Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrların NƏZƏRİNƏ!

Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrların NƏZƏRİNƏ!

2024-cü ildə magistraturaya qəbul imtahanında əvvəlki illərdə olduğu kimi, bakalavrlara qapalı və açıq tipli olmaqla məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 test tapşırığı təqdim olunacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) "tehsilmedia.info"a bildirilib ki, növbəti ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər. Xatırladaq ki, magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan “Magistr” 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilib.

Beləliklə, 2024-cü ildə magistraturaya qəbul imtahanında xarici dil üzrə bakalavrlara:

- dinləyib-anlama bacarığını yoxlamaq üçün bir dinləmə mətni (monoloq və ya dialoq) üzrə 5 tapşırıq;

- oxuyub-anlama bacarığını yoxlamaq üçün iki oxu mətni üzrə cəmi 10 tapşırıq;

- dil biliyini yoxlamaq üçün isə 5 test tapşırığı təqdim olunacaq.

- yazı bacarıqlarını yoxlamaq üçün esse tipli yazı tapşırığı da imtahan modelinə əlavə olunur.

Oxuyub-anlama blokunda iki oxu mətninin hər biri üzrə 3 qapalı tapşırıq, dörd mülahizədən ibarət olan və onların doğru və ya yanlış olmasını müəyyən etmək tələb olunan 1 tapşırıq və 1 açıq tipli tapşırıq olmaqla, ümumilikdə 5 test tapşırığı təqdim olunur. Verilmiş fikrin doğru və ya yanlış olmasını müəyyənləşdirməyi tələb edən test tapşırıqları dünya təcrübəsində geniş istifadə olunur. Magistraturaya qəbul imtahanında bu tip test tapşırıqlarında bakalavrın mülahizələrə dair verdiyi bütün cavablar doğru olduğu hal 1 (tam) balla, 3 mülahizəyə dair verdiyi cavab doğru olduğu hal 0.5 (yarım) balla, iki və daha az mülahizəyə dair verdiyi cavab doğru olduğu hal 0 (sıfır) balla qiymətləndirilir.

Oxuyub-anlama mətnləri üzrə digər test tapşırıqları, dinləyib-anlama və dil biliyinin yoxlanılması üçün nəzərdə tutulmuş test tapşırıqlarının hər biri 1 (bir) balla qiymətləndirilir.

Esse tipli yazı tapşırığının (150 – 200 söz həcmində) ümumilikdə 5 balla qiymətləndirilməsi nəzərdə tutulur.

Nəticədə dil bloku üzrə bakalavrlar maksimum 25 balla qiymətləndirilirlər.

Dil blokunda olunan dəyişiklikləri nəzərə alaraq, magistraturaya qəbul imtahanının müddətininin 30 dəqiqə artırılması da nəzərdə tutulur.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrlar təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini ifadə edəcəklər. Bakalavrların yazı işlərinin qiymətləndirilməsi A, B, C və D meyarlarına əsasən yoxlanılır. Burada:

A meyarı essenin mövzuya uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticənin mövcudluğu və onlar arasında əlaqə (bütövlük və tamlıq), essenin publisistik üslubda olması, üslubun neytrallığı və müəllifin dəsti-xəttinin olmasını;

B meyarı mövzunun əhatə səviyyəsi, fikirlərin məntiqli və inandırıcı şərhi və ya təkzibi, sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılmasını;

C meyarı müxtəlif birləşdirici vasitələrdən istifadə etməklə məntiqi rabitənin gözlənilməsi, fərqli strukturlu cümlələrdən istifadə, yol verilmiş səhvlərin (qrammatik, orfoqrafik, durğu işarələri) sayını;

D meyarı isə söz ehtiyatının zənginliyi, müxtəlif leksik vahidlərdən istifadəni və yol verilmiş səhvlərin (leksik) sayını əhatə edir.

Hər bir ekspert qiymətləndirmə zamanı yuxarıda qeyd olunmuş meyarların detallı təsvirinə istinad edir.

Qeyd 1: Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, bakalavrın özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.

Qeyd 2: A meyarı “0” balla qiymətləndirilirsə, növbəti meyar üzrə qiymətləndirmə aparılmır və yekun qiymət kimi “0” bal yazılır.

“Magistr” jurnalının 2-ci sayında yeni imtahan modeli əsasında tərtib olunmuş tapşırıqlar bakalavrlara təqdim olunacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər