Xəbər lentiwidget-title-icon

Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT

Müəllimlər bir-birini ittiham edir - Birinə çətin, digərinə asan sual?

Müəllimlər bir-birini ittiham edir - Birinə çətin, digərinə asan sual?

Müəllimlər bir-birini ittiham edir - Birinə çətin, digərinə asan sual?
Bir neçə gündür ki, ölkədə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə riyaziyyat fənnini tədris edən təhsilverənlər cəlb olunmuşdu. Test imtahanı mərhələsində təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir.

Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur. Hələlik budəfəki imtahanın nəticələri müəllimlərin özlərinə bəlli olsa da, rəsmən ictimaiyyətə açıqlanmayıb.

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar. Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 22 iyun tarixində də davam edib və bu gün başa çatır. Həmin tarixlərdə xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan veriblər. Qeyd edək ki, son günlər sertifikasiya imtahanı ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər öz əksini tapır. Bəzi ibtidai sinif müəllimləri riyaziyyat fənnindən sualların onların imtahanından fərqli olaraq asan olduğunu bildirirlər.

Riyaziyyat müəllimləri isə əksinə, öz bilikləri sayəsində uğur qazandıqlarını qeyd edirlər. Bu müzakirələr 7 minə yaxın müəllimin əvvəlki hər 2 cəhddə imtahandan "kəsilməsi" fonunda aparıldıından daha çox maraq doğurur.

Doğrudanmı, artıq sertifikasiya imtahanı asan suallardan tərtib olunur və ibtidai sinifdən fərqli olaraq uğur qazanan müəllimlərin sayı bu səbəbdən daha çoxdur?

Day.Az xəbər verir ki, təhsil üzrə ekspert Kamran Əsədov "Cebhe.info"-ya bildirib ki, heç bir ölkənin təhsilinin səviyyəsi müəlliminin səviyyəsindən artıq deyil:

"Müəllimlərin test tapşırıqlarınn ağırlıq səviyyəsi ilə bağlı şikayət etməsi heç bir düşüncəyə sığmır. Ümumiyyətlə, biz birməanalı şəkildə sertifikasiyanın Azərbaycan təhsilinin inkişafına dəstək olduğunu görə bilirik. Burada iki məsələ var. Birinisi, bilik və bacarıqları yüksək olan müəllimlər sistemdə qalacaq.

Həmçinin onların sosial rifahı güclənəcək. Yəni imtahanda iştirak edən 8 minə yaxın müəllimin əməkhaqqı 35 faiz, digər qismin isə 10 faiz artacaq ki, bu, çox yaxşı bir nəticədir. İkincisi, ibtidai sinif müəllimlərinə təqdim edilmiş sertifikasiya sualları müəllimlərin iş qəbulu (MİQ) imtahanından ən azı 10 dəfə asan idi. Bu, heç də o demək deyil ki, riyaziyyat və xarici dil müəllimlərinin imtahanında suallar asan salınıb. XeyrAzərbaycan müəllimi 2014 -2018-ci illərdə keçirilən diaqnostik qiymətləndirmədə öz fənni üzrə kitabları ilk dəfə oxumağa başladı. Ancaq sertifikasiyada öyrənməyə başladılar. Çox təəssüflər olsun ki, bizim orta ümumtəhsil məktəblərində çalışan müəllimlər öz üzərlərində çalışmayıblar. Sertifikasiya imtahanı nəticəsində 4 min müəllimi itirməmişik, yüksək və bilik bacarığa malik olan yeni 4 min müəllimi qazanacağıq".

O bildirib ki, Azərbaycandakı sertifikasiya dünyanın bütün ölkələrində keçirilən ən humanist sertifikasiyasıdır:

"Kəsilən müəllimlər 1 il bundan öncə imtahan veriblər və onlar onda kəsilmişdilər.

Onlara imkan verilib ki, gedin, özünüzü təkmilləşdirin, gəlin. Çox təəssüf ki, bu müddətdə onlar öz üzərlərində işləmədilər. Bu, birinci problemdir.

İkincisi, Azərbaycan hökuməti humanizm göstərərək onların orta məktəblərdə digər vəzifələrdə işləməsinə imkan verir.

Üçüncüsü, müəllim kimi "kəsilənlərin" əmək müqaviləsinə xitam veriləcək, ancaq Elm və Təhsil Nazirliyi deyir ki, gəlin, yenidən MİQ imtahanında iştirak edin, keçid balını toplayın, biz sizə şərait yaradacağıq. Yəni birmənalı şəkildə, sualların çətin və ya asan olduğunu demək absurddur".

Ekspertin sözlərinə görə, əgər imtahanda kifayət qədər insan uğur qazanıbsa, cəmi 12-13 faiz "kəsilibsə", bu, o demək deyil ki, suallar asan, yaxud çətin olubBu insanlar həmin sahə üzrə ali və ya orta ixtisas təhsili alıblar. Minimum 5 il, bəziləri daha çox çalışıblar, bu illər ərzində kitabları təkrar-təkrar oxuyublar, tədris ediblər. Əgər özü nəsə bilmirsə, qarşısındakına nəsə öyrədə bilməz.

YUNİSEF-in 2030-cu illə bağlı proqnozunun birincisi odur ki, orta məktəblərdə ixtisaslı müəllimlər olmalıdır. Sualların asan, yaxud çətin olduğunu demək müəllimə yaraşmaz. Bütün test tapşırıqları hər gün dərsdə uşaqlarla işlədikləri suallar, materialladır. Yəni heç də ibtidai sinif müəlliminə tarixdən sual verilməyib.

Elə sualların təhlilləri də göstərir ki, II-III sinifin test tapşırıqlarından suallar təqdim edilib. Ona görə də sualların ağırlıq səviyyəsi ilə bağlı deyilənlər bəhanədir və bu da Azərbaycan müəlliminə yaraşmır. 2022-ci ildə sertifikasiya imtahanı keçirilib. Hətta 2019-cu ildən bununla bağlı təlimlər olub. Əgər mən bu işlə məşğulamsa, məni birdən-birə, sabah da imtahana çağırsalar, hazırlaşmaq üçün ən azı 1 həftə, 10 gün, 1 ay vaxt verirlər. Onlar hər gün dərsə girib, illərdir necə dərs keçiblər? Ümumiyyətlə, müəllim özü öyrədəndir".

Oxşar xəbərlər

Bütün xəbərlər