Xəbər lentiwidget-title-icon

Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT

Mütəxəssis: Hazırkı müəllimlərin sayı 10 ilin müəllim ehtiyyacını qarşılayır

Mütəxəssis: Hazırkı müəllimlərin sayı 10 ilin müəllim ehtiyyacını qarşılayır

Müəllimlərin işə qəbulu zamanı vakant yerlərin az olması bir çox müəllimin kənarda qalmasına səbəb olur. Bunun əsas səbəbi ali təhsil müəssisələrinə qəbul zamanı bu sahəyə ayrılan plan yerlərinin çox olmasıdır.

Əgər müəllimlik fəaliyyəti üçün vakansiya sayı az olursa, bu sahəyə təlabat niyə artırılır?

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil üzrə mütəxəssis Nadir İsrafilov bildirib ki, istər ali məktəblərə, istərsə də işə qəbul zamanı tələb-təklif prinsipinə riayət olunmalıdır.

“Əvvəllər müəllimlik ixtisasının plan yerlərini Dövlət Plan Komitəsi müəyyən edirdi. Təhsil Nazirliyi bütün rayonlara vakansiya ilə bağlı müraciət edir, rayonlarda ixtisaslar üzrə hansı fənn müəliminə nə qədər təlabat varsa, ona uyğun ali məktəblərə plan yerləri müəyyənləşdirilirdi.Tələb-təklif prinsipinin əsası da budur. Rayonlar nə qədər vakansiya veribsə, ali məktəb ona uyğun müəllim hazırlayıb, uyğun vakansiya üzrə təyinat verirdi. Bu qaydanın tərtib olunması, müəllimlər üşün işsizlik probleminin yaranmasının qarşısını alırdı".

N.İsrafilov qeyd edib ki, hazırda universitetlərdə müəyyən olunan plan yerləri təlabatdan üç-dörd dəfə artıqdır:

“Müəllimlər arasında rəqabətliliyi artırmaq üçün test imtahanı, müsahibə mərhələsi və s. imtahanlar təşkil olunur. Onlar içərisində ən yaxşıları seçilir və digər müəllimlər də işsiz qalır. Buna görə də müəllimlərdən ibarət işsizlər ordusu yaranır. Təlabata uyğun müəllim kadrları yetişməlidir. Hazırkı müəllimlərin sayı 10 ilin müəllim ehtiyyacını qarşılayır”.

Ekspert mövcud problemin həlli üçün iki təklif irəli sürüb:

“Hesab edirəm ki, tələb – təklif prinsipinin gözlənilməsini və ya universitetə qəbul balının artırılması lazımdır. Təhsilin keyfiyyətini artırmaq üçün universitetlərə qəbul balı artırılsa, univetsitetlərin qəbul planı dolmur”.

Həmsöhbətimiz onu da qeyd edib ki, müəllimlərin təyinatı yaşadığı əraziyə uyğun olmalıdır:

“MİQ imtahanı zamanı yüksək bal toplayan müəllimlər şəhərin mərkəzini seçir, aşağı bal toplayan müəllimlər isə ətraf və dağlıq rayonlarda dərs keçirlər. Biz də deyirik ki, bu rəqabətdir, belə rəqabət olmaz...Müəllimlər 1-2 bal fərqə görə yaşadığı yerdən uzağa təyinat alır və bu müəllimin işini daha da çətinləşdirir”.

Oxşar xəbərlər

Bütün xəbərlər