Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

Azərbaycan dilçiliyinin ilk abidəsi - “Məzhər-üt-türki” oxuculara təqdim olunub

Azərbaycan dilçiliyinin ilk abidəsi - “Məzhər-üt-türki” oxuculara təqdim olunub

Noyabrın 17-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda professor Nadir Məmmədlinin tərtib etdiyi Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər-üt-türki” kitabının təqdimatı keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbiri açan akademik Teymur Kərimli müasir dövr üçün olduqca qiymətli tapıntı olan “Məzhər-üt-türki” əsərinin Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədlinin uzunmüddətli səyi və şəxsi təşəbbüsünün nəticəsi olduğunu vurğulayıb.

T.Kərimli qeyd edib ki, əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-türki” dərsliyi (risalə) təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılıb. Akademikin sözlərinə görə, ilk dəfə Azərbaycanda fars dilindən tərcümə və çap olunan bu dərslik dünya dilləri arasında öz mövqeyi ilə seçilən Azərbaycan dilinin inkişaf yolları, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq və iranşünaslar üçün çox dəyərli vəsaitdir.

Akademik T.Kərimli çıxışının sonunda türk dillərinin təkamül tarixinin dərindən öyrənilməsinin əhəmiyyətinə toxunaraq, əsərin Azərbaycan dilində nəşrinin bu istiqamətdə gələcək elmi tədqiqatlar üçün zəmin yaradacağına əminliyini ifadə edib.

Daha sonra çıxış edən nəşrin tərtibçisi, “Ön söz” və şərhlərinin müəllifi, professor Nadir Məmmədli İranın Qum şəhərində mühafizə olunan, Azərbaycan dili və tarixi üçün mötəbər və qiymətli olan bu əlyazmanı ona Tehranın Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosent doktoru, əslən azərbaycanlı İxtiyar Bəxşinin hədiyyə etdiyini deyib. N.Məmmədli qeyd edib ki, “Məzhər üt-türki”ni türk mədəniyyəti, ədəbiyyatı və elminin fədakar təbliğatçısı ərdəbilli Məhəmməd Micəndehi çox qiymətli, nəfis türkdilli əlyazmalardan biri kimi Qum şəhərindəki “İslam irsini yenidən canlandırma mərkəzi” kitabxanasının nadir kitab fondundan əldə edib, şəxsi arxivində saxlayıb, sonralar vətənpərvər dostlarına hədiyyə edib.

N.Məmmədli “Məzhər üt-türki” kitabının müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin Ərdəbildə doğulduğu, yaşayıb boya-başa çatdığı, lakin bir müddət Azərbaycanın Şamaxı şəhərində yaşadığı üçün Şirvani təxəllüsünü götürdüyünü bildirib. Əlavə edib ki, Əbdürrəhim Ərdəbili “Məzhər üt-türki” risaləsini Şirazda olarkən türkcə öyrənmək və danışmaq istəyən fars mənşəli Ağa İsmayıl adlı bir şəxsin xahişi ilə yazıb. O, dərsliyin Qızılbaş türkcəsi haqqında məlumat verən ilk və yeganə əsər olduğunu vurğulayıb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında kitabı dilçilik elmində xüsusi dəyəri ola biləcək əsər kimi xarakterizə edib. Bildirib ki, nəşrdə bəzi məsələlərin tam aydınlaşdırılmasına müvəffəq olunarsa, bu əsər müasir Azərbaycan dilçiliyinin ilk möhtəşəm abidəsi hesab oluna bilər.

Türk dillərinin inkişaf tarixindən bəhs edən akademik Nizami Cəfərov türk dillərini dialektləri ilə birgə qrammatik fərqlərini də nəzərə alaraq sxemləşdirdikdə 100-ə qədər türkcə təzahürün meydana çıxacağını söyləyib. Alim təqdim olunan kitabın dilimizin qrammatikası ilə bağlı ilk əsər olduğunu deyib. Qeyd edib ki, bu nəşr dil elementləri, coğrafiyası və hökmü ilə Şərqdən Qərbə qədər uzanan Azərbaycan dilinin müstəqil dil olduğunu bir daha təsdiq edir. Nizami Cəfərov əsərdəki əksər dil nümunələrinin Füzulidən gətirildiyini diqqətə çatdırıb.

Nizami Cəfərov bildirib ki, “Məzhər-üt-türki” Azərbaycan dilçiliyinin ilk abidəsidir. Burada söhbət türkcənin təzahüründən gedir. “Məzhər-üt-türki” əsəri Azərbaycan dilinin müstəqil bir dil olduğunu təsdiq edir.

Tədbirdə professor Güllü Yoloğlu vurğulayıb ki, “Məzhər üt-türki” əsəri təkcə dilçilər üçün deyil, tarixçilər, etnoqrafiyaçılar və siyasətçilər üçün çox böyük əhəmiyyəti var.

Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin müdiri professor Sevinc Əliyeva çıxışında “Məzhər üt-türki” əsərinin Azərbaycan dilçiliyi üçün böyük hadisə olduğunu vurğulayıb. Alim bildirib ki, bu kitab və tərcüməsi əsərin özündən daha yaxşı təqdim olunub.

Təqdimat mərasimində akademik Möhsün Nağısoylu, professor Rüfət Rüstəmov, əsərin tərcüməçisi dosent Günel Orucova, institutun icraçı direktoru dosent Baba Məhərrəmli, filologiya elmləri doktorları Nərgiz Hacıyeva, Şəbnəm Həsənli Qəribova, dosentlər Qızılgül Abdullayeva, Xədicə Heydərova, Vəfa Abdullayeva qeyd ediblər ki, "Məzhər üt-türki" dərsliyindən (risaləsindən) aydın olur ki, XVI-XVIII əsrlərdə Azərbaycan türkcəsinin normalarında xəlqiləşmə prosesi gedib, müxtəlif anlayışları ifadə etmək üçün ümumxalq danışığına xas söz və ifadələrin işlədilməsi dil vahidlərinin ümumiləşmə prosesini, milli dilin formalaşmasını gücləndirib. Qeyd olunub ki, sonrakı dövrlərdə Azərbaycan türkcəsinin leksik sistemində, qrammatik qaydalarında elə bir ciddi dəyişiklik baş verməyib, dil və nitq normaları təkmilləşmə istiqamətində həm canlı danışıqda, həm də ədəbi dildə ümumiləşərək sabitləşib. Bu, onu göstərir ki, milli dil normalarının belə təzahürü həm ədəbi dil, həm də ümumxalq dili səviyyəsində çox dərin qatlarda gedən prosesin nəticəsidir.

Oxşar xəbərlər

Bütün xəbərlər