Xəbər lentiwidget-title-icon

ABŞ-də 4 illik universitet təhsili dəyişir
İlham Əliyev və birinci xanımın şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Çində 200 milyon şagird süni intellekt öyrənəcək
167 illik riyazi məsələ süni intellektlə isbat edilib
Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxardı
Dərsliklərdəki nöqsanların əsas səbəbi - CİDDİ YANLIŞLIQ
Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir

Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini bərpa etdi

Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini bərpa etdi

Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini bərpa etdi.

tehsilmedia.info bildirir ki, bu il dahi şəxsiyyət müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edirik. Heydər Əliyev unikal biliyə, qeyri adi yaddaşa malik fenomenal bir şəxsiyyət idi. Dünya liderləri Heydər Əliyevin dünyanın ən güclü siyasətçilərindən biri olduğunu etiraf edirdilər. Ulu öndər eyni zamanda idarəetmənin ustadı, dünya siyasətinin kamil bilicisi, uzaqgörən siyasətçi, mahir diplomat idi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin yaradılmasının banisi olmuşdur.

Uca Tanrı hər zaman Azərbaycan xalqını ən çətin və ağır günlərdən qurtarmaq üçün Heydər Əliyevi xilaskar kimi seçmişdir. 1969 cu ilə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu öndər Sovet Azərbaycanına rəhbər təyin edildikdən sonra respublikada sənaye, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı, çətin sosial vəziyyətdə yaşayan azərbaycanlıların həyat səviyyəsi, rifahı yüksəldi. SSRİ-nin müttəfiq respublikaları arasında Azərbaycan sosial-iqtisadi cəhətdən ön sıralara yüksəldi.

Heydər Əliyev qətiyyətli, eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığa, zülmə qarşı mübarizə aparmış bir şəxs idi. 1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakı şəhəri və bir sıra rayonlarımızda azərbaycanlılara qarşı qətliam törətdilər. Səhərisi gün 21 yanvarda həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev hadisənin təşkilatçılarını ittiham edərək cəsarətli bəyanatla çıxış etdi. Dağlıq Qarabağla bağlı Sovet rəhbərliyinin ikiüzlü və riyakar siyasətinə etiraz əlaməti olaraq ulu öndər Heydər Əliyev 1991-ci ilin iyul ayında Kommunist Partiyasının sıralarını tərk etdi.

1990-cı illərin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır durumda idi. Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Qərbdə Azərbaycanın parçalanması üçün planlar cızılırdı. O zamanlar hakimiyyətdə olanların səriştəsizliyi Azərbaycanı ağır duruma salmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra AXC-Müsavat cütlüyü ölkəni çıxılmaz vəziyyətə salmışdı. Ermənistan torpaqlarımızı işğal edir, hakimiyyətdə olanlar isə ölkəni talamaqla məşğul idilər. Azərbaycan xalqı başa düşürdü ki, ölkəni bu ağır qurumdan yalnız Heydər Əliyev çıxara bilər. Xalqın haqlı tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu öndər Heydər Əliyev Gəncədə baş vermiş silahlı üsyanın və ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu və Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu. Ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini qorudu, dövlətçiliyin əsası qoyuldu, böyük iqtisadi islahatlara başlanıldı. Məhz Heydər Əliyevin zəkası, müdrikliyi dövləti, xalqı xoşbəxt gələcəyə aparırdı. Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini bərpa etdi.

Heydər Əliyev Prezident seçildikdən sonra bütün qüvvələri bir komandanlıq altında birləşdirdi və Azərbaycan Ordusu Füzuli istiqamətində uğurlu əməliyyatlar keçirərək rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bundan sonra Ermənistan rəhbərliyi Azərbaycanla atəşkəs haqqında razılığa gəlməyə məcbur oldu. Heydər Əliyev Azərbaycanda güclü ordu yaradılması üçün mühüm qərarlar qəbul etdi. Ordumuzun maddi texniki bazası yeniləndi.

1994-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycanla 6 dövlətin 10 nəhəng neft şirkəti arasında "Əsrin müqaviləsi" olan neft kontraktları imzalandı. Bu, yeni müstəqillik əldə etmiş, Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün böyük uğur idi. Böyük dövlətlərin nəhəng trans milli şirkətlərin Azərbaycanla neft kontraktlarını imzalamaqlarının əsas səbəbi onların Heydər Əliyev şəxsiyyətinə, böyük siyasətçi və lider olmasına inamlarından irəli gəlirdi. Bu tarixi hadisədən bir neçə il sonra Azərbaycan nefti dünya bazarına çıxarıldı və Azərbaycan iqtisadiyyatının yüksəlişi yeni inkişaf mərhələsinə qədəm qoydu. Yeni müəssisələr yaradıldı, Azərbaycan vətəndaşlarının sosial rifahı hər il yaxşılaşmağa başladı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına göstərdiyi misilsiz xidmətlər ölçüyə gəlməzdir. Əsrlər ötəcək Azərbaycan dövləti əbədi yaşayacaq və xalqımız ulu öndər Heydər Əliyevi yad edəcək və xatirəsini hər zaman uca tutacaq.

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Oxşar xəbərlər

Bütün xəbərlər