Xəbər lentiwidget-title-icon

BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?

Coğrafiyaçı alim elmi seminarda fəlakətli hadisələrlə bağlı məruzə edib

Coğrafiyaçı alim elmi seminarda fəlakətli hadisələrlə bağlı məruzə edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında Geomorfologiya və təbii risklər şöbəsinin baş elmi işçisi coğrafiya elmləri doktoru, dosent Starə Tarixazərin institut əməkdaşlarının Qazaxıstanın Almatı şəhərində keçilən beynəlxalq elmi-praktiki konfransda iştirakı barədə məruzəsi dinlənilib.

Bu barədə "tehsilmedia.info" a institutdan bildirilib.

“Sel axınının təhlükəsizliyi - Kazsolezaşçitanın 50 illik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən dövlət səviyyəsində keçirilən tədbirdə Starə Tarixazər salamlama nitqi ilə çıxış edib. Sel hadisələrinin öyrənilməsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan alim ölkəmizdə təbii fəlakət risklərinin müəyyən edilməsini, risklərə uyğun tədbirlərin hazırlanmasını, onların təsirini aradan qaldırmaq və ya azaltmaq üçün yeni üsulların tətbiq edildiyini diqqətə çatdırıb. O bildirib ki, fəlakətli hadisələrlə bağlı statistik məlumatlar 20-ci əsrin sonunda, 21-ci əsrin əvvəllərində demək olar ki, hər 100 min insanın təbii fəlakətlərdən həlak olduğunu göstərir. Yəni, son 100 ildə dünyada hər il 16 min insan ölür. Son bir neçə ildə təbii fəlakətlərdən dəymiş maddi ziyan 300 milyard dollardan çox olmuşdur. Bu gün ölkələrin davamlı inkişafının ən mühüm amillərindən biri fəlakət riskinin azaldılmasına xüsusi yerin ayrılmasıdır.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə 2022-ci ildə Azərbaycanda 15 247 təbii və texnogen xarakterli hadisə baş verib. 2021-ci ildə (14730 insident) müqayisədə belə halların 4% artıb. İdarənin məlumatına görə, 2022-ci ildə fövqəladə hallarda 55 nəfər ölüb, daha 206 nəfər xəsarət alıbsa, 2021-ci ildə bu rəqəmlər müvafiq olaraq 87 və 278 nəfər olub. Bu ilin 9 ayı ərzində (yanvar-sentyabr aylarında) Azərbaycan ərazisində 12 425 təbii və texnogen xarakterli hadisə qeydə alınıb. Bu hadisələr nəticəsində 48 nəfər ölüb, daha 181 nəfər yaralanıb. Ölkə ərazisinin 13%-i (10 min km2-dən çox) təhlükəli geodinamik proseslərə, o cümlədən 1300 km2 ərazi sel prosesləri zonasındadır.

O, eyni zamanda çıxışında 30 ilə yaxın müddətdə işğal altında qalan 20% Azərbaycan torpaqlarının 44 günə azad edildiyini, bu ilin sentyabrında 23 saat ərzində başa çatan əməliyyat nəticəsində ölkəmizin öz suverenliyini və konstitusiya quruluşunu tamamilə bərpa etdiyini qeyd edib, Azərbaycanın azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığını və bütün bunların respublikamızda gedən genişmiqyaslı islahatlarla bağlı olduğunu xüsusi qürurla vurğulayıb.

Sonra S.Tarixazər “Girdimançay və Ağsuçay çaylarının sel meylli hövzələrinin sürüşməyə həssaslığının qiymətləndirilməsi üçün kəmiyyət üsullarının tətbiqi” mövzusunda məruzə edib.

Coğrafiyaçi alim ölkədə təbii fəlakət risklərinin təsirinin aradan qaldırılması və ya azaldılması üçün yeni üsulların tətbiq edildiyini diqqətə çatdırıb. O bildirib ki, tədqiqat ərazisi çox aşağı, aşağı, orta, yüksək və çox yüksək olmaqla sürüşmə potensialının dərəcəsinə görə beş zonaya bölünmüş, alınan modellərin etibarlılığı AUC ROC (səhv əyrisi altındakı sahə) analizindən istifadə etməklə qiymətləndirilmişdir ki, bu da istifadə olunan metodun yüksək performansını göstərmişdir.

CİS əsasında statistik modellərdən istifadə edilməklə sürüşməyə həssaslıq xəritələrini tərtib edilib. Sonra isə fəza analitik tənliklərinin istifadəsi ilə seçilmiş amillərin təhlilinin nəticəsi birləşdirilərək həssaslığın qiymətləndirilməsi aparılmışdır.

Azərbaycanlı alimin çıxışları konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və iştirakçı bəzi təşkilatlarla Coğrafiya İnstitutu arasında əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər