Xəbər lentiwidget-title-icon

Müəllim maaşı dərs saatına görə hesablanmamalıdır - TƏKLİF
Valideynlərin qaydaları anlayışla qarşılaması vacibdir - Mütəxəssis
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?
Sabahın hava proqnozu - 11 oktyabr
"Peşə məktəbi məzunu kollec tələbəsindən daha asan iş tapır"
Geyim qaydaları dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirilməməlidir - Murad Ağalarov
Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə XƏBƏRDARLIQ
İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM
Uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
Məktəbli forması ilə bağlı çağırış: "Qanunu diqqətlə oxuyun"
Baş tutmayan “AİLƏ ƏMƏLİYYATI”: İzlər BŞTİ-yə aparır!
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
Peşə təhsilində kurikulumların yenilənməsi üzrə müzakirələrə başlanılıb
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
Beyləqanda şagirdlər qidadan zəhərləniblər
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibələr başlayır
Dərslər başlayıb, tələbələr hələ də cədvəl gözləyir...
Prokurorluğa qəbul üzrə test imtahanı keçirilib
Nazir susur, məktəblər hərəkətə keçir: Hicab məsələsində konstitusiya NƏ DEYİR?
"Azərbaycanın harasında belə qayda var ki?..." - ETİRAZ
Dərsdən qalan şagirdlərə görə 100 manat CƏRİMƏ - Valideynlərin NƏZƏRİNƏ!
Naxçıvanda bağçalarda 53 boş yer var- Qəbul prosesi davam edir
Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNATLAR
TAU tələbələrinin ODTÜ-nün akademik imkanlarından istifadəsi genişləndirilir
Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrın 1-dən qüvvəyə minəcək.

Tehsilmedia.org xəbər verir ki, müvafiq normativ akt Türkiyə Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanıb və oktyabrın 10-da hökumətin rəsmi "Resmi Gazete" nəşrində dərc olunub.

Sənəddə qeyd olunub ki, məhdudiyyətlər cari il noyabrın 1-dən tətbiq ediləcək. Qaydalara əsasən, sosial şəbəkələr 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək. 15–18 yaş arası istifadəçilər üçün isə platformalar gücləndirilmiş təhlükəsizlik və məxfilik tədbirlərini nəzərdə tutan ayrıca rejim yaratmalıdır. Artıq mövcud olan və aktiv istifadə edilən hesablar üzrə yaş təsdiqi 2027-ci il martın 31-dək tamamlanmalıdır.

İstifadəçilərin yaşı xüsusi identifikator vasitəsilə ümumrespublika elektron dövlət xidmətləri sistemi - "e-Devlet" üzərindən təsdiqlənəcək. 15–18 yaş arası yeniyetmələrin hesabları standart olaraq qapalı olacaq. Onlar üçün canlı yayımlar, fərdiləşdirilmiş reklamlar və müəyyən məzmun tövsiyəsi mexanizmləri qadağan ediləcək.

Sosial şəbəkələr, həmçinin topladıqları məlumatlar əsasında yetkinlik yaşına çatmayan istifadəçilərə digər hesabları tövsiyə edə bilməyəcək. Eyni zamanda, yeniyetmələrin öz profillərinin digər istifadəçilərə təklif olunmasına da icazə verilməyəcək.

Bundan əlavə, azyaşlı istifadəçilərin şəxsi təhlükəsizliyinin qorunmasına dair qaydalar sərtləşdirilir. Sosial şəbəkələr uşaqların hesablarını telefon kitabçaları, əlaqə siyahıları, elektron poçt ünvanları kitabçaları, eləcə də digər tətbiq və platformalardakı dostluq və izləmə siyahıları ilə sinxronlaşdıra bilməyəcək. Bu mənbələrə daxil olmaq və onlardan əldə edilən məlumatları emal etmək də qadağan olunacaq.

Normativ akt sosial şəbəkələri valideynlər və qəyyumlar üçün xüsusi nəzarət alətləri yaratmağa və təqdim etməyə də məcbur edir. Bu alətlər vasitəsilə hesabları, onların parametrlərini, istifadə müddətini, geolokasiyanı, ödənişli əməliyyatları və digər funksiyaları idarə etmək mümkün olacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər