Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq genişlənir - FOTO

ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq genişlənir - FOTO

ADA Universitetində ABŞ-nin Corc Vaşinqton Universitetinin nümayəndə heyətinin iştirakı ilə görüş keçirilib.

Bu barədə "tehsilmedia.info"a ADA Universitetindən məlumat verilib.

Görüşdə ADA Universitetinin rektoru səfir Hafiz Paşayev bildirib ki, Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı təqdim etmək istiqamətindəki ilkin əməkdaşlığımız proqramın uğurlu icrası və tərəfdaşların dəstəyi nəticəsində genişlənir. İndiyədək tələbələrdən ibarət 6 fərqli qrupun ikili diplom proqramına qəbul edildiyini deyən rektor qeyd edib: "Sevindirici haldır ki, Corc Vaşinqton Universiteti ilə yeni "4+1" əməkdaşlıq formatına keçid edirik. Bu format tələblərə ADA Universitetindən bakalavr, Corc Vaşinqton Universitetindən isə magistr diplomu almaq fürsəti verəcək."

ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov ikili diplom proqramının icrasına dair indiyədək olan nəticələri paylaşıb. Dekan Corc Vaşinqton Universitetinin professorları ilə birgə əməkdaşlığın inkişafı üçün mexanizmlərin işlənib hazırlandığını vurğulayıb. Gələcək əməkdaşlıq doktorantura məzunlarının yetişdirilməsini, professor-müəllim heyətinin işə götürülməsini əhatə edəcək.

Qlobal əməkdaşlığın genişləndirilməsinin Corc Vaşinqton Universiteti üçün əhəmiyyətindən bəhs edən dekan Con Lak ADA Universitetinin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb: "Bakıya səfərimiz çərçivəsində gələcək plan və proqramlarımızı müzakirə etdik. "4+1"formatı çərçivəsində tələbələrin öz sahələri üzrə xaricdə təcrübə qazanması müzakirə edilən bir çox mövzulardan biridir”.

Elm və Təhsil Naziri Emin Əmrullayev ikili diplom proqramının yerli kadr hazırlığına fayda verdiyini vurğulayıb.

"İkili diplom proqramları rəqabətədavamlı gənclər yetişdirməklə yanaşı, həm də müəllimlərin peşəkarlığının artırılmasına, birgə tədqiqat layihələrinin həyata keçirilməsinə və universitetlərin inkişafına səbəb olub”, - deyə nazir əlavə edib.

Corc Vaşinqton Universitetini təmsil edən qonaqlar bildiriblər ki, ikili diplom proqramları universitet-sənaye tərəfdaşlığını gücləndirir, beynəlxalq təcrübə mübadiləsini dəstəkləyir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Fərid Əhmədov, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ikili diplom proqramlarının icrası ilə bağlı tövsiyələrini bölüşüblər. Bildiriblər ki, universitet nəzdində tədqiqat ekosisteminin inkişafı, biznes sektorundakı şirkətlərin bu prosesə dəstək göstərməsi və proqram məzunlarının akademik mentorlar tərəfindən düzgün sahələrə istiqamətləndirilməsi olduqca vacibdir.

Qeyd edək ki, ADA Universiteti 2020-ci ildən etibarən "Kompüter elmləri və Data analitikası”, 2021-ci ildən etibarən "Elektrik və elektroenergetika mühəndisliyi” ixtisasları üzrə Corc Vaşinqton Universiteti ilə birgə ikili diplom proqramı təqdim edir. Corc Vaşinqton Universitetinin dekanı Con Lakın səfəri və ikitərəfli danışıqların nəticəsi olaraq bu proqramların genişləndirilməsi, doktorantların yetişdirilməsi və professor-müəllim heyətinin cəlb edilməsi nəzərdə tutulub.

İkili diplom proqramı çərçivəsində "Uyğunlaşdırılmış proqram" vasitəsilə ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin bakalavr tələbələri birillik magistr proqramlarına birbaşa qəbul ediləcək. Hər iki universitet arasında genişlənən əməkdaşlıq imzalanan "Niyyət sazişi”ndə əksini tapıb.

Qeyd edək ki, Corc Vaşinqton Universitetini təmsil edən nümayəndə heyətinin tərkibində Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak, Elektrik və kompüter mühəndisliyi fakültəsinin professoru Tariq-el Qazari və Kompüter elmləri üzrə mühəndislik fakültəsinin professoru Stefan Kaysler olublar.

Oxşar xəbərlər

Bütün xəbərlər