Xəbər lentiwidget-title-icon

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir
Bunlar oyuncaq sayılmayacaq – Texniki reqlament təsdiqlənib
UNEC tələbələrinə master-klass keçilib
Anar İsgəndərov: “Ali təhsil haqqında” qanunun qəbulu gecikməyib
Bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarıldı
Baş örtüyü məsələsi: Gəlin, məsələyə emosiya ilə yox, qanunla baxaq
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
Mükafat və maaş əlavələri ilə bağlı tarix dəyişdirildi
Polşada məktəbə hücum: 7 nəfər yaralanıb
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək
Həsən Həsənli Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
Peşə təhsili müəssisələrinin psixoloq və direktor müavinləri üçün təlimlər keçirilib
Müəllimlərə “nə geyinmək olar?” qaydası: Kişi və qadınlar üçün SİYAHI - QƏRAR
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbə və məzunlar üçün iş imkanları qrupu yaradıb
NDU-nun yenilənmiş rəsmi internet saytının təqdimatı keçirilib - FOTO
Bakı məktəblərində yeni layihə həyata keçirilir
Dövlət sifarişli yerlər niyə boş qalır? – DİM sədri açıqladı
TAU və AzTU-nun rektorları Türkiyədə yeni tədris ilinin açılış tədbirində iştirak ediblər
""Uşaqdır, dalaşdı, barışar" yanaşması təhlükəli laqeydliyə çevrilə bilər" - Əməkdar müəllimdən sərt AÇIQLAMA
8 tacikistanlı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Nazirlər Kabineti Ağdam məktəbi ilə bağlı qərar verdi
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Qiymətləndirci olmaq istəyənlər üçün imtahana qeydiyyat başlayıb
Bağçalarla bağlı sevindirici xəbər

“Şuşa toponimlərinin türk mənşəyi Azərbaycan reallığında” mövzusunda elmi sessiya keçirilib

“Şuşa toponimlərinin türk mənşəyi Azərbaycan reallığında” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutununda Toponimika şöbəsinin təşkilatçılığı ilə “Şuşa toponimlərinin türk mənşəyi Azərbaycan reallığında” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə "tehsilmedia.info" institutdan məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnsitutunun baş direktoru, professor Nadir Məmmədli Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşanın yaranma tarixi, mədəniyyəti, dünya səyyahlarının, tarixçi alimlərinin Şuşa haqqında fikirlərini təqdim edib. 28 ildən artıq işğal altında qalmış və müzəffər ordumuz tərəfindən 2020-ci il noyabrın 8-də azad edilmiş qədim Şuşa şəhərinin mədəni, mənəvi və strateji cəhətdən təkcə Qarabağ üçün deyil, bütün Azərbaycan üçün önəmli olduğunu bildirib. Professor vurğulayıb ki, Şuşa şəhərinin inzibati-ərazi bölgüsünə daxil olan türk mənşəli toponimlər daha qədimdir. Bu toponimlərin tədqiqinin elmi əhəmiyyəti ilə yanaşı, həm də siyasi əhəmiyyəti vardır.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov “Şuşa şəhərində qurdlar məhəlləsi”, filologiya elmləri doktoru Tünzalə Baxşıyeva “Şuşa şəhər inzibati ərazisində toponimlər”, doktorant Ayşən İsmayıllı “Qarabağın Şuşa şəhərinin mikrotoponimləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Bildirilib ki, Şuşada 17 məhəllə ( Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə) olmuşdur. Hər bir məhəllənin özünəməxsus məscidi, hamamı, bulağı olmuşdur. Şuşanı dillər əzbəri edən həm də Cıdır düzüdür.

Şuşa şəhərinin inzibati-ərazi bölgüsünə daxil olan toponimlər leksik-semantik xüsusiyyətlərinə görə maraq doğurur. Bu adlar türk təfəkkürünə xas olan şəkildə yaranmış və Azərbaycan toponimik sisteminin tərkib hissəsi kimi tarixi inkişaf yolu keçmişdir. Yaşayış məntəqə adları müxtəlif söz qrupları əsasında formalaşmışdır: şəxs adları, etnonimlər, bitki və heyvan adları, obyektin coğrafi quruluşunu bildirən leksik vahidlər və s.

Professor İlhami Cəfərsoy qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər