Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

BSU-da Ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

BSU-da Ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Dekabrın 12-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bu gün müasir Azərbaycan dövlətinin qurucusu, böyük tarixi şəxsiyyət, təkcə Azərbaycan xalqı və tarixində deyil, bütöv dünya tarixində adı həmişə böyük hərflərlə yazılacaq Ulu Öndərin əziz xatirəsinin bütün Azərbaycanda olduğu kimi BSU-da da dərin ehtiramla yad edildiyini qeyd edib. Rektor Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 8 noyabr tarixindəki Şəhidlər Xiyabanından Azərbaycan xalqına müraciətindən “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” ifadəsini xatırladaraq, ölkəmizin qurucusu tərəfindən onun qarşısına qoyulmuş tapşırığın icra olunmasının nəticəsi olduğunu bildirib. Anar Nağıyev Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqilliyin bərpasından sonrakı dönəmdə ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın gələcəyi üçün faəliyyətini formalaşdırdığını qeyd edib. Ümumilli lider Heydər Əliyevin Sovet dövründə ölkəmizə rəhbərlik etdiyi dönəm milli özünüdərkin formalaşması ilə yanaşı, Azərbaycanın inkişafına səbəb olduğunu qeyd edib. O, Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz xidmətlərdən, bununla əlaqədar imzaladığı fərman və sərəncamlardan, rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından bəhs edib. Rektor bütün bu fəaliyyətlərin Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycan formalaşdırmaq missiyasının tərkib hissəsi olduğunu bildirib. Ümummilli liderin həm də dövlətçilik missiyasında bir xilaskarlıq missiyasının olduğunu deyən rektor 20 Yanvar hadisələrindən sonra onun Azərbaycan xalqının ən çətin günündə yanında olaraq, bütöv bir imperiyaya meydan oxumasının bu missiyanın bariz nümunəsi olduğunu qeyd edib. Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində tarixi addımlar atdığını bildirirərək, üçrəngli bayrağımızın Naxçıvanda yenidən rəsmi şəkildə qaldırmaqla yeni Azərbaycanın yeni inkişafını müəyyənləşdirdiyini vurğulayıb. Rektor Ümummilli lider Heydər Əliyevin uzaqgörən gələcək siyasəti formalaşadırdığını deyərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış şanlı qələbə nəticəsində qürurla “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsinin ölkəmizin hər bir guşəsində səsləndirilməsinin təmin edildiyini diqqətə çatdırıb.

Nəsimi rayon YAP-ın sədri Azər Süleymanov “Heydər Əliyev və Azərbaycanın formalaşması”, Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev”, Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev “Azərbaycan təhsilində Heydər Əliyevin rolu”, Filologiya fakültəsinin dekanı Sevinc Abışova “Heydər Əliyev və Gənclər siyasəti”, Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri Naidə Məmmədxanova “Elm və multikultralizm”, Magistratura şöbəsinin müdiri Məmmədtağı Rzayev “Qalib xalqın qalib ruhu”, BSU Tələbə Gənclər Təşkilatının (TGT) sədr müavini Cavid Novruzov “Gələcəyin gəncləri” adlı məruzələrlə çıxış ediblər. Çıxışlarda Azərbaycan təhsilinin bugünkü uğurlarının kökündə Ümummilli lider Heydər Əliyevin gərgin zəhməti dayandığı qeyd olunub. Ulu Öndərin layiqli davamçısı -Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev hazırda elm və təhsil sahəsinə qayğını ardıcıl davam etdirərək elm sferası üçün mühüm olan qəbul etdiyi bir sıra qərarları nəticəsində bu gün respublikamızda elm, təhsil sürətlə inkişaf edrək, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradıldığı vurğulanıb. Ulu Öndər Heydər Əliyevin dövlət və ordu quruculuğu ənənələri, iqtisadi islahatları, sabitlik yaratma üsulları yeni müstəqillik qazanmış ölkələr üçün sınaqdan uğurla çıxmış ən dəyərli "yol xəritəsi" olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycançılıq ideologiyasının təməlin¬də, ilk növbədə, güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi, ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qay¬daları əsasında ünsiyyət qurması kimi ali dəyərlər dayanır. Çıxışlarda, həmçinin Ümummilli liderin hakimiyyəti illərində multikulturalizmin siyasi əsası qoyulduğu, bu istiqamətdə ilk siyasi qərarlar qəbul edilərək həyata keçirildiyi diqqətə çatdırılıb. Ulu Öndər Heydər Əliyev və onun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin gənclər siyasətinin əsas prinsiplərindən biri millətinə və dövlətinə sadiq bir gənc nəsil yetişdirmək olduğu bildirilərək, tarixi qələbədən söz açılıb. Həmçinin, tədbirdə BSU-nun professoru Naidə Məmmədxanovanın “Heydər Əliyev İli” çərçivəsində işıq üzü görmüş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev- müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi" adlı monoqrafiyası ilə bağlı məlumat verilib.

Oxşar xəbərlər

Bütün xəbərlər