Xəbər lentiwidget-title-icon

Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb
Elm və Təhsil Nazirliyi “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi? - TƏHLİL
Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir

Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir

Sabiq maliyyə naziri, professor Saleh Məmmədov müəllimlərin kompüter bacarıqları ilə bağlı fikirlər səsləndirib.

O bildirib ki, kompüterdən istifadə etməyi bacarmayan müəllim məktəbə buraxılmamalıdır.

Maraqlıdır ki, müasir dövrdə rəqəmsal savadlılığın müəllimlər üçün məcburi şərtə çevrilməsi təhsilin keyfiyyətinə necə təsir göstərər?

Tehsilmedia.org xəbər verir ki, azedu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə ekspert Vüsət Əzizov qeyd edib ki, müəyyən yaş qrupunda olan və uzun illər məktəbdə çalışan müəllimlərdən bu bacarıqları birdən-birə tələb edib “bacarmırsansa, məktəbə buraxılmırsan” demək də doğru olmaz:

"Bu fikirlə müəyyən mənada razılaşmaq olar, amma məsələni “kompüter bilməyən müəllim məktəbə buraxılmamalıdır” formasında sərt qoymaq düzgün yanaşma deyil. Müasir müəllim üçün rəqəmsal savadlılıq artıq əlavə üstünlük yox, peşəkar fəaliyyətin vacib komponentlərindən biridir. Elektron jurnal, rəqəmsal tədris resursları, təqdimatlar, onlayn platformalar, süni intellekt alətləri və müxtəlif elektron xidmətlər müəllimin gündəlik fəaliyyətinin bir hissəsinə çevrilib. Bu baxımdan, kompüterdən ümumiyyətlə istifadə edə bilməyən müəllimin müasir məktəb mühitində effektiv fəaliyyət göstərməsi ciddi çətinlik yarada bilər.

Amma burada “kompüter bilməmək” anlayışının özü də dəqiqləşdirilməlidir. Müəllimdən proqramçı səviyyəsində texniki bilik tələb olunmur. Əsas tələb onun tədris prosesində zəruri olan rəqəmsal bacarıqlara sahib olmasıdır. Məsələn, elektron sistemlərdən istifadə etmək, sənədlər hazırlamaq, məlumat axtarmaq, təqdimatlar yaratmaq, onlayn resurslardan düzgün yararlanmaq və rəqəmsal təhlükəsizlik qaydalarını bilmək.

Digər tərəfdən, müəyyən yaş qrupuna aid olan və uzun illər məktəbdə çalışan müəllimlərdən bu bacarıqları birdən-birə tələb edib “bacarmırsansa, məktəbə buraxılmırsan” demək də doğru olmaz. Əvvəlcə onların sistemli şəkildə təlimlərə cəlb edilməsi, sertifikasiya və ya attestasiya prosesində rəqəmsal bacarıqlarının qiymətləndirilməsi daha sağlam yanaşmadır.

Gələcəkdə müəllimin peşəkar standartlarında rəqəmsal savadlılıq ayrıca və ölçülə bilən tələb kimi müəyyənləşdirilməlidir. Müəllim yalnız fənnini yaxşı bilməklə kifayətlənməməli, həmin bilikləri müasir texnologiyaların imkanlarından istifadə etməklə şagirdlərə çatdırmağı da bacarmalıdır".

Oxşar xəbərlər

Bütün xəbərlər