Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadası keçiriləcək

"Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadası keçiriləcək.

Bu barədə BŞTİ-dən tehsilmedia.info-a məlumat verilib.

Bildirilib ki,Türk ölkələri arasında ilk dəfə keçiriləcək olimpiadanın təşkilində əsas məqsəd ortaq milli köklərimizlə, dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin təcəssümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, türk xalqları tarixinin hərtərəfli öyrənilməsi, ortaq mənəvi dəyərlərə sadiq gənclərin formalaşması prosesinə və qarşılıqlı əməkdaşlığın inkişafına dəstək verilməsindən ibarətdir.

Olimpiadada türk ölkələrindən 14-16 yaşlı şagirdlər iştirak edəcək. Olimpiada 3 mərhələdə (məktəb, ölkə mərhələsi, final mərhələsi) təşkil olunacaq. Suallar qədim və müasir ortaq türk tarixini və mədəniyyətini əhatə edəcək.

Olimpiadanın I və II mərhələsi hər ölkənin özündə keçiriləcək. II mərhələnin nəticələrinə əsasən, hər ölkə üzrə III mərhələdə iştirak edəcək 6 şagird müəyyənləşdirilərək Azərbaycana göndəriləcək.

Türk ölkələrini təmsil edən komandalar 29 may 2023-cü il tarixində olimpiadanın Bakıda keçiriləcək final mərhələsində və iyunun 1-də Şuşada keçirilməsi nəzərdə tutulan "Heydər Əliyev-türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalında iştirak edəcək.

Qeyd edək ki, final mərhələsinin nəticələrinə əsasən, hər ölkədən 1 nəfər I yerə (onlardan ən yüksək nəticə əldə edən 1 nəfər "Birincilərin birincisi” adını qazanacaq), 1 nəfər II yerə, 1 nəfər III yerə layiq görüləcək. Digər iştirakçılara sertifikat təqdim olunacaq.

Qalib şagirdlərin mükafatlandırılma mərasiminin Bakıda keçirilməsi nəzərdə tutulub.

Onu da qeyd edək ki, Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasına həsr olunmuş sayt da (https://otdo.edu.az) yaradılıb. Saytda türk ölkələrinin hər birinin tarixinə, mədəniyyətinə və digər müvafiq mövzulara həsr olunmuş məlumatlar öz əksini tapıb. Sayt olimpiadadan sonra da öz fəaliyyətini davam etdirəcək.

Oxşar xəbərlər

Bütün xəbərlər