Xəbər lentiwidget-title-icon

Valideynlərin qaydaları anlayışla qarşılaması vacibdir - Mütəxəssis
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?
Sabahın hava proqnozu - 11 oktyabr
"Peşə məktəbi məzunu kollec tələbəsindən daha asan iş tapır"
Geyim qaydaları dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirilməməlidir - Murad Ağalarov
Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə XƏBƏRDARLIQ
İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM
Uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
Məktəbli forması ilə bağlı çağırış: "Qanunu diqqətlə oxuyun"
Baş tutmayan “AİLƏ ƏMƏLİYYATI”: İzlər BŞTİ-yə aparır!
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
Peşə təhsilində kurikulumların yenilənməsi üzrə müzakirələrə başlanılıb
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
Beyləqanda şagirdlər qidadan zəhərləniblər
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibələr başlayır
Dərslər başlayıb, tələbələr hələ də cədvəl gözləyir...
Prokurorluğa qəbul üzrə test imtahanı keçirilib
Nazir susur, məktəblər hərəkətə keçir: Hicab məsələsində konstitusiya NƏ DEYİR?
"Azərbaycanın harasında belə qayda var ki?..." - ETİRAZ
Dərsdən qalan şagirdlərə görə 100 manat CƏRİMƏ - Valideynlərin NƏZƏRİNƏ!
Naxçıvanda bağçalarda 53 boş yer var- Qəbul prosesi davam edir
Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNATLAR
TAU tələbələrinin ODTÜ-nün akademik imkanlarından istifadəsi genişləndirilir
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Ağır çanta və yanlış oturuş: Uşağın onurğasını qorumağın vacib qaydaları

Sərt tənqid: “İxtisasını sevməyən gənclər ordusu formalaşır”

Sərt tənqid: “İxtisasını sevməyən gənclər ordusu formalaşır”

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Namizədlər avqustun 28-nə qədər ixtisas seçimində iştirak edə bilərlər.

İxtisas seçimi prosesində bir çox ekspert abituriyentlərin bu mərhələyə çox laqeyd yanaşdığını vurğulayır.

Belə ki, təhsil eksperti Adil Vəliyev də öz Feysbuk profilində bu barədə yazıb:

“Bu il çox qəribə abituriyentlərlə qarşılaşmışam. Özü gəlməyib valideyinlərini göndərən də vardı, 270 balım var deyib, sistemə baxdığımızda 320 və daha çox balı olan da...”

Bəs abituriyentlər üçün ən vacib olan bu prosesə niyə bu qədər biganə yanaşılır?

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən sosioloq Lalə Mehralı qeyd edib ki, bütünlükdə gənclərimizin oxumağa, ali təhsil almağa həvəsi xeyli azalıb:

Sərt tənqid: “İxtisasını sevməyən gənclər ordusu formalaşır”

“İmtahanlara hazırlıq, başlanması və bundan sonrakı dövrlər 3 aydan çox vaxt alır. Təsəvvür edin ki, ali məktəblərə hazırlaşan abituriyentlər mart ayından o yana imtahan verirlər. Hələ tədris ili başa çatmamış onlar buraxılış imtahanından keçib, oxumağa davam edirlər. Burada hansı həvəsdən söhbət gedə bilər?

Bundan sonra 1 və 2-ci cəhd blok imtahanı, qabiliyyət imtahanı, ixtisas seçimi və s. Abituriyentlər xeyli bir müddət təhsillə bağlı prosedurlardan keçməlidirlər. Təbii ki, bu zaman yorulurlar, usanırlar və son mərhələyə gəlib çatdıqda bir qədər laqeyd yanaşmalar ortaya çıxır. Ən önəmli- ixtisas seçimi mərhələsinə gəlib çatanda, onlar tükənirlər. Prosesin özü çox yorucudur. Bu səbəbdən 16-17 yaşlı yeniyetmələrdən böyüklər kimi davranmalarını gözləyə bilmərik”.

Sosioloq valideynlərin ixtisas seçiminə müdaxiləsinə birmənalı olaraq qarşıdır:

“Əgər təhsil mütəxəsisslərinin və ixtisas seçimi edən müəllimlərin yanına abituriyentlər deyil, valideynləri gəlirsə, prosesdən keçəcək şəxslər ixtisas seçimi etməkdən imtina etməlidir. Abituriyentin gələcəyi, özü olmadan planlaşdırıla bilməz.

Bu halların mövcudluğu, ixtisasını sevməyən, inkişaf etməyi bacarmayan gənclər ordusu formalaşdırır. Demək olar ki, ölkəmizdə heç kim öz sahəsi üzrə işləmir. Müəllimlər hansısa şirkətdə, biznesi bitirənlər marketdə kassir, hüququ bitirənlər geyim dükanında satıcı.. və s.

Nəticə olaraq , abituriyentlər özlərinin marağı olmayan, amma valideynləri tərəfindən tələb olunan ixtisasları oxuduqda, bu kimi halların daim şahidi olacağıq. Tanıdığım bir çox mütəxəssis var ki, ixtisas seçimini nə valideyn, nə də abituriyent olmadan həyata keçirir. Bu zaman hər iki tərəfin fikirləri müzakirə olunur, ortaq məxrəcə gəlinir və sonda isə kodlaşdırma baş tutur”.

Oxşar xəbərlər

Bütün xəbərlər