliyi olan və əlilliyi olmayan uşaqlarla işləyərək təcrübə qazandıqlarını qeyd edib. Ölkəmizdə inklüziv təhsilin inkişafı ilə əlaqədar müxtəlif vaxtlarda təsdiq olunmuş qanunvericilik bazasına da toxunub.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin sektor müdiri Gülnisə Ələkbərova çıxışında xüsusilə bölgələr üzrə əlilliyi olan uşaqların təhsilə yönəldilməsinin vacibliyini qeyd edib, bu fəaliyyətin onların mühitə uyğunlaşdırılması məqsədi daşıdığını vurğulayıb. Bu sosial qruplara aid olan həm uşaqlar, həm də valideynlərin görüşlərinin təşkil olunmasının vacibliyini qeyd edib.

ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova filialın Heydər Əliyev Fondunun müəllimlərin inklüziv təhsilə cəlb olunması layihəsində təmsil olunduğunu deyib. Layihə çərçivəsində İnklüziv tədris mərkəzinin yaradıldığını qeyd edərək, mərkəzin fəaliyyətinə toxunub.

Şamaxı Dövlət Regional Kollecinin direktoru, dosent İlham Vəliyev kollec haqqında məlumat verib, bu təhsil müəssisəsinin inklüziv təhsil ixtisasının mövcudluğundan söz açıb. O, inklüziv təhsil üzrə kadr potensialının formalaşdırılması zərurətini qeyd edib.

BSU-nun İbtidai təhsil kafedrasının dosenti Hafiz Hacıyev inklüziv təhilin metodikasından və baş müəllimi Fidan Əfəndiyeva əlilliyi olan uşaqlarla inklüziv təhsilin təşkilindən danışıblar.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonra BSU-nun nümayəndə heyəti ADPU-nun Şamaxı filialında olublar.


Oxşar xəbərlər


Bütün xəbərlər

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib