Xəbər lentiwidget-title-icon

Şirvandan gələcəyə uzanan uğur yolu — Bir müəllimin zəhməti, məzunların qüruru
Dərs bölgüsündə ədalət pozulub? – Müəllimdən rüşvət iddiası - VİDEO
Bir qərar, min sual: Elm və Təhsil Nazirliyi NİYƏ SUSUR?
Məktəblilər belə geyinməlidir
İşdən çıxdığı deyilən direktorla bağlı AÇIQLAMA
Müəllim maaşı dərs saatına görə hesablanmamalıdır - TƏKLİF
Valideynlərin qaydaları anlayışla qarşılaması vacibdir - Mütəxəssis
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?
Sabahın hava proqnozu - 11 oktyabr
"Peşə məktəbi məzunu kollec tələbəsindən daha asan iş tapır"
Geyim qaydaları dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirilməməlidir - Murad Ağalarov
Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə XƏBƏRDARLIQ
İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM
Uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
Məktəbli forması ilə bağlı çağırış: "Qanunu diqqətlə oxuyun"
Baş tutmayan “AİLƏ ƏMƏLİYYATI”: İzlər BŞTİ-yə aparır!
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
Peşə təhsilində kurikulumların yenilənməsi üzrə müzakirələrə başlanılıb
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
Beyləqanda şagirdlər qidadan zəhərləniblər
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibələr başlayır
Dərslər başlayıb, tələbələr hələ də cədvəl gözləyir...
Prokurorluğa qəbul üzrə test imtahanı keçirilib
Nazir susur, məktəblər hərəkətə keçir: Hicab məsələsində konstitusiya NƏ DEYİR?
"Azərbaycanın harasında belə qayda var ki?..." - ETİRAZ

Tənqid harada bitir, etik məsuliyyət harada başlayır? - Əmrullayev həm də azərbaycanlıdır...

Jurnalist olaraq uzun illərdir Azərbaycanda təhsil sistemində mövcud olan ciddi problemlərdən yazıram. Məktəblərdə direktorların pul yığımları, sistemli nöqsanlar, idarəetmədə boşluqlar və təhsilin keyfiyyəti ilə bağlı məsələlər daim tənqid etdiyim mövzular olub. Elm və Təhsil naziri Emin Əmrullayevin də müxtəlif qərarları, çıxışları və yanaşmaları ilə bağlı dəfələrlə tənqidi mövqeyimi açıq şəkildə ifadə etmişəm və bundan sonra da edəcəm.

Amma sosial mediada yayılan və müzakirə obyektinə çevrilən bir mövzu - nazirin şəxsi görünüşü, daha dəqiq desək, dişlərinin vəziyyəti ilə bağlı müzakirələr adamı susmağa qoymur. Emin Əmrullayevi həyatda bir dəfə də görməmişəm, yaxından uzaqdan heç bir münasibət də yoxdur. Amma, mümkün etik normaların pozulduğunu gördükdə susmaq qızıl deyil, məhv olmaqdır.

Nazirin son müsahibələrindən birində yaxın planla çəkilmiş kadrlar sosial şəbəkələrdə paylaşılaraq, əsas müzakirə mövzusuna çevrilib. Müsahibədə səsləndirilən fikirlərdən daha çox, Emin Əmrullayevin dişlərinin rəngi və ağız gigiyenası ilə bağlı iradlar diqqət mərkəzinə gətirilib. Bəziləri bunu siqaret istifadəsi ilə əlaqələndirib, bəziləri isə şəxsi baxımsızlıq kimi təqdim etməyə çalışıb.

Nəticədə isə bir dövlət məmurunun fəaliyyətindən, qərarlarından və təhsil siyasətindən danışmaq əvəzinə, tamamilə şəxsi və mahiyyətcə ikinci dərəcəli bir detal gündəmi zəbt edib.

Burada çox vacib bir məqamı qeyd etmək lazımdır: Emin Əmrullayev nə oliqarx məmurdur, nə də dövlət vəsaiti hesabına dəbdəbəli həyat yaşayan bir fiqur. Onu yaxından tanıyanların dediyinə görə, o, gününün böyük hissəsini işdə keçirən, təhsilin inkişafı ilə bağlı araşdırmalar aparan, sənədlərlə və layihələrlə çalışan bir insandır. Təhsilin niyə istənilən səviyyədə olmaması sualının cavabı nə Emin Əmrullayevin dişlərinin rəngindədir, nə də onun şəxsi görünüşündə. Bu bir kor bucaqdır, ölkənin bütün sahələrində var.

Bəli, bir nazirin fəaliyyəti sərt tənqid oluna bilər və olmalıdır. Təhsil sahəsində problemlər varsa, buna görə cavabdehlik də daşıyır, Əmrullayev, çünki naziridr.

Amma tənqid şəxsi xüsusiyyətlərə, fiziki görünüşə yönələndə artıq etik çərçivəni aşır. Ola bilər ki, Emin Əmrullayev siqaret çəkir. Bu, bir çox insan üçün adi haldır, mən də siqaret çəıkirəm, sən də. Ola bilər ki, iş qrafiki səbəbindən özünə kifayət qədər vaxt ayıra bilmir. Bu da minlərlə çalışqan insanın yaşadığı reallıqdır. Bütün bunlar onun peşəkar fəaliyyəti ilə birbaşa əlaqəli deyil, ola bilməz.

Biz məmurları zahiri görünüşünə görə deyil, gördüyü işə görə qiymətləndirməliyik. Əgər təhsil sahəsində problemlər qalırsa, bu müzakirə olunmalıdır. Əgər islahatlar yetərli deyilsə, bu tənqid edilməlidir. Amma şəxsi gigiyena üzərindən aparılan linç nə cəmiyyətə fayda verir, nə də jurnalistikanın, insanlıq missiyasına xidmət edir.

Emin Əmrullayev hər şeydən əvvəl insandır, hamımız kimi ailə başçısıdır, atadır, dayıdır, əmidir, oğuldur. Dostlarının dediyinə görə, yaxşı da dostdur, sadə həyat tərzi sürür və təhsilin inkişafı üçün əlindən gələni etməyə çalışır. Yəqin ki, onun dişlərinin saralmasının səbəbi bəlkə də məhz budur - fasiləsiz iş, yüksək stress və özünə vaxt ayıra bilməmək.

Tənqid edək, amma ədalətlə. Danışaq, amma insanı alçaltmadan. Problemləri göstərək, amma şəxsi sərhədləri aşmadan. Çünki etik jurnalistika məhz burada başlayır.

Ədil Hüseynzadə

Oxşar xəbərlər

Bütün xəbərlər