Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Ortaq türkcəyə dəyərli töhfə - “Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçası - FOTO

Ortaq türkcəyə dəyərli töhfə - “Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçası - FOTO

Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun "Ortaq türkcəyə dəyərli töhfə "Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçası yazısını təqdim edirik:

Orta Asiyanın mərkəzi və şimal-qərb hissəsində yerləşən Özbə­kis­tan Res­pub­likası əhalisinin sayına görə ikinci böyük türk dövlətidir. Şanlı keçmişi bu qədim öl­kənin daşında, torpağında öz "imza”sını qoyub. Ölkədə xeyli sayda tarixi abidə, məs­cid və muzeylər vardır. Bunlara Bibixanım məscidi, Uluqbəy rəsədxanası və məd­rə­­səsi, Şaxi Zinda məq­bə­rəsi, Əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir mav­­zoleyi və Ağ-Saray, Reqistan meydanını misal vermək olar. Təkcə Mərkəzi Asi­ya­nın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın tarixi memarlıq abidəsi var. 1967-ci ildə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələr diyarı qədim Xivə, 1990-cı ildə isə İçan-Qala YUNESKO-nun ümumdünya irsinə daxil edilib.

   Özbəkistanın ən mühüm şəhərləri Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokand, Ter­­­mez, Muynak, Şəhrisəbzdi r. Özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələ­­­­rindən biridir. Onun misilsiz musiqisi, rəsmləri, təsviri sənəti, özünəməxsus kuli­na­­­­ri­­yası, geyim mədəniyyəti və memarlığı var. Özbəklər könül oxşayan klassik xalq mah­­­­nıları ilə məşhurdur. Bu musiqilər müxtəlif janr və mövzularda əksini tapır. Özbək klassik musiqisi şaşməqam adlanır. Şaşməqam Azərbaycan və uyğur muğamları ilə çox yaxındır.

    Özbəkistan Respublikasının dövlət dili özbək dilidir. Özbək dili türk dil­lə­ri­nin cənubi-şərq və ya karluq qrupuna daxildir. Bu diyarda 30 milyondan çox insan öz­­bək türkcəsində danışır. Qeyd edək ki, özbək dilinin təşəkkülündə qıpçaq, oğuz, kar­­luq və uyğur dilləri yaxından iştirak etmişdir. Ancaq bu gün müstəqil türk dili kimi spe­­­­sifik xüsusiyyətlər də kəsb edir.

 Bu dilin mənsubları əsasən Özbəkistanda, qismən Əfqanıstanda, Tacikistanda, Qırğızıstanda, Qazaxıstanda, Türkmənistanda və Rusiyada yaşayırlar.

 Milli dəyərlərin, adət-ənənələrin, dil və mədəniyyətin, dinin yaxınlığına əsas­la­nan və tarixi əsrlərin dərinliyinə qədər uzanan Özbəkistan-Azərbaycan-Türkiyə münasibətlə­ri daim qarşılıqlı yardım və dəstək müstəvisində cərəyan etmişdir.

 Özbəkistan Respublikası zaman keçdikcə öz müstəqilliyini möhkəmləndirən, so­­sial rifahını yaxşılaşdıran və beynəlxalq arenada mövqeyini gücləndirən Azər­bay­can­la dinamik şəkildə əməkdaşlıq edir, Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi çı­xış edir. Hər iki ölkənin həm regional, həm də beynəlxaq arenada əldə etdiyi nailiy­yət­­­­lər onların qarşılıqlı əlaqələrinə də müsbət təsir göstərir.

 Azərbaycanda görkəmli özbək şairi Əlişir Nəvainin heykəlinin, Özbəkistanın pay­­taxtı Daşkənddə isə Azərbaycan şairi Nizaminin heykəlinin qoyulması iki dövlət ara­­­­­­­sında ədəbi-mədəni əlaqələrin yüksək səviyyədə olduğundan xəbər verir.

Bütün bunları nəzərə alaraq Özbəkistana gedib özbək mədəniyyəti, tarixi və gö­zəl yerləri ilə tanış olmaq istəyən həmvətənlərimizə kömək məqsədilə bu danışıq kitabçasını hazırladıq. Bu kitabça ilə üç qardaş xalq arasındakı dil səddini aradan qaldır­mağa çalışdıq.

 Danışıq kitabçası 36 bölmədən ibarətdir. Bu bölmələrdə Özbəkistana gedən bir turistin alış-verişdə, nəqliyyatda, gəzintidə, bir sözlə, gündəlik həyatda ehtiyacı olan sözlər, ifadələr və cümlələr verilmişdir. Lüğətdə təbii olaraq, əvvəlcə Azərbaycan dilində sözlər qeyd edilmiş, qarşısında isə özbəkcə və türkcə qarşılıqları göstərilmişdir.

 Kitabçanın sonunda Özbəkistan Respublikasında qeyd edilən rəsmi bayram gün­ləri haqqında məlumat da öz əksini tapmışdır.

   Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dil­­ləri şöbəsinin müdiri vəzifəsində çalışıdığım illərdə (2018-2022) bütün türk dillərində danışıq kitabçaları hazırlamağı qarşımıza məqsəd qoy­­­­­muşduq. Burda məqsəd türk dünyasında ortaq dil birliyinə gedilən yolda, görüləcək işlərə dəstək vermək idi. Bu sahədə ilk işimiz, şöbənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyevanın tatarıstanlı həmkarlarımızla (ped.ü.f.d., dos. Kadriya Fətxullova, fil.ü.e.d., prof. Əlfiya Yusupova) birlikdə tərtib etdikləri "Azərbaycanca-tatarca-rusca- ingiliscə” danışıq kitabçasının çapı oldu (2020).

   Elə "Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçası da bu məqsəd çər­çi­və­sin­­­­­də tərtib edilmişdir. Hazırda bu sahədə fəaliyyətimiz davam edir. Onu da qeyd edim ki, biz təkcə müstəqil türk dillərinin yox, həmçinin digər müxtəlif türk toplumlarında yaşayan dillər üçün də bu şəkildə danışıq kitabçalarının hazırlanmasını qarşımıza məqsəd qoymuşuq. Bu gün həm qırğız dilində, həm də başqırd dilində danışıq kitabçaları üzərində işləyirik.

  "Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçası AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Mirzəyeva tərəfindən hazırlanıb. Kitabçanın  ideya rəhbəri akademik Kamal Abdulla, elmi redaktoru və layihə rəhbəri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov, rəyçiləri professorlar Sadət Muhammedova (Özbəkistan) və İsmayıl Məmmədovdur.

 Bu danışıq kitabçasının özbək, Azərbaycan, türk xalqları arasında gediş-gəlişlərin və mədəni əlaqələrin artmasında, ən əsası da bu sahədə üçdilli lüğət boşluğunun doldurulmasında faydalı olacağına ümid edirik.

Oxşar xəbərlər

Bütün xəbərlər