Şagird sayına görə məktəblərdə psixoloq ştatı BÖLGÜSÜ
Ümumtəhsil müəssisələrində psixoloqlar şagirdlərin psixoloji vəziyyətinin izlənilməsi, onların sosial və emosional inkişafının dəstəklənməsi, eləcə də təlim prosesində qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayırlar.
Məktəblərdə psixoloq ştatlarının sayı isə şagird kontingentinə uyğun müəyyən edilir.
Tehsilmedia.org xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatlarının sayı şagirdlərin sayına görə müəyyənləşdirilir.
Belə ki, şagird sayı 1000-dək olan məktəblərdə 1, 1000-dən 3000-dək olan məktəblərdə 2, 3000-dən çox olan təhsil müəssisələrində isə 3 psixoloq ştatı nəzərdə tutulur.
Özəl ümumi təhsil müəssisələrində psixoloq ştatlarının sayı isə həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən edilir.




























