Xəbər lentiwidget-title-icon

BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?

Hansı tələbələr təhsil haqqından azaddır? - RƏSMİ

Hansı tələbələr təhsil haqqından azaddır? - RƏSMİ

Elm və Təhsil Nazirliyi təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin kateqoriyası müəyyən edilib.

tehsilmedia.info xəbər verir ki, həmin şəxslər 6 kateqoriyaya bölünür.
Bunlar məcburi köçkün statuslu şəxslər, valideyn himayəsindən məhrum olmuş şəxslər, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid statusu alan şəxslər, şəhid və müharibə əlillərinin övladları və müharibə veteranlarıdır.

1.Məcburi köçkün statuslu şəxslər:

Dövlət ali təhsil müəssisələrinin bakalavriat ( ǝsas ( baza ali) tibb təhsili) və magistratura ( rezidentura) təhsil səviyyələrində, AMEA- nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları.

2.Valideyn himayəsindən məhrum olmuş şəxslər:

Hər iki valideyni vəfat etmiş ; bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ; valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan ( övladlığa götürüldükdə belə) ali, orta ixtisas və peşə təhsili müəssisələrində və AMEA- nın magistratura səviyyəsində əyani formada 23 yaşınadək təhsil alan şəxslər.

3.Əlilliyi müəyyən edilmiş şəxslər:

Ali təhsil müəssisələrində bakalavriat və magistratura ( əsas ( baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, AMEA- nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər ; Dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə əlilliyi olan şəxslər ; 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan və aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.

4.Şəhid ailəsi statusu olan şəxslər:

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanunu" na müvafiq olaraq şəhid ailəsi statusu almış dövlət peşə, orta ixtisas, ali təhsil müəssisələrində və AMEA- nın magistratura səviyyəsində 23 yaşınadək əyani təhsil alan şəxslər.

5.Şəhid və müharibə əlillərinin övladları:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi Əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura ( əsas ( baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqları.

6.Müharibə veteranları:

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura ( əsas ( baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə" Müharibə veteranı" adı almış şəxslər.

Oxşar xəbərlər

Bütün xəbərlər