Xəbər lentiwidget-title-icon

Qiyabi oxuyan oğlanlara hərbi möhlət verilsin - Qanunda dəyişiklik TƏKLİFİ
Magistratura və doktoranturanı bitirən zabitlərin hərbi rütbədə olma müddəti azaldılır
Elxan Nəcəfov kollektivə təqdim edilib
Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib
Şagird sayına görə məktəblərdə psixoloq ştatı BÖLGÜSÜ
Xarici diplomlar üçün tərcümə və notarial təsdiq tələb olunmayacaq
Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib
"BilBacar" müsabiqəsinin I hazırlıq mərhələsi başladı!
İki kollecdə direktor müavinləri vəzifəsinə yeni TƏYİNATlAR
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
QS Avrasiya Forumu ilk dəfə ADNSU-da keçiriləcək
Goranboyda məktəb direktoru vəzifəsinə təyinat olub
Kənd məktəblərində müəllim və şagird sayında ciddi AZALMA
Məktəblərdə payız tətili başa çatıb
ABŞ-də 4 illik universitet təhsili dəyişir
İlham Əliyev və birinci xanımın şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Çində 200 milyon şagird süni intellekt öyrənəcək
167 illik riyazi məsələ süni intellektlə isbat edilib
Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxardı
Dərsliklərdəki nöqsanların əsas səbəbi - CİDDİ YANLIŞLIQ
Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək

Qiyabi oxuyan oğlanlara hərbi möhlət verilsin - Qanunda dəyişiklik TƏKLİFİ

Qiyabi təhsil alan oğlan tələbələr ali təhsillərini başa vurmadan hərbi xidmətə çağırılırlar. Bu amil bir çox abituriyentin qiyabi təhsil formasını seçməkdən çəkinməsinə səbəb olur. Nəticədə, qəbul imtahanlarında topladıqları bal əyani təhsil almağa kifayət etməyən oğlan tələbələr ali təhsil imkanından da məhrum olurlar.

Qiyabi təhsil alan oğlan tələbələrin hərbi xidmətə çağırışı təhsillərini bitirənədək təxirə salınmalıdırmı?

Tehsilmedia.org xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qiyabi təhsil almaq istəyən gənclərə möhlət hüququnun verilməsinin tərəfdarı olduğunu bildirib:

“Qaldırdığınız məsələ çox aktual və önəmli məsələdir. Hesab edirəm ki, qanunvericiliyə yenidən baxılmalı və qiyabi təhsil alan tələbələr üçün müəyyən güzəştlərin tətbiqi nəzərdən keçirilməlidir. Prinsipcə, mən bu təşəbbüsü alqışlayıram.

Qiyabi təhsil almaq istəyən gənclərə möhlət hüququnun verilməsi çox yaxşı olardı”.

Bu gün qiyabi təhsilin özündə ciddi problemlərimiz mövcuddur:

“Qiyabi təhsil formal xarakter daşımamalı, sözün həqiqi mənasında gənclərə keyfiyyətli təhsil verməlidir.

Təəssüf ki, bu sahədə müəyyən ciddi boşluqlarımız var. Çalışmalıyıq ki, bu məsələyə xüsusi önəm verək və qiyabi təhsilin keyfiyyətini təmin edək. Hazırkı qiyabi təhsil modelini səmərəli və düzgün hesab etmirəm. Məsələnin narahatedici tərəflərindən biri də məhz budur”.

Qanunvericiliyə edilən güzəştlərdən sui-istifadə hallarına yol verilməməlidir:

“Bir sıra hallarda qanunlara dəyişiklik etdikdən sonra müəyyən problemlərlə qarşılaşırıq. Məsələn, doktorantura təhsili ilə bağlı güzəşt tətbiq etdik. Lakin nəticədə sui-istifadə halları ilə üzləşdik. Adını doktoranturaya yazdıran, amma faktiki olaraq təhsil almayan, hətta xaricdə doktorantura təhsili aldığına dair sənəd təqdim etsə də, reallıqda Azərbaycanda və ya dünyanın ayrı-ayrı yerlərində işləyən gəncləri gördük.

Ona görə də bu məsələdə vətəndaşların üzərinə də böyük məsuliyyət düşür. Onlar bu məsələyə çox ciddi yanaşmalıdırlar”.

Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib ki, gənclərə şərait yaradılmalıdır ki, heç bir tələskənlik olmadan ali təhsillərini tamamlasınlar və həyatlarını rahat şəkildə planlaşdıra bilsinlər:

"Biz bütün məsələlərə eyni zamanda sosial çərçivədə yanaşmalıyıq. Məsələn, bu gün boşanmaların sayı artır, evliliklərin sayı isə azalır. Bu, gələcəkdə Azərbaycanın demoqrafik vəziyyəti üçün problem yarada bilər. Bəs bunun qarşısını almaq üçün nə edirik?

Xarici ölkələrdə maraqlı təcrübələr var. Məsələn, bəzi ölkələrdə hərbi məktəblərin yaxınlığında pedaqoji məktəblər də açılır. Hərbi məktəblərdə oğlanlar, pedaqoji məktəblərdə isə qızlar təhsil alırlar. Bunun səbəbini soruşduqda bildirirlər ki, məqsəd gələcəkdə ailələrin qurulmasına şərait yaratmaqdır. Hərbçilərin pedaqoji təhsil alan məzunlarla ailə qurması üçün belə imkanlar yaradılır. Murmansk və Arxangelskdə bu cür təcrübələr mövcuddur.

Biz də bu məsələlər üzərində düşünməliyik. Əsgərlik xidmətinin peşəkar əsaslarla təşkili məsələsinə də baxmaq lazımdır. Gənclər oxumalı, yaşamalı, ailə qurmalı, həyatlarını planlaşdırmaq imkanı əldə etməlidirlər. Bu məsələlərə yanaşmamız dəyişməlidir. Onlara təhsillərini başa çatdırmaq üçün imkan verməliyik. Gənclərə bütün şəraitlər yaradılmalıdır ki, heç bir tələskənlik olmadan ali təhsillərini tamamlasınlar və həyatlarını rahat şəkildə planlaşdıra bilsinlər.

Çünki evlilik və ailə qurmaq yaşı da məhz həmin dövrə təsadüf edir. Gənc universitetə daxil olur, müəyyən müddətdən sonra hərbi xidmətə gedir, qayıdır, daha sonra yenidən həyatını qurmağa çalışır. Bu proseslər gənclərin həyat planlarına təsir edir. Buna görə də məsələyə daha geniş yanaşmaq lazımdır".

Oxşar xəbərlər

Bütün xəbərlər