Xəbər lentiwidget-title-icon

BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?

Qurultay təhsilimizin inkişafına öz töhfəsini verəcək

Qurultay təhsilimizin inkişafına öz töhfəsini verəcək

Dekabrın 15-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçiriləcək.

Qurultayın keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş əhəmiyyətli nailiyyətlər, eləcə də 2018-ci ilin noyabrında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır.

Maraqlıdır, Azərbaycan müəllimlərinin növbəti XVI qurultayında təhsilin inkişafı ilə bağlı hansı müsbət addımlar müzakirə ediləcək?

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, belə bir qurultayın keçirilməsi çox önəmli və vacibdir:

“Çünki biz yeni bir mərhələyə daxil olmuşuq. Məlumdur ki, təhsil sahəsində islahatlar həyata keçirilir və təhsili gücləndirmək üçün müəyyən gözləntilər var. Qarşıda təhsilin inkişafı üçün atılan addımlar, eləcə də təhsillə bağlı yeniliklərin gözlənilməsi, müasir tapşırıqların verilməsi, ölkədə həyata keçirilən təhsil islahatları ilə bağlı müzakirlərin aparılması, hədəf və məqsədlərin müəyyənləşdirilməsi, təhsildəki problemlərin müzakirə edilməsi və baxımından belə bir qurultayın keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Sözügedən qurultay, bütövlükdə təhsilimizin inkişafına öz töhfəsini verəcək və müəyyən məqsədlərimizi müəyyənləşdiriləcək”.

Müəllimlərin XV qurultayında iştirak edən Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Bezrajvard qeyd edib ki, qurultay maraqlı bir xatirə kimi yaddaşımdadır:

Qurultay təhsilimizin inkişafına öz töhfəsini verəcək

“Nazirin eləcə də qurultay iştirakçılarının nitqini dinləmək olduqca maraqlı idi. Hər birinə ayrı-ayrılıqda hörmətim var. Qurultayın məqsədi ümumi şəkildə təhsil haqqında olan islahatları, yenilikləri və problemləri işıqlandırmaq idi. XV qurultayda müəllimlərin sertifikatlaşdırılıması mövzusunda geniş müzakirə aparıldı. Müzakirələrdən dərhal sonra bu müsabiqənin tətbiq olunması, düşünürəm ki, çox mühüm addım oldu.

Ümumi olaraq burada təhsilin inkişafı üçün müsbət addımların təməli qoyuldu. Sertifikasiya imtahanının keçirilməsi ilə müəllimlərin bilik və bacarıqları müəyyənləşdi. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin qəbul etdiyi qərarlar təhsilin gələcək inkişafı naminədir. Yeni qurultayda hər bir müəllimə uğurlar arzu edirəm”.

Oxşar xəbərlər

Bütün xəbərlər