Xəbər lentiwidget-title-icon

Müəllim maaşı dərs saatına görə hesablanmamalıdır - TƏKLİF
Valideynlərin qaydaları anlayışla qarşılaması vacibdir - Mütəxəssis
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?
Sabahın hava proqnozu - 11 oktyabr
"Peşə məktəbi məzunu kollec tələbəsindən daha asan iş tapır"
Geyim qaydaları dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirilməməlidir - Murad Ağalarov
Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə XƏBƏRDARLIQ
İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM
Uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
Məktəbli forması ilə bağlı çağırış: "Qanunu diqqətlə oxuyun"
Baş tutmayan “AİLƏ ƏMƏLİYYATI”: İzlər BŞTİ-yə aparır!
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
Peşə təhsilində kurikulumların yenilənməsi üzrə müzakirələrə başlanılıb
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
Beyləqanda şagirdlər qidadan zəhərləniblər
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibələr başlayır
Dərslər başlayıb, tələbələr hələ də cədvəl gözləyir...
Prokurorluğa qəbul üzrə test imtahanı keçirilib
Nazir susur, məktəblər hərəkətə keçir: Hicab məsələsində konstitusiya NƏ DEYİR?
"Azərbaycanın harasında belə qayda var ki?..." - ETİRAZ
Dərsdən qalan şagirdlərə görə 100 manat CƏRİMƏ - Valideynlərin NƏZƏRİNƏ!
Naxçıvanda bağçalarda 53 boş yer var- Qəbul prosesi davam edir
Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNATLAR
TAU tələbələrinin ODTÜ-nün akademik imkanlarından istifadəsi genişləndirilir
Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Valideynlərin qaydaları anlayışla qarşılaması vacibdir - Mütəxəssis

"Məktəbdə müəyyən edilmiş geyim qaydalarının hamıya eyni şəkildə tətbiqi şagirdlər arasında bərabərlik prinsipinin qorunmasına və diqqətin tədris prosesinə yönəlməsinə xidmət edir".

Tehsilmedia.org bildirir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında təhsil mütəxəssisi Məzahir Məmmədli deyib.

O bildirib ki, son günlər həm sosial mediada, həm də cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biri təhsilverənlərin və şagirdlərin geyiminə dair müəyyən edilmiş tələblərlə bağlıdır.

Mütəxəssisin fikrincə, bu istiqamətdə normativ hüquqi sənəd hazırlanarkən mövcud təcrübə öyrənilib, müvafiq məlumatlar toplanıb və yekunda müəyyən qərar qəbul olunub:

“Əvvəllər sosial şəbəkələrdə ümumi təhsil məktəblərində xüsusilə yuxarı sinif şagirdlərinin geyimi ilə bağlı müxtəlif müzakirələr aparılırdı. Qızların qısa ətəklə, makiyajla, müxtəlif aksesuar və zinət əşyaları ilə məktəbə gəlməsi, oğlanların isə müəyyən dini atributlardan istifadə etməsi cəmiyyətdə birmənalı qarşılanmırdı. Eyni zamanda bəzi valideynlər övladlarının hicablı şagirdlərlə eyni sinifdə təhsil alması ilə bağlı narahatlıqlarını ifadə edirdilər. Mən düşünürəm ki, müəyyən edilmiş ümumi geyim tələbləri bu kimi müzakirələrin qarşısının alınmasına xidmət edəcək”.

M.Məmmədli hesab edir ki, məktəbdə geyim qaydalarının hamı üçün eyni prinsiplər əsasında tətbiqi ayrı-seçkiliyin qarşısının alınması baxımından əhəmiyyətlidir:

“Əgər həm müəllimlərdən, eləcə də şagirdlərdən müəyyən edilmiş formada məktəbə gəlmək tələb olunursa, burada ayrı-seçkilik olmamalıdır. Təcrübə göstərir ki, ümumi qaydaların tətbiqi şagirdlərin dünyəvi təhsil mühitində vahid sistem ətrafında cəmləşməsinə xidmət edir. Hər kəs üçün din və geyim azadlığı mövcuddur, amma məktəb tədris prosesinin aparıldığı xüsusi mühitdir. Məktəbdə bərabərlik prinsipi qorunmalı və şagirdin diqqətini dərsdən yayındıra biləcək amillər minimuma endirilməlidir”.

Ekspertin fikrincə, valideynlərin də müəyyən edilmiş qaydaları anlayışla qarşılaması vacibdir:

“Məktəbdən kənarda hər kəs öz seçimlərindən istifadə edə bilər. Ancaq tədris müddətində məktəbin müəyyən etdiyi ümumi qaydalara əməl olunması vacibdir. Burada dünya təcrübəsinə baxmaq, mövcud yanaşmaları öyrənmək və qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etmək lazımdır”.

M.Məmmədli qeyd edib ki, müəyyən hüquqi və inzibati tələblər qarşısında şəxsi geyim seçimlərinin də uyğunlaşdırıldığı hallar mövcuddur:

“Məsələn, müəyyən rəsmi prosedurlar zamanı insanların qanunun tələblərinə uyğun davranması tələb olunur. Mənim fikrimcə, məktəb mühitində də həm müəllimlər, həm də şagirdlər müəyyən edilmiş geyim qaydalarına hörmətlə yanaşmalıdırlar. Burada əsas məsələ qanunların və müəyyən edilmiş ümumi qaydaların aliliyinə hörmətdir. Hesab edirəm ki, bu yanaşma məktəbdə vahid və nizamlı mühitin formalaşmasına xidmət edəcək”.

Oxşar xəbərlər

Bütün xəbərlər