Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

Mərakeşdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib - FOTO

Mərakeşin paytaxtı Rabat şəhərində İSESKO qərargahında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib.

tehsilmedia.info xəbər verir ki, 2023-cü il dekabrın 15-də Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyi və İslam dünyası Təhsil, Elm və Mədəniyyət təşkilatının (İSESKO) birgə təşkilatçılığı ilə İSESKO-nun Mərakeşin paytaxtı Rabatda yerləşən qərargahında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Xalq Artisti Murad Hüseynovun solo piano konserti baş tutub.
Konsertə Mərakeşdə səfərdə olan Milli Məclisin sədri Sahiba Qafarova, İSESKO-nun baş direktoru Səlim ƏlMalik, Mərakeşin dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Mərakeş ictimaiyyəti eləcə də, Azərbaycan diaspor təmsilçiləri olmaqla 200-ə yaxın tamaşaçı qatılıb.

Tədbiri giriş sözü ilə açan ölkəmizin Mərakeşdəki səfiri, eyni zamanda Azərbaycanın İSESKO-dakı daimi nümayəndəsi Nazim Səmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyini bildirmiş və konsertin məhz bu anım ili çərçivəsində təşkil olunduğunu vurğulayıb. O, ulu öndərin Azərbaycan xalqını müstəqilliyə qovuşduran güclü şəxsiyyət olduğuna diqqət çəkərək, xalqımızın yeni əsrə, yeni minilliyə Heydər Əliyev müdrikliyinin parlaq təsiri ilə qədəm qoyduğunu qeyd edib. Səfir həmçinin, Azərbaycan ilə İSESKO arasında yüksək səviyyəli əməkdaşlığa da toxunmuş, bu əməkdaşlığa verdiyi şəxsi töhfəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm rolunu xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycan-İSESKO münasibətlərinə töhfəsinə, eləcə də təşkil edilən konsertə dəstəyinə görə İSESKO-nun baş direktoruna təşəkkür ifadə edilib. Bununla yanaşı, səfir çıxışında Şuşa şəhərinin 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edildiyini xatırladaraq, Azərbaycan və İSESKO-nun Bakı prosesi çərçivəsində də sıx əməkdaşlığına istinad edib. Səfir həmçinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tədbirə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Öz növbəsində, İSESKO-nun baş direktoru Səlim ƏlMalik bu yaradıcılıq gecəsini Azərbaycan Səfirliyi ilə birgə təşkil etdiklərinə görə qürurlu olduqlarını bildirərək, konsertin İSESKO-nun ümumilikdə mədəniyyət sahəsinə və bu kontekstdə üzv ölkələrin mədəniyyətinin təbliğinə verdiyi önəmi göstərdiyini və təşkilatla Azərbaycan arasında hazırkı münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Daha sonra, qonaqlara ölkəmizin Xalq Artisti Murad Hüseynovun ifasında məşhur Azərbaycan və xarici bəstəkarların klassik musiqi əsərləri təqdim edilib. Tədbir çərçivəsində, eyni zamanda İSESKO-nun qərargahında təşkil edilmiş ölkəmizin görməli yerlərini nümayiş etdirən sərgi də qonaqların marağına səbəb olub.

Oxşar xəbərlər

Bütün xəbərlər