Xəbər lentiwidget-title-icon

XVIII Elmi və Praktiki Onlayn Konfrans "Açıq Təhsil və Regional İnkişaf: Yeni Nəsil İnstitusional Modeli" bu gün başladı!
Məktəb direktorlarının telefonları əllərindən alındı, üst-başları yoxlanıldı
Məleykə Abbaszadədən pulsuz təhsillə bağlı mühüm AÇIQLAMA
Universitet məzunu iş axtarmalıdır, yoxsa iş yaratmalı?
Ödənişli qəbul olunan 1000-dən çox tələbə pulsuz təhsil alacaq
Riyaziyyat fənni üzrə seçim imtahanı keçiriləcək
Nazir müavini Qəbələdə vətəndaşları qəbul edəcək
3, yoxsa 1 medal, İlqar Bayramlı? - Şanxaya şəkil çəkdirməyə getmək dövlətə neçəyə başa gəldi? - FOTO
"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Süni intellektdən bu üsullarla yararlanın - Müəllim və şagirdlərə TÖVSİYƏ
Yumurta, çek və 25 manatlıq “məhəbbət”: Müəllimlər Gününüz Mübarək!
Kimya fənni üzrə seçim imtahanı keçiriləcək
Nazir müavini Tərtərdə vətəndaşları qəbul edəcək
DİM-də TOEFL iBT imtahanı keçiriləcək
MDU-da müasir tədris üçün yeni İMKANLAR
“Zəif maliyyələşən elm və təhsil rəqabətədavamlı ola bilməz...”- EKSPERT
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirilib
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev
195 magistrant təhsil haqqından azad EDİLDİ
23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər

“250 balla müəllim olmaz” - Keçid balı ARTIRILMALIDIR

“250 balla müəllim olmaz” - Keçid balı ARTIRILMALIDIR

“Müəllimlik ixtisasları ya özəl universitetlərdən yığışdırılmalı, ya da keçid balı 400-ə qaldırılmalıdır”

tehsilmedia.info xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.

Ekspert qeyd edib ki, müəllim ixtisasını seçən namizədlər aşağı balla ali məktəblərə qəbul olmamalıdır:

“Müəllimlik ixtisası müqəddəs ixtisasdır. Bu ixtisasın mütəxəssisləri ölkəmizin gələcəyi üçün gənc kadrları yetişdirib, hazırlayırlar. Ona görə də gələcəyin müəllimlərini aşağı balla deyil, ən azı orta: 350-400 balla universitetlərə qəbul olmaları daha məqsədəuyğundur. 250 bal toplayıb müəllim olanların peşəkarlıq səvviyəsi də aşağı olur. Düzünü desək, aşağı balla universitetə qəbul olub, öz ixtisası üzrə peşəkar olan müəllimlərin sayı da az deyil. Lakin hesab edirəm ki, müəllimlik ixtisası üçün namizədlər ən azından orta səviyyəli abituriyentlər olmalıdır”.

Həmsöhbətimiz vurğulayıb ki, özəl universitetlər faydalı kadrlar yetişdirə bilmirsə, müvafiq ixtisasları ixtisar etməlidir:

“Bir neçə özəl universitetlər var ki, çox gözəl kadr yetişdirir. Lakin bu hamısına aid deyil. Məlumdur ki, özəl universitetlərin qabul balları aşağı olur. Bu zaman universitetin üzərinə böyük məsuliyyət düşür ki, aşağı balla qəbul olan tələbələri, gələcək üçün yararlı bir kadra çevirsin. Bir abituriyent 250 balla müəllimlik ixtisasına qəbul olursa, o ixtisası həmin universitet tələbəyə mükəmməl bir səviyyədə öyrədə bilməlidir. Əgər buna qadir deyilsə, həmin ixtisasın tədris edilməsi absurddur. Məsələn, Xəzər Unuiversitetində müəllimlik ixtisasının keçid balına baxsaq, yüksək olduğunu rahatlıqla görə bilərik. Bu universtetin müəllimlik ixtisasına kadrların hazırlanmasında da peşəkarlıq göz qabağındadır. Amma bəzi universitetlər var ki, müəllimlik ixtisasının peşəkar səviyyədə keçirilməməsi həmin universitetin qəbul ballarının aşağı düşməsinə səbəb olur. Məhz ona görə də həmin universitetlərdə müəllimlik ixtisasının ya balları artırılmalı, ya da həmin universitetlərə müəllimlik ixtisası verilməməlidir”.

Son olaraq R.Nurəliyev söyləyib ki, müəllimlik ixtisası verilən universitet özünü doğruldur və peşəkar kadr hazırlayırsa, o universitetlərin müəllimlik ixtisası ilə bağlı plan yerləri artırılmalıdır:

“Əks təqdirdə həmin ixtisasa uyğun plan yerləri azaldılmalıdır. Əgər həqiqətəndə müəllimlik ixtisasına önəm və diqqət ayrılırsa, dövlət universitetlərində müəllimlik ixtisaslarının sayını artırmaq olar. Əgər aşağı balla bir tələbə pedaqoji ixtisasını kifayət qədər mənimsəməyib gedib müəllim olacaqsa, əlbəttə ki, burada tərəddüdlər olur. Düşünürəm ki, MİQ imtahanında zəif nəticə göstərənlərin əksəriyyəti zəif balla, qəbul olmuş tələbələrdir”.

Oxşar xəbərlər

Bütün xəbərlər