Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

Azərbaycan musiqiçiləri IX Beynəlxalq Gürcüstan Barokko Musiqi Festivalında - FOTO

Azərbaycan musiqiçiləri IX Beynəlxalq Gürcüstan Barokko Musiqi Festivalında - FOTO

Noyabrın 10-dan 30-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə IX Beynəlxalq Barokko Musiqisi Festivalı keçirilir.

tehsilmedia.info xəbər verir ki, Şota Rustaveli adına Dövlət Dram Teatrında gerçəkləşən festivalın konsertlərində iştirak etmək üçün barokko musiqisi sahəsində çalışan tanınmış mütəxəssislər, ifaçılar - instrumental, vokal və dirijorluq sahəsinin nümayəndələri dəvət olunublar.

Dünyanın müxtəlif ölkələrindən Gürcüstana dəvət olunan Sercio Azolini, Kristina Buş, Korneli fon Kersenbrok, Yorq Xalubek kimi seçilən musiqiçilərin təqdimatında barokko janrında yazıb yaratmış dünya bəstəkarlarının əsərləri təqdim olunub. Qeyd etmək lazımdır ki, Tbilisidə hər il keçirilən Barokko Festivalının əsas təşəbbüskarı və daimi iştirakçısı “Georgian Sinfonietta” adı ilə məşhur olan Gürcüstan Dövlət Kamera Orkestridir.

Bu kollektiv Azərbaycanlı dinləyicilərə 2022-ci ilin aprelində Bakıda keçirilən I Barokko Musiqi Festivalındakı möhtəşəm çıxışı ilə tanışdır. Builki Tbilisi Beynəlxalq Barokko musiqi festivalının proqramında qonaq qismində iştirak edən Azərbaycanın ifaçıları da festivala öz imzalarını uğurla atıblar.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin rəhbərliyi ilə “Georgian Sinfonietta” orkestri geniş və mürəkkəb proqramı qısa müddətdə hazırlayaraq dinləyicilərə təqdim edib.

15 noyabrda gerçəkləşən “Opera Gala” adı altında keçirilən konsertdə Azərbaycanın tanınmış opera müğənniləri, Respublikanın əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərov (kontrtenor) solist qismində böyük uğurla çıxış ediblər.

Azərbaycanlı müğənnilərin ifasında səslənən barokko bəstəkarları G.Hendel, K.Monteverdi, N.Porpora, R.Broski, G.Persellin əsərləri yerli dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb. Konsertin dinləyiciləri sırasında olan Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev və onun rəhbərlik etdiyi səfirliyin əməkdaşları da musiqi proqramını izləyiblər. Konsertin sonunda Azərbaycanlı ifaçılar dinləyicilər və festivalın təşkilatçılarına təşəkkür nümunəsi olaraq xalq mahnımız “Sarı gəlini” ifa ediblər.

Azərbaycan musiqiçiləri IX Beynəlxalq Gürcüstan Barokko Musiqi Festivalında - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər