Xəbər lentiwidget-title-icon

Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi
AzMİU Gürcüstan universitetləri ilə əməkdaşlıq edəcək
567 nömrəli marşrutun avtobusları yenilənir
Nazirlik Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara cavab verib
Alimlər neft hasilatını artıran kompozisiya yaradıblar
"Elmi fəaliyyəti olmayan universitetlər doktorantı necə hazırlayır?!" - Professorun iradı
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilir
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Bu gün Milli Dirçəliş Günüdür
Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz etdi
Tbilisidə I Azərbaycan-Gürcüstan Rektorlar Konfransı keçirilir
Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib
AzTU Çin universiteti ilə əməkdaşlığı genişləndirir
Respublika Fənn Olimpiadalarına qeydiyyat davam edir
"Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - SƏRƏNCAM
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minib
Eksternat imtahanlarında iştirak üçün sənəd qəbulu başlayıb
Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ
Azərbaycanda ilk dəfə İstedadlar Sərgisi keçiriləcək
Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib
Nəhəng asteroid Yerə yaxınlaşarsa, bəşəriyyət nə edəcək?
Bu gün məktəblərdə payız tətili başlayıb
Yeni kəpənək növü aşkar edilib

25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?

18 sentyabr 2026-cı ildə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi iki açıq tender elan edib. Tenderlərdə 40 modul və 4 konteyner məktəb binasının tikintisi nəzərdə tutulub. Bu işlər üçün nəzərdə tutulan büdcə 25,03 milyon manatdır.

Modul məktəblərin orta tutumunu təxminən 60 şagird götürdükdə, bir şagird yerinin dövlət büdcəsinə düşən hesablanmış dəyəri 10,1 min manata yaxın olur. Bu rəqəm müqayisə etdiyimiz xarici nümunələrdən xeyli fərqlidir. Belə ki, Türkiyə nümunəsindən 34-92%, Gürcüstanın 2026-cı ildə keçirdiyi modul sinif tenderindən 311-393%, Özbəkistanda adi məktəb tikintisi üzrə hesablanan göstəricidən isə 243% daha yüksəkdir. Müqayisədə yaranan 34-393%-lik fərq qiymətlərin şişirdildiyinə və büdcə vəsaitinin talanmasına dair açıq şübhələr yaradır.

Burada söhbət sadəcə rəqəmlər arasındakı fərqdən getmir. Müqayisə olunan ölkələrdəki göstəricilərlə aradakı bu qədər böyük fərq Azərbaycanda modul məktəblər üçün nəzərdə tutulan qiymətlərin şişirdildiyini göstərir. Tender paketlərinin tərkib və məbləğ fərqinə əsaslanan şərti bölgüdə bir modul məktəb üçün orta məbləğ 605 min 626 manat 89 qəpik, bir konteyner məktəb üçün isə 201 min 293 manat 25 qəpik alınır.

Müqayisə edək…

Gürcüstanın Bələdiyyə İnkişaf Fondu 2026-cı ilin avqustunda 600 sinif, 100 inzibati və 50 sanitar moduldan ibarət, ümumilikdə 750 moduladək müvəqqəti məktəb infrastrukturu planını açıqlayıb. Tender dəyəri 22 milyon 500 min lari (təxminən 14 milyon 681 min manat) göstərilib. Hər sinif modulu 10-12 şagird və bir müəllim üçün nəzərdə tutulur.
Azərbaycan üzrə bir şagird yerinin hesablanan qiyməti 10 min 59 manatdır. Bu rəqəm Türkiyədəki müqayisə olunan göstəricidən 2 min 576 - 4 min 821 manat, Gürcüstandan 7 min 610 - 8 min 18 manat, Özbəkistandan isə 7 min 127 manat çoxdur.
40 modul məktəb üzrə hesabladıqda və xarici ölkələrdəki qiymətlər əsas götürülsə, Azərbaycanla aradakı fərq 6 milyon 200 min manatdan 19 milyon 310 min manatadək olur.

Obyektlərin ayrıca qiymətlərinin açıqlanmaması isə bu şübhələri daha da artırır. Bu səbəbdən tender üzrə hər məktəbin qiyməti, xərclərin detallı smetası, iştirakçıların təklifləri və faktiki qəbul aktları açıqlanmalı və audit aparılmalıdır.

Müəllif: Samir Feyruzov

Oxşar xəbərlər

Bütün xəbərlər