Xəbər lentiwidget-title-icon

9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib

Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib.

Tehsilmedia.org xəbər verir ki, paytaxtdakı 327 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan dərslər “Heydər Əliyev irsi: milli dövlətçilik, ideoloji təhlükəsizlik və gəncliyin məsuliyyəti” mövzusuna həsr olunub.

Panel müzakirə formatında keçirilən tədbirdə Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Suraxanı rayonu ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Qonaqlar əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan panel müzakirənin moderatoru, BŞTİ-nin sektor müdiri Bəşarət Məmmədov ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, milli ideologiyanın formalaşması və müasir dövrün çağırışları barədə danışıb. Sektor müdiri Ulu Öndərin həyata keçirdiyi informasiya siyasətinin məhz cəmiyyətə açıqlığa, eləcə də söz və mətbuat azadlığının təmin olunmasına əsaslandığını vurğulayıb. Gənclərin milli ruhda tərbiyə olunmasının və dövlətçilik ənənələrinə sadiq qalmasının strateji məsələ olduğunu diqqətə çatdıran B.Məmmədov gənclərin kənar ideoloji təsirlərin hədəfinə çevrilməmələri üçün əldə etdikləri məlumatları tənqidi təfəkkür süzgəcindən keçirməyi, eləcə də rəsmi və etibarlı mənbələrə istinad etməyi bacarmalarının vacibliyini vurğulayıb.

Milli Məclisin komitə sədri Sadiq Qurbanov “Milli dövlətçilik və Heydər Əliyev irsi” mövzusunda çıxış edərək müasir müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsində Ulu Öndərin tarixi xidmətlərindən bəhs edib. Deputat dövlətçilik ənənələrinin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

“Milli ideologiya, ideoloji təhlükəsizlik və gənclərlə iş” mövzusunda çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov azərbaycançılıq məfkurəsinin cəmiyyətin birliyindəki rolundan söz açıb. O, qloballaşma dövründə ideoloji təhlükəsizliyin təmin olunmasında gənclərin siyasi fəallığının və düzgün istiqamətləndirilməsinin vacibliyini qeyd edib.

Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Media və informasiya təhlükəsizliyi: müasir çağırışlar” mövzusunda çıxış edərək informasiya müharibəsi şəraitində gənclərin media savadlılığının artırılmasının zəruriliyini önə çəkib. Millət vəkili doğru və qərəzsiz informasiyanın cəmiyyətə çatdırılmasında, eləcə də informasiya məkanında milli maraqların müdafiəsində gənclərin üzərinə düşən məsuliyyətdən danışıb.

Panel müzakirələrinin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinin paytaxtın inzibati rayonları üzrə məktəblilərin iştirakı ilə davam etdirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər