Xəbər lentiwidget-title-icon

BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?

Xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib - FOTOLAR

Xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar Gürcüstan, Avstriya və Macarıstanda silsilə tədbirlər keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirlərdə 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, 24 saat ərzində Qarabağ iqtisadi rayonu ərazisində keçirilən antiterror tədbirləri zamanı qazandığımız uğurdan, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edilərək, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğu vurğulanıb.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ASAP Gürcüstan nümayəndəliyinin və Alyans Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib. Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra ölkəmizin Gürcüstanda olan səfirliyinin nümayəndələrinin və tarixçi alimlərin çıxışları dinlənilib.

ASAP Avstriya nümayəndəliyinin üzvləri isə Vyana şəhərində Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin qarşısında bir araya gələrək Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anıblar. Toplaşma zamanı azərbaycanlı gənclər İkinci Qarabağ müharibəsinin şəhidlərini yad etmək məqsədi ilə gül qoyub və şam yandırıblar.

Macarıstanın Budapeşt şəhərində ASAP Macarıstan nümayəndəliyi üzvləri, azərbaycanlı tələbə və məzunlar Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanlı tələbələr Budapeştdə yerləşən səfirlikdə toplaşaraq Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş guşəyə gül düzüblər. Tədbir iştirakçılarına Vətən müharibəsindəki şanlı qələbəmiz və antiterror tədbirləri zamanı ordumuz tərəfindən qazanılmış uğurlu nailiyyətlərimizlə bağlı məlumat verilib.

Xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər