Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR



Azərbaycanın təhsil sistemində STEAM layihəsi ən böyük büdcə ayırmalarına malik olan istiqamətlərdən birinə çevrilib. Layihə çərçivəsində məktəblər və STEAM mərkəzləri müxtəlif avadanlıqlarla təmin edilir. Şübhəsiz ki, layihənin maliyyə təminatı da var. Bu məqsədlə də dövlət büdcəsindən vəsait ayrılır və bu vəsait dövlət satınalmaları vasitəsilə xərclənir.

Lakin dövlət satınalmaları portalının (satinalma.gov.az) rəsmi məlumatları və maliyyə zənciri üzrə aparılan təhlillər göstərir ki, STEAM avadanlıqlarının satınalınması prosesində büdcə vəsaitlərinin mənimsənilməsinə söykənən, ciddi suallar yaradan çoxqatlı mexanizm formalaşdırılıb.
Tenderin görünən qalibləri, əslində…
Bu araşdırmada əsas məqsəd sadəcə “STEAM üçün nə qədər pul xərclənib?” sualına cavab tapmaq deyil. Öncə bu suallara cavab tapmalıyıq - şirkətlər Elm və Təhsil Nazirliyinin tenderlərini necə qazanıb, avadanlıqlar hansı qiymətlərlə alınıb, bu prosesdə eyni şəxslərin və ya əlaqəli şirkətlərin təkrar-təkrar qarşıya çıxmasının səbəbi nədir?

Topladığım məlumatlara əsasən, ETN-də mənimsəmə və korrupsiya zənciri olduğu ciddi şübhələr yaradan prosesin mərkəzində dayanan şəxs “İSTEAM” MMC-nin rəhbəri Nihad Hənifəyevdir. N.Hənifəyev isə Elm və Təhsil naziri Emin Əmrullayevin qaynıdır.
“İSTEAM MMC” vasitəsilə xərclənən külli miqdarda vəsaitlərin nazir E.Əmrullayevin ailə çevrəsinə və yaxınlarına yönəldilməsi ilə bağlı ciddi suallar yaranır.
Aşağıdakı (cədvəldəki) göstəricilərdən aydın olur ki, təkcə 2024-cü ilin noyabr ayında “JBA GROUP” MMC ilə ümumi məbləği 11,5 milyon manatdan çox olan iki böyük müqavilə bağlanıb.

2025-ci ilin avqust ayında isə bu “missiya”nı 9,95 milyon manat dəyərində tenderlə "VİVA MEDICAL GROUP" MMC təhvil alıb.

Maraqlıdır ki, bu tenderlərin görünən qalibləri dəyişsə də, gətirilən bütün avadanlıqların yeganə daxili təchizatçısı dəyişməz olaraq nazir E.Əmrullayevin qaynı Nihad Hənifəyevin nəzarətindəki “İSTEAM” MMC olaraq qalır.
Diqqət çəkən əsas məqam odur ki, “İSTEAM” MMC dövlət tenderlərində hər dəfə birbaşa qalib kimi görünmür. Bunun əvəzində tenderin qalibi başqa şirkət olur, həmin şirkət isə avadanlığı ölkə daxilində “İSTEAM” MMC-dən əldə edir. Nəticədə tender sənədində bir şirkətin adı, təchizat zəncirində isə başqa şirkətin adı görünür.

N.Hənifəyevin idarə elədiyi bu “mürəkkəb sxem” malların bilavasitə ilkin xarici istehsalçıdan alınıb, sonuncu dövlət büdcəsi hesabına təhvil verilməsinədək bir neçə pilləli, qapalı zəncir üzərində qurulub.

Məlumata görə, nazir E.Əmrullayev formalaşdırdığı sistemi bu şəxslərin vasitəsilə idarə edir:
- Nazirin qaynı Nihad Hənifəyev - büdcə vəsaitlərinin mənimsənilməsini təşkil edən əsas yönəldici şəxs. O, xarici təchizatçılardan STEAM avadanlıqlarının tək rəsmi importoru olan “İSTEAM” MMC-nin faktiki mülkiyyətçisidir. Əvvəllər “Kaspi” liseyləri şəbəkəsində çalışıb və "Kaspi" kurslarının/proqramlarının (filiallarının) birinin rəhbəri olub. Hazırda N.Hənifəyevin həyat yoldaşı "Kaspi" liseyləri şəbəkəsində bağça müdiridir.
- Elnur Qəzənfər oğlu Əliyev - Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) v.i.e. direktoru. O, nazir E.Əmrullayevin müşaviri və onun uzun illərdən bəri əsas “silahdaşı” kimi tanınır. Əvvəllər "Kaspi" liseylər qrupunun keçmiş baş direktoru vəzifəsində çalışıb. Məlumata görə, dövlət qurumlarında vəzifəyə keçdikdən sonra "Kaspi"dəki fəaliyyətlərin idarə olunmasını qardaşı Elşən Əliyevə (yaxın dövrə qədər həmin liseylərdən birinin direktoru) təhvil verib.
- Nazirin sinif yoldaşı Valeh Mirzəliyev - Sifarişçi qurum olan Elm və Təhsil Nazirliyinin Ərazi Tikinti Təchizat İdarəsinin rəisi vəzifəsində çalışır.
- Nazirin sinif yoldaşı Zamiq Məmmədov - Qrup daxilində satınalma və inzibati zəncirin digər idarəedici halqasının mərkəzində dayanan şəxsdir.
“VİVA” MMC və “JBA GROUP” MMC Dövlət satınalmalarında formal olaraq "açıq tender qalibi" kimi çıxış edən, əslində isə “İSTEAM” MMC-nin (Nihad Hənifəyevin) ölkə daxilindəki tək alıcılarıdır.

Bəs xaricdən alınan məhsulun üzərində qurulan qiymətlər zəncirvari şəkildə necə artırılır?

Qeyd etdiyimiz kimi, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pərdələmək üçün “İSTEAM” MMC tenderlərdə birbaşa qalib kimi göstərilmir. Bunun əvəzində, əvvəlki illərdə "JBA GROUP" MMC, sonrakı dövrdə isə "VİVA MEDICAL GROUP" MMC dövlət tenderlərinin "daimi qalibi" edilir. Bu şirkətlər tenderdə təklif etdikləri avadanlıqları ölkə daxilində yalnız N.Hənifəyevin “İSTEAM” MMC-sindən alırlar.
Beləliklə, mallar xaricdən real maya dəyərinə alındıqdan sonra N.Hənifəyevin şirkətində süni şəkildə dəfələrlə baha qiymətə sənədləşdirilir və vasitəçi şirkətlər üzərindən dövlət büdcəsinə satılır. Əgər məhsul xarici istehsalçıdan müəyyən qiymətə alınırsa, daha sonra ölkə daxilində bir və ya bir neçə şirkət arasında hərəkət edir və sonda dövlət büdcəsi hesabına daha yüksək qiymətlə satılırsa, bu zaman hər mərhələnin iqtisadi əsaslandırılması ortaya qoyulmalıdır. Burada söhbət sadəcə şirkətlərin mənfəət əldə etməsindən getmir. Söhbət, dövlət büdcəsindən ödənilən milyonlarla manatın hansı qiymət formalaşması mexanizmi ilə son satıcıya çatmasından gedir.
Araşdırmalar göstərir ki, avadanlıqların xarici ölkələrdəki real satış qiyməti ilə dövlətə satılan qiyməti arasındakı böyük fərq var. Şişirdilmiş qiymətlərlə dövlət büdcəsindən şirkətlərə köçürülən milyonlarla manat vəsait “İSTEAM” MMC hesablarına köçürülür, bəs bundan sonra pulların taleyi necə olur?
Əvəzedilməz qohum təchizatçı Nazir öz qaynının şirkətinin bazarda mütləq hegemonluğunu təmin etməklə, digər azad sahibkarları STEAM təchizatı bazarından tamamilə sıxışdırıb çıxarır.
Aparılan araşdırmalarda aydın olur ki, nazir E.Əmrullayev və onun sinif yoldaşları, tələbə yoldaşları, əsgər yoldaşları, qohumları bütün irihəcmli dövlət satınalmaları üzrə proseslərə, eləcə də birmənbə hesabına maliyyələşən digər layihələrə faktiki nəzarəti tam ələ keçirib.
STEAM layihəsi isə Azərbaycan təhsilinin texnoloji gələcəyi üçün nəzərdə tutulmuş böyük dövlət layihəsidir. Lakin bu layihəyə ayrılan milyonlarla manatın necə xərclənməsi də ən azı layihənin özü qədər vacib məsələdir.

Nə üçün müxtəlif illərdə tenderlərin qalibləri dəyişsə də, STEAM avadanlıqlarının daxili təchizat zəncirində eyni şirkət meydana çıxır? Nə üçün həmin şirkətin rəhbəri nazirinin yaxın qohumudur? Avadanlıqlar xaricdən hansı qiymətə alınır və dövlətə hansı qiymətə satılır? Dövlət büdcəsindən ayrılan milyonlarla manatın son dayanacağı haradır?
Bütün bu sualların cavabı tapılmalıdır.






Müəllif: Samir Feyruzov

Oxşar xəbərlər


Bütün xəbərlər

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib