Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

Təhsilin ömrü uzatdığı məlum olub – Araşdırma

Təhsilin ömrü uzatdığı məlum olub – Araşdırma
[left][/left]

Təhsil ömrü uzadır. Norveç Elm və Texnologiya Universiteti və Vaşinqton Universitetinin alimləri bununla bağlı araşdırma aparıblar.

“The İndependent” nəşrinə istinadla xəbər verirİK ki, araşdırma nəticəsində məktəbdə və universitetdə keçən hər ilin ömrü uzatdığı məlum olub. Əvvəlcə ilk dəfə təhsil müddəti ilə gözlənilən ömür arasındakı nisbət hesablanıb. ABŞ və Böyük Britaniya kimi sənayeləşmiş ölkələrdən, Çin və Braziliya kimi inkişaf etməkdə olan dövlətlərdən toplanan məlumatlarda hər il formal təhsilin ölüm riskini iki faiz azaltdığı aşkar olunub.

Yanvarın 23-də “Lancet Public Health” elmi jurnalında dərc olunan araşdırmada vurğulanır ki, ibtidai və orta məktəb, lisey və universitet təhsilini başa vurmaq ömür boyu sağlam qidalanmağa bərabər faydalar verir. Bundan əlavə, magistr dərəcəsi olan insanların ölüm riskinin təhsilsizlərlə müqayisədə 34 faiz azaldığı da məlum olub. Digər tərəfdən, 10 il məktəbə getməmək hər gün yerinə yetirilən zərərli vərdişlərin verdiyi ziyana bərabər tutulur.

Araşdırmanın həmmüəlliflərindən biri, Norveç Elm və Texnologiya Universitetində fəaliyyət göstərən Terje Andreas Eikemo təhsilin sağlamlığa ciddi təsirləri olduğuna diqqət çəkib. Bildirib ki, təhsil təkcə sağlamlıq baxımından əhəmiyyətli deyil, həm də insan ömrünü uzadan önəmli amildir.

Britaniyada yerləşən Səhiyyə Fondunun nümayəndəsi David Finch diqqətə çatdırıb ki, təhsil daha yaxşı sosial əlaqələr qurmağa kömək edir və insanların qərar qəbuletmə qabiliyyətini artırır.

Vaşinqton Universitetindən Claire Henson təhsillə gözlənilən ömür arasındakı əlaqəni belə izah edir: “Təhsil almaq imkanı insana sağlam həyat tərzi yaratmağa imkan verir və onu saxlamaq qabiliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirir. Ali təhsil maliyyə və sosial resursları artırır. Təhsilə sərmayə qoymaq əhalinin sağlamlığı üçün mühümdür və siyasətçilər təhsil siyasətini formalaşdırarkən bu təsiri nəzərə almalıdırlar.

Oxşar xəbərlər

Bütün xəbərlər