Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”

Müasir dünyada baş verən mürəkkəb geosiyasi proseslər, regionda genişlənən müharibələr və artan risklər fonunda ölkə daxilində sağlam siyasi mühitin və konstruktiv müxalifətçilik xəttinin mövcudluğu xüsusi önəm kəsb edir. Tənqidin dağıdıcı deyil, dövlətin inkişafına və düzgün qərarların qəbuluna xidmət edən bir alətə çevrilməsi siyasi sistemin yetkinliyinin əsas göstəricisidir.

Tehsilmedia.com xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev ölkədəki siyasi dialog, müxalifətin məsuliyyəti və qlobal risklər qarşısında milli həmrəylik məsələlərini şərh edərkən bildirib.

Başqan müavini müxalifət anlayışına və onun dövlətçilikdəki roluna diqqət çəkib:

“Müxalifət olmaq hakimiyyətin hər dediyini tənqid xatirinə tənqid etmək, hər addımına etiraz xatirinə etiraz etmək demək deyil. Əsl müxalifət dövlətin maraqlarını nəzərə alaraq problemləri vaxtında göstərməyi, fərqli fikir və alternativ yanaşma ortaya qoymağı bacarmalıdır. Tənqid dağıtmaq üçün deyil, daha düzgün qərarların qəbuluna kömək etmək üçün səslənəndə faydalıdır”.

MCP rəsmisi dövlət başçısının qlobal təhlükəsizliklə bağlı xəbərdarlıqlarına toxunaraq, bütün siyasi qüvvələrin məsuliyyət daşıdığını vurğulayıb:

“Bu baxımdan ölkədə sağlam siyasi mühitin olması hər kəs üçün vacibdir. Çünki qarşıdakı təhlükələri və riskləri yalnız dövlət qurumları deyil, siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etmeli və öz təkliflərini ortaya qoymalıdır. Prezident İlham Əliyevin çıxışlarında da zaman-zaman gələcək proseslərlə bağlı ciddi mesajlar səslənir. Sentyabrın 17-də TDT-nin təhlükəsizlik üzrə rəhbərləri ilə görüşdə ‘ətrafımızda müharibələr gedir’ və ‘müharibələrin nə sonu, nə də qurtaracağı görünür’ fikirləri də belə mesajlardan biridir. Dünyada proseslər sürətlə dəyişir. Müharibələrin coğrafiyası genişlənir, qarşıdurmalar dərinləşir. Belə bir vəziyyətdə dövlətin yalnız bugünkü problemlərə deyil, sabah yarana biləcək risklərə də hazır olması vacibdir”.

Deputat köməkçisi çıxışında siyasi dialoqun və məsuliyyətli müxalifətçiliyin vacibliyini qeyd edərək fikirlərini yekunlaşdırıb:

“Bunun üçün isə təkcə dövlət strukturlarının fəaliyyəti kifayət deyil. Güclü siyasi institutlar, real siyasi dialoq, sağlam tənqid və alternativ fikirlər də lazımdır. Məncə, bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır. Müxalifətin də öz məsuliyyəti var: susmamaq, ama məsuliyyətsiz danışmamaq; tənqid etmək, ama dövlət maraqlarını da unutmamaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər