Xəbər lentiwidget-title-icon

Qiyabi oxuyan oğlanlara hərbi möhlət verilsin - Qanunda dəyişiklik TƏKLİFİ
Magistratura və doktoranturanı bitirən zabitlərin hərbi rütbədə olma müddəti azaldılır
Elxan Nəcəfov kollektivə təqdim edilib
Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib
Şagird sayına görə məktəblərdə psixoloq ştatı BÖLGÜSÜ
Xarici diplomlar üçün tərcümə və notarial təsdiq tələb olunmayacaq
Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib
"BilBacar" müsabiqəsinin I hazırlıq mərhələsi başladı!
İki kollecdə direktor müavinləri vəzifəsinə yeni TƏYİNATlAR
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
QS Avrasiya Forumu ilk dəfə ADNSU-da keçiriləcək
Goranboyda məktəb direktoru vəzifəsinə təyinat olub
Kənd məktəblərində müəllim və şagird sayında ciddi AZALMA
Məktəblərdə payız tətili başa çatıb
ABŞ-də 4 illik universitet təhsili dəyişir
İlham Əliyev və birinci xanımın şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Çində 200 milyon şagird süni intellekt öyrənəcək
167 illik riyazi məsələ süni intellektlə isbat edilib
Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxardı
Dərsliklərdəki nöqsanların əsas səbəbi - CİDDİ YANLIŞLIQ
Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək

Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR



"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.

Tehsilmedia.com xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.

Layihəyə əsasən, inzibati vəzifələrlə bağlı müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailəsinin üzvlərinə münasibətdə test imtahanında iştirak etmək üçün müəyyən edilmiş məbləğ Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən "Dövlət qulluğu sertifikatı" verir. "Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.

"Dövlət qulluğu sertifikatı" qüvvədə olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində 5 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə bilər. Beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) birgə təşkil edir. Müsabiqə nəticələri hesablanarkən şəxslərin müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ verən "Dövlət qulluğu sertifikatı"nı əldə etdikləri test imtahanının nəticəsinin test imtahanı üzrə əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi ilə müsabiqənin müsahibə mərhələsində əldə etdikləri nəticənin müsabiqənin müsahibə mərhələsində əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi toplanaraq ikiyə bölünür. "Dövlət qulluğu sertifikatı tələb edilmədən müsabiqənin müsahibə mərhələsində iştirak edən şəxslərin uyğun hesab olunduqları vəzifə üzrə sertifikatın əldə edilməsi üçün tələb olunan minimal keçid balının faiz göstəricisi ilə test imtahanında toplanması mümkün olan ən yüksək balın faiz göstəricisinin cəmlənib ikiyə bölünməsi yolu ilə test imtahanı nəticəsi müəyyən edilir və daha sonra həmin şəxslərin müsabiqə nəticələri yuxarıda qeyd olunan qaydaya uyğun olaraq hesablanır. Test imtahanının və ya müsahibənin nəticələri etibarsız hesab edildikdə, habelə şəxs test imtahanında və ya müsahibədə iştirak etmədikdə ödənilmiş məbləğlər geri qaytarılmayacaq.

Qeyd edək ki, qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi günədək qüvvədə olmuş "Dövlət qulluğu haqqında" qanuna əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"na malik olan şəxslər həmin sertifikatın qüvvədə olma müddəti ərzində bu Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malik olacaqlar.

Oxşar xəbərlər


Bütün xəbərlər

Qiyabi oxuyan oğlanlara hərbi möhlət verilsin - Qanunda dəyişiklik TƏKLİFİ
Magistratura və doktoranturanı bitirən zabitlərin hərbi rütbədə olma müddəti azaldılır
Elxan Nəcəfov kollektivə təqdim edilib
Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib
Şagird sayına görə məktəblərdə psixoloq ştatı BÖLGÜSÜ
Xarici diplomlar üçün tərcümə və notarial təsdiq tələb olunmayacaq
Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib
"BilBacar" müsabiqəsinin I hazırlıq mərhələsi başladı!
İki kollecdə direktor müavinləri vəzifəsinə yeni TƏYİNATlAR
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
QS Avrasiya Forumu ilk dəfə ADNSU-da keçiriləcək
Goranboyda məktəb direktoru vəzifəsinə təyinat olub
Kənd məktəblərində müəllim və şagird sayında ciddi AZALMA
Məktəblərdə payız tətili başa çatıb
ABŞ-də 4 illik universitet təhsili dəyişir
İlham Əliyev və birinci xanımın şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Çində 200 milyon şagird süni intellekt öyrənəcək
167 illik riyazi məsələ süni intellektlə isbat edilib
Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxardı
Dərsliklərdəki nöqsanların əsas səbəbi - CİDDİ YANLIŞLIQ