Xəbər lentiwidget-title-icon

BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?

Azərbaycanlı alim Türkiyənin İnönü Universitetinin “Fəxri Doktoru” seçilib

Azərbaycanlı alim Türkiyənin İnönü Universitetinin “Fəxri Doktoru” seçilib

Bu günlərdə Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA müxbir üzvü, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib.

tehsilmedia.info xəbər verir ki, Fəxri Doktor diplomunu Universitetin Senatosunda rektor Prof. Ahmet Kızılay təqdim edib. Rektor qeyd edib ki, ATU ilə İnönü Universiteti və Qaraciyər Nəqli İnstitutu arasında əlaqələr iki qardaş ölkə arasındakı əməkdaşlığın ən yaxşı örnəklərindən biri sayıla bilər. ƏIaqələrimiz 2010-cu ildən başlamışdır.

Qaraciyər Nəqli İnstitutunun direktoru Prof. Sezayi Yılmazın briqadası Prof. Dr. Nuru Bayramovla Azərbaycanda qaraciyər transplantasiyası həyata keçirməyə başladı. 2012-ci ildə İnönü Universitetinin əvvəlki rektoru Prof. Cəmil Çiçək ilə akademik Əhliman Əmiraslanov arasında müqavilə bağlandı və əməkdaşlığımız rəsmiləşdi. 2018-ci ildə İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay Bakıya gəldi, ATU rektoru Prof. Gəray Gəraybəyli ilə görüşdü, müqaviləmiz yeniləndi və əlaqələrimizin inkişafı üçün imkanlar daha da genişləndi.

Hazırda İnönü Universiteti və Qaraciyər Nəqli İnstitutu ilə əlaqələrimiz yüksək səviyyədədir. Elmi və praktik əməkdaşlıqlarımız təqdirəlayiq formada davam edir.

Prof. Dr. Sezayi Yılmazın və Prof. Nuru Bayramovun həmsədirliyi ilə 2015-ci ildən başlayaraq hər il fevral-mart aylarında Bakı-Malatya Transplantasiya Günləri adlı beynəlxalq konfranslar keçirilir.

Karaciger Nakli İnstitutunda və ATU-da qaraciyər transplantasiyası üzrə 4 doktorluq dissertasiyası tamamlanmış və tamamlanmaq üzrədir (mikroelementlər, mikro-RNA-lar, histonlar və transplantasiyadan sonra reproduktiv funksiya mövzuları).

Hər il İnönü Universiteti Karaciger Nakli İnstitutunda qaraciyər transplantasiyası üzrə beynəlxalq tərdis kursları keçirilir. Kurslarda gənc transplantoloqlara, o cümlədən tibb bacılarına transplantasiya üzrə nəzəri və praktik bilgi verilir. Bu kursların birində eyni gündə 5 canlı qaraciyər transplantasiyası yerinə yetirildi və Ginnesin Rekordlar Kitabına düşdü. Bu kurslarda ATU-nun bir neçə əməkdaşı da iştirak etmişdir.

İndiyədək ölkəmizdən olan 15 nəfərdən çox həkim və tibb bacısı Karaciger Nakli İnstitutunda 1-12 ay müddətində ixtsasartırma keçmişdir.

Hər həftənin 1-ci günü saat 5-də Malatya (Prof. Dr. Sezayi Yılmaz və b.), Kaliforniya (Prof. Dr. Brian Carr və b.) və Bakıdan (Prof. Nuru Bayramov və b.) olan cərrahlar, transplantoloqlar, radioloqlar, invaziv radioloqlar, radioterapevtlər, onkoterapevtlər, patoloqlar və rezidentlərin iştirakı ilə “Qaraciyər Törəmələri” Konseyi keçirilir.

Universitetimizin 90 illik konfransında, Əziz Əliyevin yubileyində, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda İnönü Universitetinin əməkdaşları aktiv iştirak etmiş, maraqlı çıxışlar etmişlər. 2022-ci ildə Qaraciyər Nəqli İnstitutunun Direktoru Prof. Dr. Sezayi Yılmaz Universitetimizin Elmi Şurası tərəfindən “Qonaq Professor” fəxri adına layiq görülmüşdür.

Azərbaycanlı alim Türkiyənin İnönü Universitetinin “Fəxri Doktoru” seçilib

Oxşar xəbərlər

Bütün xəbərlər