Xəbər lentiwidget-title-icon

ABŞ-də 4 illik universitet təhsili dəyişir
İlham Əliyev və birinci xanımın şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Çində 200 milyon şagird süni intellekt öyrənəcək
167 illik riyazi məsələ süni intellektlə isbat edilib
Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxardı
Dərsliklərdəki nöqsanların əsas səbəbi - CİDDİ YANLIŞLIQ
Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir

Dahilik və dəlilik

Dahilik və dəlilik



Dahilik və dəlilik qardaşdır: ruhi xəstə olmuş 10 yazıçı...

1. Edgar Allan Poe — Amerika yazıçısı (1809-1849)
Onun hekayə və əsərləri qorxunc hadisələr üzərində qurulmuşdur. 20 yaşından sonra Poe tez-tez depressiyaya düşürdü. İçki düşkünü olması da onun psixikasını pozurdu. Ruhi tarazlığı tamam pozulmuş yazıçının mütəmadi tutmaları tutur, idarəolunmaz məxluqa çevrilirdi. Şəxsi həyatındakı uğursuzluq da bir yandan onu üzürdü.
Həyat yoldaşı Virginia gənc yaşlarında vərəmə tutulmuşdu. 5 il Poe-nun gözləri qarşısında əriyən Virginia nəhayət canını tapşırır. Bu yazıçıya ağır zərbə olur. Bundan sonra o iki dəfə evlənməyə cəhd etsə də, heç biri alınmır. Birincisində yazıçının əcaib davranışlarından qorxuya düşən qız ona «yox» cavabı verir. İkincisində isə toy ərəfəsində Poe-nun qəfil yoxa çıxması işləri pozur.
Poe o qədər içir ki, gecələr evə də gəlmir. Bir dəfə isə onu axtarıb 5 gün sonra Baltimorun ucuz qəlyanaltıxanalarının birində tapırlar. Yazıçını ruhi xəstəxanaya yerləşdirirlər. Dəhşətli hallüsinasiyalardan qurtula bilməyən yazıçı 5 gün sonra vəfat edir. 1849-cu ilin 7 oktyabrında gecə saat 3 radələrində keçinəndə Poe-nun yanında yaxınlarından kimsə yox idi. Ölümqabağı o, sayıqlayıb Ceremi Reynoldsu (şimal qütbünü öyrənən səyyah) çağırırmış.

2. Ernest Heminquey — Amerika yazıçısı (1899-1961)
1960-cı ildə Heminquey Kubadan ABŞ-a qayıdır. O, tez-tez depressiyaya düşür, özünə inamı azalır, qorxuları artırdı.
Demək olar ki, yaza bilmirdi. Bütün bunlara görə ruhi xəstəxanada müalicə almağa razılaşır, 20 dəfə elektroşok
keçirir.
Klinikadan çıxan Heminquey görür ki, yenə də yaza bilmir. İlk intihara cəhdi də bu zaman edir. Amma yaxınları onu xilas edirlər. Arvadının xahişi ilə o, təkrar mülicə alır. Amma intihar niyyətindən əl çəkmir. Xəstəxanadan çıxan kimi özünü qoşalüləsi ilə güllələyir. «Kişinin yataqda ölməyə haqqı yoxdur» — o deyirdi, «kişi ya döyüşdə ölər, ya da gülləni alnına çaxar».

3. Jonathan Swift — İrland yazıçısı (1667-1745)
Deyilənə görə yazıçı Alzheymer xəstəliyindən əziyyət çəkirdi. Ətrafındakı insanları tanıya bilmir, onların nitqini anlaya bilmirdi.
1742-ci ildə xəstəlik kəskinləşir, Swift iflic olur. Özünü idarə edə, özünə baxa bilməyən yazıçını yaxın qohumunun himayəsinə verirlər. 1745-ci ildə Swift vəfat edir. Sağlığında hədsiz dərəcədə populyar olan, əsərlərindən, o cümlədən «Qulliverin səyahəti»ndən çoxlu pul qazanan yazıçı var- datının ruhi xəstəxana tikilməsinə xərclənməsini vəsiyyət edir.

4. Franz Kafka — Avstriya-çex yazıçısı (1883-1924)
Kafkanın psixi vəziyyəti bəzən aylarla qeyri-stabil olurdu. Psixi problemlərinin kökü uşaq vaxtı atası ilə baş verən konfliktlərə gedib çıxır. Bir də gənc yaşlarında intim sahədəki psixosomatik problemlərinə.
Yazıçı 41 yaşında vərəmdən ölür, ömrünün son 3 ayında onun təkcə cismi məhvə doğru getmir, həm də psixikası pozulurdu. Ölümündən qabaq o, dostu Maks Broddan əsərlərini məhv etməyi də xahiş edir, amma Brod bu vəsiyyətə əməl etmir.

5. Sergey Yesenin — Rus şairi (1895-1925)
Sergey Yesenin dedikdə, ağıla «Anqleter» mehmanxanasındakı otağının istilik borusundan özünü asmağı gəlir. O. dəfələrlə Rusiyanın, Fransanın ruhi xəstəxanalarında müalicə almışdı. Diaqnoz: Manyakal-depressiv psixoz.
Simptomlar: İzlənilmə maniyası, qəfil qəzəblənib özündən çıxma, qeyri-adekvat davranış (o, mebeli, qab-qacağı, güzgünü sındrır, insanları təhqir edirdi).

6. Jean-Jacques Rousseau — Fransız yazıçısı, filosofu (1712-1778)
Russo daim ona qarşı sui-qəsddən şübhələnirdi, düşünürdü ki, ətrafındakı adamlar onu aradan götürmək, şərləmək istəyirlər. 1760-cı illərdə yazdığı «Emil, yaxud Tərbiyə haqqında» məşhur kitabından sonra yazıçının kilsə və hökumət ilə konflikti yaranır.
Bundan sonra o, daim məkanını dəyişməyə başlayır. İzlənilməkdən ehtiyatlanır. Bir dəfə isə qaldığı qəsrdə qalmaqal yaradır. Ona elə gəlir ki, qəsrin sakinləri onu ölmüş xidmətçinin qatili sayır və yazıçı tələb etməyə başlayır ki, meyit yarılsın.

7. Fridrix Nitsşe — Alman filosofu (1844-1900)
Nietzsche-nin xəstəlik tarixçəsində deyilir ki, o, bağırıb əzaib
səslər çıxarar, öz çəkməsindən sidiyini içər, xəstəxananın
gözətçisini Bismark zənn edər. koykada yox, yerdə yatar, keçi kimi atılıb-düşərmiş. Görkəmli filosof ömrünün son 20 ilində psixi pozuntulardan əziyyət çəkib. O özünün ən çox diqqət çəkən əsərlərini də həmin dövrdə yazıb.

8. Gi de Mopassan — Fransız yazıçısı (1850-1893)
1884-cü ildən başlayaraq onun xəstəliyi ağırlaşır. Ömrünün sonunda iki dəfə özünə qəsd edir: bir dəfə revolverlə, bir dəfə isə bıçaqla.
Diaqnoz: Beynin proqressiv iflici. Simptomlar: ippoxondriya (insanın öz sağlamlığından aşırı narahatlığı), intihara meyl,
sayıqlama, hallüsinasiya.

9. Virciniya Vulf — İngilis yazıçısı (1882-1941)
Virciniya 13 yaşında olarkən yaxın bir qohumu onu zorlamağa cəhd edir. Bu onun psixikasına təsirsiz ötüşmür, onda kişilərə nifrət yaranır. Daha sonra anası və atası dünyasını dəyişir. Gənc qız hətta intihara da cəhd edir. Bundan sonra depressiyalar, yuxusuzluq və dəhşətli yuxular onun həyatında adi hala çevrilir.
Yaxınlarına əziyyət vermək istəməyən yazıçı 1941-ci il martın 28-də paltosunu geyir, ciblərini daşla doldurur və özünü Ous çayında boğur.

10. Nikolay Qoqol — Rus yazıçısı (1809-1852)
Şizofreniya böyük yazıçını ömrü boyu rahat buraxmayb. Ömrünün sonunda isə kəskinləşib.
Diaqnoz: Şizofreniya, periodik psixoz. Simptomlar: Görmə və eşitmə hallüsinasiyaları, apatiya dövrləri, süstlük, qəfil həyəcan tutmaları, klaustofobiya (kiçik məkanlardan qorxu).
1852-ci il fevralın 21-də Qoqol vəfat edir. Onun ölümünün səbəbləri hələ də tam bəlli deyil, amma güman edilir ki, yazıçı öz şübhələri və qorxuları ilə özünü fiziki və ruhi cəhətdən tükəndirmişdi.

Oxşar xəbərlər


Bütün xəbərlər

ABŞ-də 4 illik universitet təhsili dəyişir
İlham Əliyev və birinci xanımın şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Çində 200 milyon şagird süni intellekt öyrənəcək
167 illik riyazi məsələ süni intellektlə isbat edilib
Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxardı
Dərsliklərdəki nöqsanların əsas səbəbi - CİDDİ YANLIŞLIQ
Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA