Xəbər lentiwidget-title-icon

ABŞ-də 4 illik universitet təhsili dəyişir
İlham Əliyev və birinci xanımın şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Çində 200 milyon şagird süni intellekt öyrənəcək
167 illik riyazi məsələ süni intellektlə isbat edilib
Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxardı
Dərsliklərdəki nöqsanların əsas səbəbi - CİDDİ YANLIŞLIQ
Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir

“eTwinning” layihəsi üzrə təhsilverənlərin inkişafı üçün tədbirlər həyata keçirilir - FOTO

Cari ilin may ayı ərzində “eTwinning” layihəsi çərçivəsində ümumilikdə 17 təhsil işçisi olmaqla 8 müəllim Avropanın müxtəlif ölkələrində keçirilən konfranslarda, 9 müəllim isə beynəlxalq onlayn təlimlərdə iştirak edib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Avropa Mərkəzi Dəstək Xidmətinin dəstəyi ilə keçirilən tədbirlərin məqsədi təhsilverənlərin müasir metodlar üzrə tədrisinin inkişaf etdirilməsi, İKT və dil bacarıqlarının artırılması, həmkarları ilə ortaq dərs nümunələri, beynəlxalq layihələrin yaradılmasına şərait yaratmaqdır.

Layihə çərçivəsində pedaqoji işçilər üçün onlayn təlimlərdə iştirak imkanı da yaradılıb. Belə ki, cari ayda inklüziv məktəb mövzusunda Yunanıstan Milli Dəstək Xidməti tərəfindən keçirilən beynəlxalq tədbirə ölkə üzrə 9 müəllim qatılıb.

Bundan başqa, 15-17 may tarixlərində Bakıda “İnnovasiya və təhsil” adlı beynəlxalq tədbir təşkil edilib. 7 Avropa ölkəsindən 25 təhsil işçisi və Azərbaycanın 8 bölgəsindən 28 müəllimin iştirak etdiyi seminarın nəticəsi olaraq 22 ortaq dərs modeli yaradılıb. Növbəti tədris ilindən dərs modellərinin icrasına başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, “eTwinning“ Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və məktəbəqədər, orta məktəb, ali təhsil sahəsində çalışan təhsil işçilərinə peşəkar inkişaf təlimlərində iştirak, beynəlxalq əməkdaşlıq etmək, ortaq dərs modelləri yaratmaq, həmçinin Avropada ən böyük öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.

“eTwinning” layihəsi üzrə təhsilverənlərin inkişafı üçün tədbirlər həyata keçirilir - FOTO
“eTwinning” layihəsi üzrə təhsilverənlərin inkişafı üçün tədbirlər həyata keçirilir - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər