Xəbər lentiwidget-title-icon

“Zəif maliyyələşən elm və təhsil rəqabətədavamlı ola bilməz...”- EKSPERT
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirilib
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev
195 magistrant təhsil haqqından azad EDİLDİ
23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər
Bu ölkədə 500-ə yaxın məktəb bağlanacaq
1000 nəfər müəllimi əhatə edən ixtisasartırma təlimlərinə başlanılır
Dövlət qulluğu imtahanı: buraxılış vərəqəsi çap edilə bilər
Emin Əmrullayev: “Müəllimin işi asanlaşmayıb, əksinə, çətinləşib”
Süni intellektdən istifadə etməyənlər yaxşı müəllim sayıla bilməz - Emin Əmrullayev
"VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
MÜTDA müəllimləri belə təbrik etdi...
ADNSU doktorantları Qazaxıstanda tədqiqat təcrübəsi keçiblər
Emin Əmrullayev təhsilin 3 əsas hədəfindən DANIŞDI
Nazirdən müəllimlərə TƏBRİK
5 OKTYABR — MÜƏLLİMİN GÜNÜDÜR, BƏS MÜƏLLİMİN ÖMRÜ KİMİNDİR?..
Bağçadan başlayan dəyişiklik: Təhsilin ən vacib mərhələsinə yeni baxış
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi

“Zəif maliyyələşən elm və təhsil rəqabətədavamlı ola bilməz...”- EKSPERT



“Elm və təhsil siyasətinin yeni fəlsəfəsi “nə qədər maliyyə xərclədik kimi yox, bu maliyyə ilə nə qədər elm, insan kapitalı, innovasiya və sosial-iqtisadi dəyər yaratdıq” kimi olmalıdır...”

Tehsilmedia.org moderator.az-a istinadən, aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, dosent İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Zəif maliyyələşən elm və təhsil rəqabətədavamlı ola bilməz...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:



Elm və təhsil ölkənin uzunmüddətli inkişafının əsas dayaqlarıdır. İnsan kapitalı, innovasiya, texnoloji inkişaf və əmək məhsuldarlığı son nəticədə bu iki sistemin keyfiyyəti ilə bağlıdır.

“Elm və təhsil bütün sahələrdə inkisafin dayagıdır” (E. Əmrullayev). Nazir həmişəki kimi yenə də gözəl sözlər deyir, amma təəssüf ki, reallıqda bu sözlərin təsirini görmürük.

Elm və təhsilin inkişafı, bütün digər sahələrdə olduğu kimi, investisiyanın kəmiyyətindən və keyfiyyətli idarəetmədən asılıdır. Elm və təhsilə ayrılan vəsaitə yalnız xərc kimi deyil, strateji investisiya kimi yanaşılmalıdır.

Burada iki məsələni fərqləndirmək vacibdir: maliyyənin həcmi və onun səmərəliliyi. Kifayət qədər maliyyə olmadan rəqabətqabiliyyətli elm və təhsil qurmaq çətindir. Eyni zamanda, maliyyənin artması öz-özlüyündə yüksək elmi nəticə yaratmır. Bunun üçün maliyyə insan kapitalına, müasir infrastruktura, rəqabətli qrantlara və nəticəəsaslı idarəetməyə çevrilməlidir.

Strategiya ilə nəticə arasındakı məsafə...

2013-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin maliyyələşdirilməsi modelinin yenilənməsi, maliyyə mənbələrinin diversifikasiyası və təhsil xərclərinin ÜDM-ə nisbətinin mərhələli şəkildə 5–6 faizə çatdırılması hədəflənmişdi. Strategiyanın qəbulundan illər sonra bu strategiyanın nəticəsi nə oldu sualı təbiidir. 2025-ci ilin iyununda Milli Məclisdə çıxış edən deputat Əli Məsimli də elm və təhsil üzrə əvvəlki strateji hədəflərin tam reallaşmadığını vurğulamış, maliyyələşdirmə və əməkhaqqı göstəricilərinə diqqət çəkmişdi. Onun çıxışının əsas mesajı bundan ibarət idi ki, strateji hədəf yalnız sənəddə yazıldıqda deyil, adekvat resurs və icra mexanizmi ilə təmin edildikdə nəticəyə çevrilir. Bu, yanaşma bütün strateji idarəetmə üçün fundamental prinsipdir: hədəf + büdcə + məsuliyyət + KPI + davamlı monitorinq = real nəticə...

Elm üçün əsas məsələ pulun məbləği deyil, elmi məhsuldarlıqdır...

Elmi sistemin dayanıqlı fəaliyyəti üçün minimum infrastruktur şərtləri olmalıdır. Tədqiqatçının kompüteri, sürətli interneti, məlumat bazalarına çıxışı, proqram təminatı, laboratoriyası və qrant imkanları yoxdursa, ondan yüksək məhsuldarlıqlı tədqiqat gözləmək çətindir. Bu baxımdan AMEA Nəsimi adına Dilçilik İnstitutunda süni intellekt və kompüter dilçiliyi üzrə çalışan əməkdaşların texniki təminatı ilə bağlı ictimai müzakirə diqqətçəkən nümunədir. Şöbə rəhbərliyinin açıqlamalarında bəzi əməkdaşların kompüter problemi yaşadığı bildirilib. AMEA rəhbərliyi isə daha sonra əməkdaşların kompüterlə təmin olunduğunu və Azərbaycan dili texnologiyaları üçün yüksək hesablama imkanlarına malik infrastrukturdan istifadə planlarının olduğunu açıqlayıb...

Elmi müəssisədə (elə universitetlərdə də) hər tədqiqatçı üçün minimum rəqəmsal təminat standartı varmı və buna sistemli şəkildə zəmanət verilirmi?

Elm siyasətində bu sual çox vacibdir. Çünki müasir tədqiqatın ilkin şərti yüksək səviyyəli texnologiya deyil, əvvəlcə normal əsas iş şəraitidir.

Superkompüter, yoxsa adi kompüter?..

Superkompüterə müəyyən tədqiqat sahələrində real ehtiyac var. Süni intellekt, böyük verilənlərin emalı, milli dil korpusları, maşın öyrənməsi və mürəkkəb modelləşdirmə yüksək hesablama gücü tələb edə bilər. Azərbaycanda yaradılmış “Superkompüter Mərkəzi” də bu tip yüksək hesablama tələb edən tədqiqatlara xidmət məqsədi daşıyır. Amma onu da bilməliyik ki, superkompüter tədqiqatçının gündəlik iş yerinin, normal şəraitin əvəzi deyil...

Əgər tədqiqatçının normal kompüteri, interneti və məlumat bazasına çıxışı yoxdursa, yüksək hesablama infrastrukturu həmin çatışmazlığı aradan qaldırmır. Ona görə rasional infrastruktur modeli fərdi kompüter → institut infrastrukturu → milli superkompüter mərkəzi → beynəlxalq hesablama resursları kimi ola bilərdi. Yəni fərqli səviyyələrdə olan resurslar bir-birini tamamlamalıdır.

Elmin və təhsilin əsas problemi resursların qeyri-rasional bölgüsüdür...

Elm üçün ayrılan vəsaitin həcminə olduğu kimi, onun strukturuna da diqqət yetirmək lazımdır. Bu suallar sistemli şəkildə cavablandırılmalıdır:
• Nə qədər vəsait əməkdaşların insan kapitalına (əmək haqqı fonduna) gedir?
• Nə qədər rəqabətli qrantlara ayrılır?
• Laboratoriya və rəqəmsal infrastruktur nə qədər yenilənir?
• Böyük avadanlıqdan real istifadə səviyyəsi necədir?
• Alınan texnologiya neçə tədqiqat layihəsində istifadə olunur?
• Elmi nəticə patentə, texnologiyaya və ya məhsula çevrilirmi?

Beləliklə, elm siyasətinin ölçü vahidi təkcə “nə qədər pul xərcləndi?” məsələsi deyil. Əsas məsələ, xərclənən pulun hansı elmi nəticə yaratmasıdır.

Təhsildə də eyni məntiq işləyir. Təhsil xərclərinin artması vacibdir, lakin bu vəsaitin hansı nəticələrə çevrildiyi daha vacibdir. Əlavə maliyyə müəllim keyfiyyəti → tələbə öyrənməsi → səriştə → məzun məşğulluğu → əmək məhsuldarlığı zəncirini gücləndirməlidir. Əgər əlavə vəsait yalnız inzibati xərclərin və fiziki infrastrukturun artmasına gedir (yəni, fasiləsiz təmir-tikinti işlərinə), amma tələbənin öyrənmə nəticəsi, müəllimin peşəkar inkişafı və məzunun əmək bazarındakı hazırlığı dəyişmirsə, maliyyənin təhsil nəticəsinə çevrilməsi problem olaraq qalır. Bu səbəbdən təhsil investisiyasının əsas göstəriciləri yalnız bina, onun təmiri, kompüter və proqramların sayı ilə məhdudlaşmamalıdır.

Bu ərəfədə universitetlərin THE reytinq cədvəli dərc edildi. Məlum oldu ki, ETN “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nda təhsilə dair qarşıya qoyulan məqsədlərə çata bilməyib. Belə ki, 2026-cı ildə TOP-800-ə 3 universitetimiz düşməli idi, amma cəmi 1 universitet yer alıb. Digər namizədlər isə əksinə, xeyli geriləyiblər.

Bu strategiyada həmçinin 2 universitetimizin “Tədqiqat Universiteti” statusu alması mühüm məqsəd kimi qarşıya qoyulmuşdu. Amma bu da mümkün olmadı. Niyə? Bu ada iddia edən, PHŞ olmuş kasıb universitetlər əlində olan vəsaitləri elm və təhsilin inkişafına yönəltmək əvəzinə, bu maliyyəni ənənə üzrə yenə də təmir-tikintiyə yönəltdilər. KİV-lərin yazdığına görə ADNSU bir korpusun təmirinə bu il 26 milyon vəsait ayırıb. Bu nonsesdir. Belə idarəetmə ilə universitet heç vaxt inkişaf edə bilməz. Bəs ETN hara baxır? Təhsilə dair dövlət siyasətinin, qəbul edilən strategiyaların icrasına niyə nəzarət etmir?..

Məhz buna görə də, bir vaxtlar dünyada tanınmış ali məktəbin indi heç bir diqqət çəkən uğuru yoxdur. Amma deyəsən çıxış yolu tapıblar: ADNSU adını AZİİ adına transfer edirlər. Dünya universitetləri özləri transfer edildiyi, innovativ inkişaf etdiyi halda, bizim universitetlər sadəcə adlarını transfer edərək inkişaf etmək istəyirlər?

Universitetlərimizin süni intellekt dövrünə transformasiya modeli varmı?..

Təəssüf ki, nə universitetlərizin, nə də ETN-nin belə bir modeli yoxdur. Biz tədqiqatçı olaraq milli universitetlərimiz üçün belə bir transformasiya modeli hazırlamışıq. Amma ETN-də PR və “pokazuxa” yox, real inkişafa maraqlı bir səriştəli menecer tapa bilmirik ki, bu modeli onunla müzakirə edək. Mətbuatda gündəlik yazdığımız monitorinq məqsədli yüzlərlə məqalələrdə verilən təkliflərə də ETN reaksiya vermir...

Bəlkə özlərinin daha yaxşı modelləri var? ETN son 25 ildə yaxşı nə edə bildi ki, indi də yeni model yaratsın? Universitetlər də ETN-ə baxır, görək nə deyəcəklər. ETN isə ənənə üzrə onlara inkişaf yox, “təmir-tikinti”yə davam deyir.

Azərbaycan üçün daha rasional model

Elm və təhsil siyasətində “çox pul” və ya “az pul” seçimindən daha səmərəli yanaşma “düzgün strukturlaşdırılmış və nəticəəsaslı maliyyə” modelidir. Bu model beş element üzərində qurula bilər:

1. Baza maliyyələşməsi. Elmi müəssisə və universitetin normal fəaliyyətini təmin edən sabit resurs.
2. Rəqabətli qrantlar. Keyfiyyətli layihələrə ekspertiza əsasında ayrılan maliyyə.
3. İnsan kapitalına investisiya.Gənc alimlər, doktorantlar, postdoktorlar və müəllimlərin peşəkar inkişafı.
4. Paylaşılan infrastruktur. Laboratoriyalar, məlumat bazaları, yüksək hesablama mərkəzləri və digər bahalı resursların ortaq istifadəsi.
5. Nəticəəsaslı maliyyələşmə. Elmi, tədris və innovasiya nəticələrinə bağlanan əlavə maliyyə mexanizmləri.

Bu model maliyyənin həm genişləndirilməsini, həm də daha rasional istifadəsini təmin edə bilər. Əsas islahat nə qədər maliyyə aldıq yox, nə yaratdıq olmalıdır.

Elm və təhsildə ən vacib idarəetmə dəyişikliyi də məhz budur. Əvvəllər “nə qədər vəsait ayrıldı” məsələsi müzakirə edilirdi, əslində isə “bu vəsait nəticəsində nə dəyişdi” müzakirə edilməlidir. Elm istiqamətində neçə keyfiyyətli tədqiqat, qrant, patent, texnologiya transferi, startap, beynəlxalq layihə hazırlnadı kimi məsələlərə aydınlıq gətirilməlidir.

Təhsil istiqamətində isə öyrənmə nəticəsi, müəllim səriştəsi, məzunların məşğulluğu necə dəyişib, əmək bazarına uyğunluq artıbmı kimi məələlər müzakirə edilməlidir.

Bu yanaşmalar maliyyələşməni xərc yox, inkişaf alətinə çevirir...

Göründüyü kimi, zəif maliyyələşən elm və təhsilin keyfiyyətli olması çətindir. Amma daha çox pul ayırmaq, amma bunu qeyri-rasional xərcləmək də həll deyil. Son 5 ildə təhsil büdcəsi ilbəil artsa da, təhsil ilbəil çökür. Bunun məsuliyyətini kim daşımalıdır?..

Ölkə prezidenti təhsilin bir nömrəli prioritet olduğunu bildirir, inkişafyönlü strategiya və proqramlar təsdiq edir, amma ETN menecerləri ənənələri üzrə davam edərək, təhsilə dair göstərişlərin, strategiyaların, proqramların icrasını təmin edə bilmirlər...

Elm və təhsilin maliyyələşməsində əsas düstur: maliyyə + insan kapitalı + infrastruktur + qrant + yaxşı idarəetmə + nəticə ölçümü = güclü elm və təhsil kimi olmalıdır. Azərbaycan üçün mühüm məsələ bundan sonra yalnız maliyyəni artırmaq deyil, maliyyənin nəticəyə çevrilmə sürətini və səmərəliliyini yüksəltməkdir...

Superkompüter də, tədqiqatçının şəxsi kompüteri də, laboratoriya da, qrant da eyni sistemin hissələridir. Məsələ onlardan birini digərinin alternativi etmək deyil, vahid elmi infrastruktur və maliyyələşmə ekosistemi yaratmaqdır. Bu baxımdan elm və təhsil siyasətinin yeni fəlsəfəsi “nə qədər maliyyə xərclədik kimi yox, bu maliyyə ilə nə qədər elm, insan kapitalı, innovasiya və sosial-iqtisadi dəyər yaratdıq” kimi olmalıdır. Çünki son nəticədə bir universitetin və ya elmi institutun gücü onun sahib olduğu avadanlığın, binanın və ya büdcənin böyüklüyü ilə deyil, bu resursları bilik, səriştə, innovasiya və ictimai faydaya çevirə bilməsi ilə ölçülür.

Maliyyə məqsəd deyil. Maliyyə güclü insan, elm və gələcək yaratmaq üçün vasitədir...

Müəllif:
Dosent İlham Əhmədov

Oxşar xəbərlər


Bütün xəbərlər

“Zəif maliyyələşən elm və təhsil rəqabətədavamlı ola bilməz...”- EKSPERT
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirilib
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev
195 magistrant təhsil haqqından azad EDİLDİ
23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər
Bu ölkədə 500-ə yaxın məktəb bağlanacaq
1000 nəfər müəllimi əhatə edən ixtisasartırma təlimlərinə başlanılır
Dövlət qulluğu imtahanı: buraxılış vərəqəsi çap edilə bilər
Emin Əmrullayev: “Müəllimin işi asanlaşmayıb, əksinə, çətinləşib”
Süni intellektdən istifadə etməyənlər yaxşı müəllim sayıla bilməz - Emin Əmrullayev
"VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
MÜTDA müəllimləri belə təbrik etdi...
ADNSU doktorantları Qazaxıstanda tədqiqat təcrübəsi keçiblər
Emin Əmrullayev təhsilin 3 əsas hədəfindən DANIŞDI
Nazirdən müəllimlərə TƏBRİK
5 OKTYABR — MÜƏLLİMİN GÜNÜDÜR, BƏS MÜƏLLİMİN ÖMRÜ KİMİNDİR?..