Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunan seminar keçirilib - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə "Ulu Öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda akademik seminar keçirilib.

tehsilmedia.info xəbər verir ki, Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan seminar Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

Seminarda millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, İdarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində təşkil olunan seminarda tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan qonaqlara Ümummilli Lider Heydər Əliyevin həyatı və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.

Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Heydər Əliyev və Zərifə Əliyevanın həyat və fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illiyi ərəfəsində belə tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib.

Milli Məclisin deputatı Sadiq Qurbanov "Ulu Öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda məruzə ilə çıxış edib. S.Qurbanov Dahi Lider Heydər Əliyev tərəfindən böyük fədakarlıqla qorunaraq hifz edilən milli-mədəni irsimizin gənc nəslə ötürülməsinin böyük vəzifə kimi qarşıda durduğunu diqqətə çatdırıb.

Daha sonra mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb. Həmçinin məktəblilər Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı keçirilən seminar barədə öz təəssüratlarını bölüşüblər.

Oxşar xəbərlər

Bütün xəbərlər