Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

XİN-ə işə qəbul 4 bacarıq üzrə qiymətləndirilmə ilə aparılacaq

XİN-ə işə qəbul 4 bacarıq üzrə qiymətləndirilmə ilə aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyinə (XİN) işə qəbul 4 bacarıq üzrə qiymətləndirilmə aparılacaq.

tehsilmedia.info DİM-ə istinadən xəbər verir ki, XİN-ə diplomatik xidmətə işə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlərdə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır.

Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.

23 sentyabr 2023-cü ildə keçiriləcək yazılı imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi xarici dil üzrə dinləmə mətninin təqdim olunması ilə başlanır. Yazılı imtahanın strukturu aşağıdakı kimidir:

Xarici dil üzrə dinləyib-anlama bloku – (30 dəqiqə)

Monoloq və dialoq tipli dinləmə mətnləri üzrə dinləyib-anlama bacarığının yoxlanılmasını nəzərdə tutan 10 qapalı tipli test tapşırığı.

Xarici dil üzrə oxuyub-anlama bloku – (60 dəqiqə)

İki müxtəlif oxu mətni üzrə bacarığın ölçülməsini nəzərdə tutan 20 qapalı tipli test tapşırığı.

Xarici dil və Azərbaycan dili üzrə yazı bloku – (90 dəqiqə)

Analitik yazı bacarıqlarının yoxlanılmasını nəzərdə tutan esse tipli yazı tapşırığı. Namizədlər təqdim olunmuş üç mövzudan birini seçir və seçilmiş mövzu üzrə həm müvafiq xarici dildə, həm də Azərbaycan dilində 250-300 sözdən ibarət esse yazır.

Danışıq bloku üzrə imtahan isə 24 sentyabr 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (8 Noyabr metrostansiyasının yanı) yerləşən inzibati binasında keçiriləcək.

Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. Namizədlərin kompüter proqramı ilə yaxından tanış olmaları üçün yaxın günlərdə müvafiq link-məlumat paylaşılacaq. Qeyd edək ki, yalnız ikinci mərhələ imtahanı üçün qeydiyyatdan keçmiş iddiaçılar linkə daxil olaraq proqramın demo versiyası ilə tanış ola biləcəklər.

Xarici dil üzrə danışıq bloku (20 dəq)

Kompüter proqramı vasitəsilə təşkil olunan üç mərhələli qiymətləndirməni nəzərdə tutan tapşırıqlar.

Yazıya qoyulan tələblər

Analitik yazı bacarıqlarının yoxlanılmasını nəzərdə tutan və həm xarici dil, həm də Azərbaycan dilində təqdim olunan esse tipli yazıya qoyulan tələblər aşağıdakı kimidir:

Esse seçilmiş xarici dildə (və ya Azərbaycan dilində) olub verilmiş mövzunun konkret adına uyğun işlənilməli;

Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

Həcmi 250-300 söz olmalı; Mövzu dolğun və tam şəkildə əhatə edilməli; Fikirlər məntiqi ardıcıllıqla təqdim edilməli; Mövzu ilə bağlı sərbəst mühakimə yürüdülməli;

Analitik təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarmaq qabiliyyəti göstərilməli;

İfadə olunan fikirləri (ehtiyac yarandığı halda) əsaslandırmaq üçün sitatlar, nümunə, təcrübə, fakt və başqa mənbələr yerində istifadə olunmalı;

Xarici dilin (Azərbaycan dilinin) yazı üslubunun orijinallığı, dilin zənginliyi və səlisliyi nümayiş etdirilməli;

Fikirlər rabitəli və aydın şəkildə, ədəbi dilin normalarına və qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə edilməlidir.

Qeyd 1: Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.

Qeyd 2: Həm xarici dil, həm də Azərbaycan dili üzrə esse tipli yazı işini yerinə yetirmək üçün namizədlərə təqdim olunan A3 ölçülü vərəqin son səhifəsi qaralama kimi istifadə oluna bilər. Qaralama hissədə aparılan qeydlər qiymətləndirmədə nəzərə alınmır.

Qeyd 3: “A” meyarı “0” balla qiymətləndirilirsə, növbəti meyar üzrə qiymətləndirmə aparılmır və yekun qiymət kimi “0” bal yazılır.

Danışıq bloku imtahanı üzrə qoyulan tələblər

üzrə düşünmək üçün üç, cavablandırmaq üçün isə iki dəqiqə vaxt verilir.

Üçüncü mərhələdə iddiaçıya ikinci mərhələdə verilmiş mövzu ilə əlaqədar bir fikir təqdim olunur və namizəddən bu fikrə münasibət bildirmək tələb olunur. Sonuncu mərhələdə düşünmək üçün bir, sualı cavablandırmaq üçün bir dəqiqə vaxt verilir.

Vaxta nəzarət və növbəti mərhələlərə keçid kompüter proqramı vasitəsilə avtomatik qaydada aparılır və sualların cavablandırılması mərhələsində namizədin texniki müdaxiləsi tələb olunmur.

İkinci mərhələ üzrə balların hesablanması

Xarici dil fənni üzrə imtahanın balı həm hər bir bacarıq (“Dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə ayrılıqda, həm də ümumi imtahan üzrə hesablanır. Bacarıqlar üzrə ballar hesablanarkən, toplanmış xam ballar əmsallara vurulur və toplanır. İmtahan üzrə toplanıla bilən maksimal bal 60-dır.

Azərbaycan dilində “Esse” yazısı üzrə toplanıla bilən maksimal bal 60-dır.

Azərbaycan dilində icra olunan esse tapşırığından 50% (30 bal) və xarici dilin bütün komponentləri üzrə cəmi 60% (36 bal), hər bir komponenti üzrə 20%-dən (“dinləyib-anlama” və “danışıq” bacarığnın hər biri üçün 2 bal, “oxuyub-anlama” və “yazı” bacarığnın hər biri üçün 4 bal) az olmayaraq nəticə göstərən namizədlər yazılı imtahanın ikinci mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunurlar.

Yazılı imtahanın hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş və iki mərhələnin nəticəsində ən yüksək nəticə əldə edən ilk 100 iştirakçı müsahibə mərhələsinə buraxılır. Hər iki mərhələ üzrə ümumi balın hesablanması imtahanın 1-ci mərhələsi üzrə (maksimum 120 bal), imtahanın 2-ci mərhələsinin “Xarici dil fənni” üzrə (maksimum 60 bal) və Azərbaycan dili üzrə “esse” yazısı üzrə toplanan (maksimum 60 bal) balların cəmlənməsi yolu ilə aparılır.

Oxşar xəbərlər

Bütün xəbərlər