Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin yaradılmasından 3 il ötür
Şagirdlər üçün ödənişsiz hazırlıq mərkəzi açılıb
İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib
Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar

Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir

BDU-da rektor kimi fəaliyyətimin ilk həftəsi başa çatmaq üzrədir. İlk işim universitetin inzibati və akademik heyəti ilə tanış olmaq oldu. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşümüzü də keçirdik. Görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər birimizin məsuliyyəti barədə danışdım.

Tehsilmedia.org xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə rəsmi feysbuk hesabında qeyd edib.

"Əvvəlki nəsillərdən bizə miras qalan tarix və nüfuz BDU-nun böyük üstünlüyüdür. Bu irsi qorumaq və inkişaf etdirmək isə bizim məsuliyyətimizdir. Universitetin nüfuzunu hər gün təhsilin keyfiyyəti, elmi tədqiqatlarımızın nəticələri, akademik dürüstlük və məzunlarımızın sonrakı fəaliyyəti ilə təsdiqləməliyik.

Nəsirəddin Tusi yazırdı ki, “Dərs öyrənməkdə ardıcıl və inadkar olmaq lazımdır. Hər kəs çətin və anlaşılmaz bir elmi məsələni aydınlaşdırdıqda bundan böyük zövq alır”. İstəyirəm ki, tələbələrimiz bu hissi universitetdə yaşasınlar. Gənclərə öz suallarını vermək, cavabları müstəqil axtarmaq və tədqiqatlarda iştirak etmək üçün imkan yaratmalıyıq. Müəllimin tələbkarlığı da, tələbəyə göstərdiyi hörmət və qayğı da bu prosesdə eyni dərəcədə vacibdir.

Mən hər bir dekanı öz fakültəsinin akademik lideri kimi görürəm. Universitetdə təhsilin keyfiyyəti hər gün mühazirədə, seminarda, laboratoriya məşğələsində və elmi rəhbərin tələbə ilə söhbətində formalaşır. Dekan öz fakültəsində təhsil proqramlarının necə işlədiyini, hansı tədqiqatların dəstəyə ehtiyacı olduğunu, müəllimlər və gənc alimlər üçün hansı inkişaf imkanlarının yaradıla biləcəyini bilməlidir. Tələbələrin fikirlərini öyrənmək və fakültənin beynəlxalq akademik əlaqələrini inkişaf etdirmək də bu işin bir hissəsidir".

Yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək istəyirəm:

"Bunun üçün həmkarlarımdan dürüst, peşəkar təhlil gözləyirəm. Problemi vaxtında görmək, onun haqqında açıq danışmaq və həlli üçün təklif vermək rəhbərlik məsuliyyətinin göstəricisidir.

Tələbələrin universitet həyatında daha fəal iştirak etməsi və qarşılaşdıqları problemləri açıq şəkildə diqqətimizə çatdırması mənim üçün vacibdir. Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm. Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm".

Oxşar xəbərlər

Bütün xəbərlər