Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

ADU-nun müəllimləri “Heydər Əliyev müasirlərinin gözü ilə” adlı tədbirdə iştirak ediblər - FOTO

ADU-nun müəllimləri “Heydər Əliyev müasirlərinin gözü ilə” adlı tədbirdə iştirak ediblər - FOTO

Azərbaycan Dillər Universitetinin müəllimləri- Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva, Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva və Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Sevda Məhərrəmova Nardarandakı 295 saylı məktəbdə keçirilən “Heydər Əliyev müasirlərinin gözü ilə” adlı tədbirdə iştirak ediblər.
Bu barədə "tehsilmedia.info”a ADU-dan bildirilib.
Tədbirdən öncə müəllimlər məktəbin şagirdləri, sinif otaqları və tədris prosesi ilə tanış olublar. Sonra məktəbin foyesində təşkil edilmiş 44 günlük vətən müharibəsi mövzusunda şagirdlərin əl işlərindən ibarət və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sərgiyə baxıblar.
Məktəbin akt zalında təşkil edilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dilarə Cəbrayılova cari ilin Ümummilli lider Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar olaraq məktəbdə bir sıra tədbirlərin keçirildiyini bildirib və keçirilən tədbirin əhəmiyyətindən danışıb:
“Ümummilli lider Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar olaraq, bu il məktəbimizdə bir sıra tədbirlər keçirilib. Bu tədbirin isə xüsusi əhəmiyyəti var. ADU-nun rektoru hörmətli akademik Kamal Abdullanın dəfələrlə qonağı olduğu və çox sayda ədəbiyyat və dərs ləvazimatlar hədiyyə etdiyi bu məktəbin şagirdlərinin ADU-nun ixtisasları və fəaliyyəti haqqında müəyyən məlumatları vardır. Bu gün ADU-nun professor müəllim heyətinin məktəbimizə gəlməsi təhsil ocaqları arasında əməkdaşlığı daha da dərinləşdirəcəkdir”.
Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva Azərbaycan Dillər Universitetinin fakültələri, ixtisasları, mövcud olan dil və mədəniyyət mərkəzləri, beynəlxalq əlaqələri, iştirak etdiyi layihələr haqqında məlumat verib. O, qeyd edib ki, şagirdlərin görüşünə gələn qonaqlardan üç nəfəri, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycandan kənara təhsil almaq üçün göndərdiyi kadrlardandır.
Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva 1970-1980 –ci illərdə istedadlı və yaxşı oxumuş gənclərin seçilərək keçmiş Sovetlər İttifaqının aparıcı ali məktəblərinə respublikamızda olmayan ixtisaslar üzrə təhsil almaq üçün göndərilməsi prosesi haqqında, təhsil alanlara göstərilən diqqət və qayğıdan danışıb.
Fəlsəfə və İctimai Elmlər kafedrasının dosenti Şükufə Cabarova Ümummilli lider Heydər Əliyevin Nadejda İsmayılova ilə müsahibəsi, Moskvadan qayıtdıqdan sonra iqtisadi və sosial imkanları məhdud olan şəraitdə yaşaması, ağır günlərdə xalqının yanında olması, xalqın gələcəyi üçün olan narahatlıqları haqqında məlumat verib.
Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Sevda Məhərrəmova Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə gəldiyi zaman olan iqtisadi sıxıntılardan, Ulu öndərin bu vəziyyətdən Azərbaycanı çıxarmaq üçün həyata keçirdiyi layihələr, bağladığı müqavilələr və həyata keçirdiyi tədbirlər haqqında danışıb. O, Azərbaycan neftinin dünya bazarına çıxarılnmasının birinci addımı hesab edilən “Əsrin müqaviləsi”nin bağlanmasında Heydər Əliyevin əvəzsiz rolundan söz açıb.
Onlar həmçinin şagirdlər tərəfindən ADU- da təhsil və xarici layihələr haqqında verilən sulları cavablandırıblar.
Sonda məktəbin direktoru Dilarə Ismayilova Nardaran məktəbinə göstərdiyi diqqət və qayğıya görə ADU-nun rektoru, akademik Kamal Abdullaya və gələn qonaqlara görə təşəkkürünü bildirib.

ADU-nun müəllimləri “Heydər Əliyev müasirlərinin gözü ilə” adlı tədbirdə iştirak ediblər - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər