Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

BSU-nun məzunu Bəhmən Abuzərova həsr olunmuş “Torpaq, bayraq sevdalı şəhidlər” adlı tədbir keçirilib - FOTO

BSU-nun məzunu Bəhmən Abuzərova həsr olunmuş “Torpaq, bayraq sevdalı şəhidlər” adlı tədbir keçirilib - FOTO

Aprelin 28-də Bakı Slavyan Universitetində universitetin  məzunu "Azərbaycan Bayrağı" ordenli şəhid-müəllim Bəhmən Abuzərovun əziz xatirəsinə həsr olunmuş "Torpaq, bayraq sevdalı şəhidlər” adlı tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhid Bəhmən Abuzərovun və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açılış nitqi ilə açan Tədris işləri üzrə prorektor Ənvər Abbasov şəhidlik zirvəsinin vətənpərvərliyin ən ali məqamı olduğunu deyib. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfərdə gəncliyin də əhəmiyyətli rolu olduğunu vurğulayıb.

O, dövlətin şəhid və qazilərə xüsusi diqqət və qayğısından söz açaraq, şəhidlərin xatirəsinin daima əziz tutulmasının önəmindən danışıb.

Xarici dil müəllimliyi fakültəsinin tələbəsi Yəmən Həsənli "Şəhidlər ölməz, Vətən bölünməz”adlı təqdimatla çıxış edərək, BSU-nun şəhid məzunları haqqında ətraflı məlumat verib.

Tələbə Gənclər Təşkilatının sədri Nuray Orucova şəhid Bəhmən Abuzərovun tərcümeyi-halı barəsində geniş məlumat verib.

Sonra şəhid Bəhmən Abuzərova həsr olunmuş videoçarx nümayiş olunub.

Şəhid Bəhmən Abuzərovun qardaşı Daşqın Abuzərov, şəhidin tələbə yoldaşları Səlahəddin Əliyev və Nağı Tağızadə şəhidin keçdiyi şərəfli döyüş və həyat yolu barədə xatirələrini bölüşüblər.

Təhsil fakültəsinin tələbəsi Nəzrin Vəlizadə və Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Asya Müseyibova şəhid Bəhmən Abuzərovun "Bəlkələr” şeirini, Filologiya fakültəsinin tələbəsi Ziyad Sarıyev "Ölüm-Azadlıq” şeirini səsləndiriblər.

Qeyd edək ki, Bəhmən Abuzər oğlu Abuzərov 1971-1981-ci illərdə Qaravəlli kənd tam orta məktəbində təhsil alıb. 1981-ci ildə təhsilini davam etdirmək üçün Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna - indiki Bakı Slavyan Universitetinə qəbul olub. 1993-cü ilin oktyabrında könüllü cəbhəyə yollanıb.1994-cü il yanvarın 26-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

5 noyabr 2022-ci ildə Prezident İlham Əliyevin əmri ilə "Azərbaycan Bayrağı'" ordeni ilə təltif edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər