Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

İDDİA! - “Dövlət bağçalarının təhsil proqramı yenilənmir”

İDDİA! - “Dövlət bağçalarının təhsil proqramı yenilənmir”

“Qidalanma, təlim-tərbiyə, təhsillə bağlı, bir çox dövlət müəssisəsində qanunazidd hallara yol verilir. Mediadan bunların hamısına şahid oluruq”

Uşaqların tərbiyəsi ilk növbədə ailədən, sonrakı mərhələdə isə bağça və məktəbdən asılıdır. Təbii ki, hər bir valideyn övladlarının təlim-tərbiyyəsinin yüksək səviyyədə olmasını azrulayar.

Valideynlər uşaqlarını bağçalara qoyarkən, dövlət və özəl sektor arasında seçim edirlər.

Hazırda müşahidələr onu göstərir ki, özəl bağçaları seçən valideynlərin sayı heç də az deyil.

Maraqlıdır, bəs valideynlər niyə özəl bağçalara üstünlük verir? Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrini bir-birindən fərqləndirən cəhətlər hansılardır?

İDDİA! - “Dövlət bağçalarının təhsil proqramı yenilənmir”

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən, təhsil ekpserti, sabiq deputat Sona Əliyeva vurğulayıb ki, özəl bağçalar rəqabət mühitində olduğu üçün daha keyfiyyətli təlim-tədrislə məşğul olur.

“Özəl bağçaların dövlət bağçalarından daha keyfiyyətli olduğu hamımıza məlumdur. Bunun bir sıra səbəbləri var. Özəl bağçalar biznes və rəqabət mühitində fəaliyyət göstərdiyi üçün daha yaxşı və daha yüksək xidmət göstərməyə çalışır. Çünki nə qədər keyfiyyətli və müsbət fəaliyyət göstərsə, o qədər çox qazanc əldə edə bilərlər. Burada, təlim-tədrislə yanaşı biznes rəqabəti də var.

Daha sonra, onu da qeyd edim ki, özəl bağçaların fəaliyyəti dövlət qanunvericiliyi ilə tənzimlənsə də, burada proqram seçimi azaddır. Xarici ölkələrdə olduğu kimi çox müxtəlif və maraqlı proqramlar mövcuddur. Eləcə də, Azərbaycanın özəl bağçalarında da bunlar tədbiq edilir. Dünya görüşü geniş olan hər bir valideyn övladlarının hansı proqrama uyğun olduğunu yaxşı biləcək. Və ona əsasən seçim edəcək. Özəl bağçalarda bu seçimlər həm valideynlərə, həm də uşaqlara təqdim olunur. Yenə də qeyd edim ki, özəl bağçalar keyfiyyət baxımından dövlətin məktəbəqədər təhsil müəssisələrindən daha üstündür”.

Ekspert dövlət bağçalarında təhsilin keyfiyyətinin aşağı olmasının səbəblərini izah edib:

“Dövlətin bağçalarında vahid proqram çərçivəsində təlim-tərbiyə və təhsil işləri aparılır. Bu isə bir dəfə qəbul olunur və üzərində heç bir dəyişiklik edilmir. Bizim ölkənin dövlət təhsil proqramları dünyadakı heç bir rəqabət mühiti ilə uyğunlaşmır. Mən bunu təkcə bağçalara yox, bütün təhsil pillələrinə aid edə bilərəm. Düzdür, bu, bəzi təhsil pillələrində qismən də olsa, var. Amma müşahidələr əsasında görürük ki, yeniliklərdə dünya ilə rəqabətə uyğunlaşa bilmirik.

Qidalanma, təlim-tərbiyə, təhsillə bağlı, bir çox dövlət müəssisəsində qanunazidd hallara yol verilir. Mediadan bunların hamısına şahid oluruq. Uşaq döyülməsi, qida zəhərlənməsi və s. kimi halların baş verdiyini müşahidə edirik. Dövlət bağçalarının özündə, uzun müddət orada çalışan, lakin qeyri-ixtisas və yaxud təhsili olmayan şəxslər də var. Təbii ki, bunu hamısına aid etmək olmaz. Amma mövcud olduğunu da dəqiq bilirik. Bu baxımdan dövlət bağçaları özəllərdən xeyli geridə qalır.

Yenə də qeyd edim ki, onlar biznes mühitində çalışdığı üçün gətirdiyi işçilərin bacarığına, qabiliyyətinə, iş prinsipinə, psixologiyasına və s. hər mənada diqqət göstərirlər. Özəl sektorda bu nüanslar nəzərə alındığı üçün dövlət təhsil müəssisələrindən daha üstündür. Mən bunu bağçalarla yanaşı, məktəblərə də aid edərdim. Deməzdim ki, dövlət təhsil müəssisələri tamamilə pisdir. Yaxşı məktəbəqədər təhsil müəssislərimiz, ali məktəblərimiz, gimnaziyalarımız var. Amma ümumi mühitə nəzər saldıqda görürük ki, bu say olduqca azdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər