Xəbər lentiwidget-title-icon

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir
Bunlar oyuncaq sayılmayacaq – Texniki reqlament təsdiqlənib
UNEC tələbələrinə master-klass keçilib
Anar İsgəndərov: “Ali təhsil haqqında” qanunun qəbulu gecikməyib
Bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarıldı
Baş örtüyü məsələsi: Gəlin, məsələyə emosiya ilə yox, qanunla baxaq
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
Mükafat və maaş əlavələri ilə bağlı tarix dəyişdirildi
Polşada məktəbə hücum: 7 nəfər yaralanıb
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək
Həsən Həsənli Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
Peşə təhsili müəssisələrinin psixoloq və direktor müavinləri üçün təlimlər keçirilib
Müəllimlərə “nə geyinmək olar?” qaydası: Kişi və qadınlar üçün SİYAHI - QƏRAR
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbə və məzunlar üçün iş imkanları qrupu yaradıb
NDU-nun yenilənmiş rəsmi internet saytının təqdimatı keçirilib - FOTO
Bakı məktəblərində yeni layihə həyata keçirilir
Dövlət sifarişli yerlər niyə boş qalır? – DİM sədri açıqladı
TAU və AzTU-nun rektorları Türkiyədə yeni tədris ilinin açılış tədbirində iştirak ediblər
""Uşaqdır, dalaşdı, barışar" yanaşması təhlükəli laqeydliyə çevrilə bilər" - Əməkdar müəllimdən sərt AÇIQLAMA
8 tacikistanlı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Nazirlər Kabineti Ağdam məktəbi ilə bağlı qərar verdi
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Qiymətləndirci olmaq istəyənlər üçün imtahana qeydiyyat başlayıb
Bağçalarla bağlı sevindirici xəbər

UNEC tələbələrinə master-klass keçilib

PASHA Holdingin Baş İcraçı Direktoru, UNEC-in məzunu Cəlal Qasımov UNEC tələbələri ilə görüşüb.

Tehsilmedia.org xəbər verir ki, görüşdə tələbələrə “Ümumi idarəetmə” mövzusunda maraqlı təqdimatla çıxış edən Cəlal Qasımov gənclərə uğurun formalaşmasında mühüm rol oynayan amillər, karyera seçimi, qərarvermə, liderlik və şəxsi inkişafla bağlı fikirlərini və təcrübəsini bölüşüb.

Zamanın insanın əsas resurslarından olduğunu bildirən Cəlal Qasımov gəncləri vaxtlarından səmərəli istifadə etməyə, özlərinə və gələcəklərinə investisiya qoymağa çağırıb. Həmçinin karyera seçimində yalnız gəliri deyil, həmin işin insanın inkişafına necə təsir edəcəyini də nəzərə almağın vacibliyini vurğulayıb.

Cəlal Qasımov düzgün qərarların qəbul edilməsində məlumatlı olmağın və alternativləri qiymətləndirməyin əhəmiyyətindən də danışıb. O, müasir dövrdə seçim imkanlarının artdığını qeyd edərək, gənclərə qərar verərkən məqsədləri, mümkün nəticələri və riskləri birlikdə nəzərə almağı tövsiyə edib.

Təqdimatda liderlik və komanda idarəçiliyi məsələlərinə də toxunulub. Qeyd edilib ki, liderin vəzifəsi yalnız güclü insanları bir araya gətirmək deyil, onların fərqli bacarıq və düşüncələrini vahid məqsəd ətrafında birləşdirmək, düzgün koordinasiya etmək və zəruri hallarda prioritetlər arasında seçim edə bilməkdir. Cəlal Qasımov bilik və təcrübənin vəhdətinin uğurlu komandanın formalaşmasında mühüm rol oynadığını bildirib.

Gənclərin işə qəbul prosesindən söz açan Cəlal Qasımov gənclərə müsahibə zamanı səmimi və özünəinamlı olmağı tövsiyə edib. O, müsahibədən mənfi nəticə aldıqda ruhdan düşməməyi, hər uğursuzluğu öz inkişafları üçün bir təcrübə kimi dəyərləndirməyi tövsiyə edib.

Tələbələrin böyük maraqla dinlədikləri təqdimatdan sonra Cəlal Qasımov ona ünvanlanan sualları cavablandırıb.

Görüşün sonunda UNEC rektoru professor Ədalət Muradov Cəlal Qasımova “UNEC tələbələrinin peşəkar inkişafına verdiyi töhfəyə görə” təşəkkür plaketi təqdim edib.

UNEC-ə səfər çərçivəsində Cəlal Qasımov UNEC-in şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucaldılmış abidə kompeksini ziyarət edib. Həmçinin 24/7 kitabxana, Ekstern Mərkəzi, Bloomberg laboratoriyası, imtahan zalı, Karyera Mərkəzi ilə tanış olub.

Oxşar xəbərlər

Bütün xəbərlər