Xəbər lentiwidget-title-icon

Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib
Şagird sayına görə məktəblərdə psixoloq ştatı BÖLGÜSÜ
Xarici diplomlar üçün tərcümə və notarial təsdiq tələb olunmayacaq
Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib
"BilBacar" müsabiqəsinin I hazırlıq mərhələsi başladı!
İki kollecdə direktor müavinləri vəzifəsinə yeni TƏYİNATlAR
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
QS Avrasiya Forumu ilk dəfə ADNSU-da keçiriləcək
Goranboyda məktəb direktoru vəzifəsinə təyinat olub
Kənd məktəblərində müəllim və şagird sayında ciddi AZALMA
Məktəblərdə payız tətili başa çatıb
ABŞ-də 4 illik universitet təhsili dəyişir
İlham Əliyev və birinci xanımın şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Çində 200 milyon şagird süni intellekt öyrənəcək
167 illik riyazi məsələ süni intellektlə isbat edilib
Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxardı
Dərsliklərdəki nöqsanların əsas səbəbi - CİDDİ YANLIŞLIQ
Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA

Qiymətləndirci olmaq istəyənlər üçün imtahana qeydiyyat başlayıb



Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin verilməsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir.

Tehsilmedia.org xəbər verir ki, DİM aşağıda göstərilən istiqamətlər üzrə imtahan keçirəcək.

Qiymətləndirmə fəaliyyətinin istiqamətləri bunlardır:

1. daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi;

2. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;

3. daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;

4. müəssisələrin qiymətləndirilməsi;

5. qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi;

6. kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;

7. təbii sərvətlərin qiymətləndirilməsi;

8. dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi;

9. xidmətlərin qiymətləndirilməsi.

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır.

Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər qiymətləndirici ola bilməzlər.

Ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik, məhkumluğu olmayan şəxslər ixtisas imtahanlarında iştirak edə bilərlər. İxtisas imtahanlarında iştirak ödənişlidir. İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manatdır.

İmtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə Mərkəzin internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və 6 oktyabr – 8 noyabr (saat 18:00-dək) 2026-cı il tarixlərində “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

Namizəd elektron müraciətində əldə etmək istədiyi ixtisas şəhadətnaməsinə uyğun olaraq qiymətləndirmə fəaliyyəti istiqamətlərindən birini seçir.

Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarını “mygov” platformasından öyrənə bilərlər.

Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər Dövlət İmtahan Mərkəzinə (Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.

Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

İxtisas imtahanı yuxarıda qeyd olunmuş 9 istiqamət üzrə 22 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından “Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahan üzrə toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha yuxarı nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

İmtahanın davametmə müddəti 1 (bir) saatdır.

İmtahanda iştirak etmiş namizədlər imtahan bitdikdə öz nəticələri ilə tanış ola bilərlər. Bundan əlavə, namizədlərin əldə etdikləri nəticə Mərkəz tərəfindən onların Şəxsi kabinetinə yüklənəcəkdir. İmtahanın nəticəsindən narazı qalan namizəd nəticənin elan olunduğu vaxtdan 3 (üç) iş günü müddətində Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət edə bilər. Müraciətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.

İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur.

İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ vardır. İxtisas imtahanı ildə 2 dəfə keçirilir.

Namizədlərə imtahana səmərəli hazırlaşmaları üçün test imtahanı proqramları ilə tanış olmaq tövsiyə olunur.

Oxşar xəbərlər


Bütün xəbərlər

Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib
Şagird sayına görə məktəblərdə psixoloq ştatı BÖLGÜSÜ
Xarici diplomlar üçün tərcümə və notarial təsdiq tələb olunmayacaq
Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib
"BilBacar" müsabiqəsinin I hazırlıq mərhələsi başladı!
İki kollecdə direktor müavinləri vəzifəsinə yeni TƏYİNATlAR
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
QS Avrasiya Forumu ilk dəfə ADNSU-da keçiriləcək
Goranboyda məktəb direktoru vəzifəsinə təyinat olub
Kənd məktəblərində müəllim və şagird sayında ciddi AZALMA
Məktəblərdə payız tətili başa çatıb
ABŞ-də 4 illik universitet təhsili dəyişir
İlham Əliyev və birinci xanımın şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Çində 200 milyon şagird süni intellekt öyrənəcək
167 illik riyazi məsələ süni intellektlə isbat edilib
Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxardı
Dərsliklərdəki nöqsanların əsas səbəbi - CİDDİ YANLIŞLIQ
Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib