Xəbər lentiwidget-title-icon

Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır

Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“

Bakı Dövlət Universitetinin (BDU) tələbələri yeni təyin olunan rektor Məleykə Abbaszadədən universitetdə tədris və imtahan sisteminin köklü şəkildə dəyişdirilməsini istəyirlər.

Tehsilmedia.org modern.az-a istinadən xəbər verir ki, tələbələr sosial şəbəkələrdə bu barədə çağırış edərək universitetdə mövcud imtahan qaydalarının müasir tələblərə uyğunlaşdırılmasının vacibliyini vurğulayıblar.

Onların sözlərinə görə, BDU-da hələ də köhnə imtahan sistemi tətbiq olunur. Tələbələr imtahanlarda 5 açıq sualın cavabını yazılı şəkildə təqdim etməli olduqlarını, digər universitetlərdə isə əsasən qapalı suallardan və elektron imtahan formatından istifadə edildiyini bildiriblər.

Paylaşılan çağırışda, həmçinin aralıq imtahan (midterm) sisteminin olmamasından narazılıq ifadə olunub. Qeyd edilib ki, tələbələr hər fənn üzrə üç kollekvium vermək məcburiyyətində qalırlar.

Tələbələr ümid edirlər ki, Məleykə Abbaszadənin rektor təyin olunması universitetdə müsbət dəyişikliklərə səbəb olacaq.

“BDU-da sistem köklü dəyişikliyə məruz qalmalıdır. Çünki hazırda sistem köhnə sistemdir. İmtahan sistemi hələ də 5 sualın cavabını vərəqə açıq şəkildə yazmağı tələb edir. Amma digər universitetlərdə əsasən qapalı suallara, elektron imtahan formatına keçilib. Midterm sistemi yoxdur, hər dəfə, hər fəndən üç kollekvium vermək məcburiyyətində oluruq.

Ümidvarıq ki, rektor dəyişikliyi bütün tələbələr üçün xeyirli və uğurlu olacaq. Məleykə xanım prinsipial rəhbərdir. İnanırıq ki, universitetin çatışmayan tərəfləri tez bir zamanda düzələcək”, – deyə tələbələr qeyd ediblər.

Xatırladaq ki, M.Abbaszadə təyinatdan sonra bu gün verdiyi ilk açıqlamada BDU-da görüləcək işlərdən söz açıb:

“Yeni fəaliyyətimə böyük vədlərlə başlamaq istəməzdim. İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır.

Universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır.

İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm”.

Oxşar xəbərlər

Bütün xəbərlər